Varlı insanlar çox vaxt əllərində olan maliyyə vəsitələrini daşınmaz əmlaka, sənətəsərlərinə, şirkətlərə, bizim xəyalını belə edə bilməyəcəyimiz başqa investisiyasahələrinə xərcləyirlər. Varlı insanların pulu istifadə etmə mexanizmi başqadır.
Joshua Coleman nümunəsinə baxaq: Ailəsi 2004-cü ildə Çikaqodakı telekom şirkətini 400 milyon dollara satdıqdan sonra mağazaya gedib, lüks əşyalar almağa çalışmadılar. Əksinə maliyyə məsləhətçiləri ilə danışıb, zənginliklərini böyütməyin yollarını axtardılar.
Bu axtarışları indi 27 yaşı olan Colemana bir ideya verdi. 2011-ci ildə insanların, vergi məsləhətçiləri ilə, hüquq və eyni zamanda başqa mütəxəssislərlə əlaqəyə keçə biləcək bir şirkət qurdu. O, bu şirkəti bugün satarsa, ailəsinin ilk şirkəti kimi mühüm məbləğdə pul qazana bilər.
Milli.Az bizplus.az-a istinadən bildirir ki, əgər siz iş qurmaqla pulunuzu artırmağın qəribə bir yol olduğunu düşünürsüzsə, bu o deməkdirki siz, çox varlı deyilsiz. 30 milyon dollardan çox varlığı olan insanlar əsasən başqa şirkətlərin hissə və səhmlərini almaqla pulunu artırmağa çalışır. Bəziləri isə hər hansısa bir şirkət alaraq və ya quraraq müxtəlif sahələrə yönəlir. Bir başqaları isə avtomobil, rəsm əsəri və s. kimi zamanla qiymətli oacaq əşyalara investisiya edir.
Coleman buna alfa risk deyildiyini, və bu cür işlərin bir sıra üstünlükləri olduğunu vurğulayır.
Bu tip inestisiyaların mənfi tərəfi isə onların, hamının bildiyi klassik investisiyalardan daha riskli olmasıdır. Yəni, burada böyük pulların batırılması riski daha çoxdur. Həmçinin bu investisiyalar səhmlər kimi tez pula çevrilə bilən investisyalar da deyil. Bu tip investisiyadan pulunuzu geri qazanamq aylar, hətta bəzən illər belə apara bilər.
İnvestisiya fondları
Varlı insanların investisiyları müxtəlifdir. Hətta bəzilərinin adını belə heç eşitməmiş ola bilərsiniz. Onlar əsasən vəsaitlərini ən az 5 illik uzun müddətli sərmayə kimi istifadə edirlər.
Məsələn, təyyarə icarələmək hazırda inkşaf etməkdə olan bir investisiya sahəsidir. Bu fondlar investiya sahiblərinin pulunu istifadə edərək təyyarə alır, aviaşirkətlərə icarəyə verir.
Təyyarələr satıldığı zaman investisiya sahibləri pullarını geri almaqla bərabər, sadəcə icarə haqqında ildə 9%-lik bir gəlir əldə edirlər. Bəzi fondlara investisya üçün 100 minlərlə dollar lazım olduğu halda, təyyarə icarəsi kimi sektora minimum 10 min euro-dan başalayaraq investisiya etmək mümkündür.
Torpağa investisiya
İngiltərədəki varlıların istiqamətləndiyi investisiya sahələrindən biri də ferma və təsərrüfatlardır. Dünyadaki əhali sayının artmasına paralel, qida ehtiyacına olan tələbin də artması məhsuldar torpaqların investisiya üçün gəlirli olacağı fikrini yaradır. Bu sahədə olan investisiyaların illik gəlirinin 4% ətrafında olacağı, eyni zamanda vaxt keçdikcə torpaq sahəsinin də dəyər qazanacağı güman edilir.
Təyyarələrə və ya torpağa veriləcək qədər maliyyə vəsaiti olmayan eyni zamanda uzun dövrlü bir investisya həyata keçirmək istəyən şəxslər qlobal infrastruktur layihələrinə, hətta şəraba investisiya edən şirkətlərin səhmlərinə yönələ bilərlər. Bu səhmlər hətta birjalarda da əməliyyatlar görməkdədir.
Şirkət sahibi olduğu üçün varlı olanların çoxu pulunu başqa şirkətləri almaq üçün istifadə edir.
Coleman da bir çoxu professional xidmət və texnologiya sektorunda olmaqla bir neçə şirkətə investisiyalar etmişdir. Hazırda əldə etdiyi səhmlərin sayını özü də bilmir.
Coleman başqa investorlarla qrup olaraq və ya özəl səhm sənədi olaraq müxtəlif şirkətlərə investisya edir. O qeyd edir ki, investisyaların dayanıqlı olmağı üçün hər birinə minimum 1 milyon dollar ayırır.
Yeni şirkətlər
New Yorklu varlı bir sahibkar, eyni zamanda investisiya haqqında kitab yazmış DavidRose isə investisiya olunmuş şirkətlərin gedərək böyüdüyünü görməyin, investora böyük həyəcan və həzz yaşatdığını deyir.
"Düşünün ki Google ilk dəfə qurulanda ona investisiya etmisiniz və qurucularla birlikdə həyata keçirilən davamlı iclaslarda şirkətin necə böyüdüyünün şahidi olursunuz. Bu çox əyləncəlidir."
Eyni zamanda olduqca gəlirlidir. Yeni qurulan şirkətlərin yarısıın müflis olduğunu nəzərə alsaq bu cür investisiyaların risk altında olduğu açıqdır. Lakin bu cür şirkətlər uğurlu olduğu təqdirdə sizə verdiyiniz pulun 20-50 qatı arasında bir məbləğ qazandıra biləcəyi şübhəsizdir. Rose əsasən bir şirkətə 50-100 min dollar investisya etdiyindən, bunların isə bəzilərindən milyonlar qazandığını qeyd edir.
Şəraba, sənətə olunan investisiya
Varlılar arasında sənət əsərlərinə, avtomobil, saat, şərab, hətta musiqi alətləri kimi hobbilərə investisiya etmək olduqca yayılıb. Varlılar bunları zaman keçdikcə dəyər qazancaq düşüncəsi ilə saxladıqları kimi, eyni zamanda istifadə də edirlər. Bu tip əşyaların illik dəyər artışının yüksək olduğu müşahidə olunub. (2013-də 15% olmuşdur)
Adi investorların hobbilərə uyğun əşyalara investisya üçün müraciət edə biləcəyi investisiya fondları da mövcuddur.
Milli.Az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq