Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini aparır. Bu barədə Trend-ə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb.
Aparılan tədqiqatların nəticələrinə görə, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınmışdır. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən edilmışdir.
Qeyd edək ki, Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilmişdir. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınmışdır.
2014-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli 2244 в„–-li "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncama əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıb və Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə ölkədir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İşə velosipedlə getməyin faydaları
Gənc modeli çimərlikdə tanınmaz hala saldılar - FOTO
Respublika Klinik Xəstəxanasında iş koronavirusa kütləvi yoluxmaya görə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
Suçiçəyi xəstəliyi
Haydi Klum ərə getdi-FOTO
İnstagramdakı ''Son Görünmə vaxtı'' necə deaktiv edilir?
Yarımbarmaq əlcək modelləri
Suriya hakerləri CNN-ə hücum etdilər
Darçınlı bisküvit (foto-resept)
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
"Azərenerji"də böyük ixtisarlar başladı?
Çin dünyaya bəyan elədi - "Effektiv dərman tapmışıq”
Gəncə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçildi
Hande Yener pərəstişkarını dəlixanaya göndərdi-SƏBƏB
"Victoria’s Secret"də ilk dəfə kök model - FOTO
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Uzunboğaz çəkmələr
"Kilimancaro" tortu (foto-resept)
Övladınıza zamanında "yox" deyin
Çatışmayanı tap
Heyvanlar daha böyük olsaydı...
Sabahın HAVAsı
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
Saçlarınız çox tökülür?
Bakı yolları işgəncəyə dönür: indi nə deyəcəklər?
Azərbaycanlıların qəbirləri dağıdıldı
Yaz-yay tətili üçün gəzməli yerlər
Maraqlı beşlər toplusu
Qocalmaq istəməyənlər məşq etsin
Məşhur professordan koronavirusla bağlı hər kəsi ŞOKA SALACAQ MÜSAHİBƏ
Yıldız Tilbenin SİRRİ məlum oldu-FOTO
Kişilər ağıllı qadınlardan qorxur?
Azərbaycan ordusunun Zod qızıl yatağına tam nəzarət etməsi ilə bağlı AÇIQLAMA - VİDEO
İƏT ictimaiyyəti müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyə çağırdı
İki məşhur nişanlandı-FOTO
Girovlarımıza ağır cəza
Kibrit qutusu kimi evlər belə tikilirdi
Dodaq boyanıza görə xarakteriniz
Məşhur aktrisa canlı yayımda utandı
Hett mədəniyyəti
Avropanın yeni valyuta qorxusu
Yaz fəslinin fəsadlarından necə qorunmalı?
Ən çox vergi ödəyən məşhurların adı açıqlandı
Evdə ilan görən ailə gününü küçədə keçirməli oldu
Körpələr ayda neçə kilo almalıdır?
Məşhur aktyordan gözlənilməz addım-FOTO
Gülməli heyvanlar (son)
Bakıya yağış, rayonlara qar yağacaq
Gözəllik ondur, doqquzu dondur
Putin qızının koronavirusa qarşı peyvəndi sınaqdan keçirdiyini bildirdi - VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]