Tibb elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, epidemiologiya və profilaktik tibb sahəsinin mütəxəssisi İqor Qundarov koronavirusun yeni yaranmadığını, onun 50-ci illərdə araşdırılmağa başlandığını deyib.
Professor Rusiya mətbuatına verdiyi müsahibəsində koronavirus pandemiyası haqqında birmənalı qarşılanmayan fikirlər səsləndirib.
Qadin.Net publika.az-a istinadən professorun müsahibəsini təqdim edir.
- Koronavirus nədir?
- Bu, yeni yaranmış virus deyil, onu 50-ci illərdə öyrənməyə başladılar. Aydınlaşdırdılar ki, koronavirusun müxtəlif növləri var və mürəkkəb quruluşa malikdir. Onun pandemiya olub-olmadığını müəyyən etmək üçün bir nümunə çəkim. 90-cı illərdə hər il qrip virusundan 4-7 milyon insanın xəstələndiyi qeydə alınıb. Sonra xəstələnənlərin sayı azalmağa doğru gedir: 600.000 - 400.000 - 50.000. Bu gedişat 10 ili əhatə edir.
Sadaladığım eyni illərdə sətəlcəmdəm ölümlərə baxsaq, görərik ki, rəqəmlər demək olar ki, sabitdir. Rusiyada hər il sətəlcəmdən 30-35 min insan ölür. Çində isə koronavirusdan 4000-dən çox insan ölüb. Odur ki, iki statistikanı özünüz müqayisə edin. Eyni zamanda, qrip virusunun azalması müşahidə olunur, sətəlcəmin səviyyəsi isə eynidir.
- Koronavirus nə qədər təhlükəlidir? Qrip belə universal çaxnaşma və qorxu yaratmamışdı...
- Psixoloji səviyyədə təsir edir, əgər heç vaxt belə bir hadisə baş verməyibsə, deməli, təhlükə əvvəlkindən daha çoxdur... Digər bir məsələ virusun insanları yoluxdurmaq qabiliyyəti və ölüm sayıdır. Əvvəlki fərqli hadisələri müqayisə etsək, ölüm sayının həddən artıq olmadığı ortaya çıxır. Yoluxucu virus sürətlə yayılır, ancaq ölümcül olması baxımından o qədər də təhlükəli deyil. Başa düşmürəm ki, bu görünməmiş çaxnaşma haradan qaynaqlanır. İtaliyanı götürün. Statistikaya görə, orda hər il təxminən 600.000 insan müxtəlif xəstəliklərdən ölür. Bu rəqəmi 365 günə bölsək, 1700 nəfər edir. Yəni İtaliyada indi ölümlər daha çoxdur? Xeyr, İtaliyada ümumi ölüm nisbəti dəyişməyib
- Bəs çaxnaşma nədən qaynaqlanır?
- Bəşəriyyət qorxu və pandemiyanı qəbul edib. Koronavirus modelləşdirilməyib, məncə, bu təsadüfən meydana gəlib. Lakin sonra yerli iqtisadi maraqlar ortaya çıxır. Deyirlər ki, Çin Qərb şirkətlərinin, bütün müəssisələrinin düşən səhmlərini alıb. Kimsə vaksin və zərdablarla varlanır. Ancaq pandemiyanın özü, məncə, kortəbii xarakter daşıyır. Hər halda faktlar öz yerində qalır, qorxu bəşəriyyəti başqa bir bəla ilə üzləşdirdi. Bax, bu, təhlükəlidir, insanlar qorxudan ölməyə başlayacaq. Bizim psixikamız belə qurulub. Dəhşətli darıxdırıcı atmosfer immunitetin zəifləməsinə səbəb olur. İmmun sistemi ruhi vəziyyətdən çox asılıdır. Sağlam psixika, pandemik çaxnaşmanın öhdəsindən gəlmək bacarığı - immuniteti gücləndirir. Beləliklə, koronavirus da daxil olmaqla xəstəliyin aradan qaldırılmasına kömək edir. Odur ki, indi şahidi olduğumuz çaxnaşma, şübhəsiz ki, yoluxucu xəstəliklərdən ölüm hallarının artmasına səbəb olacaq.
- Koronavirusla mübarizə üçün yerli səhiyyə sistemi nə qədər hazırdır?
- Mövcud virusun mahiyyətini, çətin vəziyyətdə olan cəmiyyətin davranışını, müəyyən xəstəliklərin baş verməsini peşəkarlıqla izah edən ən yaxşı psixoloqları, psixoterapevtləri profilaktikaya niyə gətirməyək? Bunun əvəzinə insanlar məharətlə “çaxnaşma, psixoz” adlı oyuna daxil olurlar. Nə üçün Roma küçələrində tabutlarla yüklənən hərbi maşınların videoları yayılır? Statistikanı təhlil edərkən, bütün bu dəhşətlərin saxtakarlıq olduğu ortaya çıxır. Bu, artıq yalançı mənzərədir. Vahimə yaratmaq üçün kiminsə marağıdır.
Birinin şüurlu, digərinin də şüursuz maraqları var. Tibbi maskaların istifadəsini götürək. Bunlar, ümumiyyətlə, demək olar ki, faydasızdır, təsiri azdır. Ancaq psixoloji təsirin gücü çox böyükdür. Maskalı üzlər istər-istəməz qorxu yayır.
Təcili yardım həkimi maska ​​ilə koronavirus əleyhinə geyimlərdə gəlir. Niyə? Çünki səhnələşdirmədir. Bir həkim olaraq bildirirəm ki, tibb işçisi mümkün infeksiyaya qarşı xalat istifadə edibsə, hər ziyarətdən sonra onu maşına minmədən xüsusi konteynerə atmalıdır. Onunla maşına minə bilməzsiniz, artıq infeksiyaya uğramısınız, xəstənin yanında olmusunuz, xalatınızdakı virus avtomobilin səthinə yayıla bilər. Moskvada təcili yardıma gün ərzində 11 minə yaxın zəng gəlir. Maşında iki nəfər varsa, onda gündə 22 min xalat lazımdır. Təcili yardımın bu qədər ehtiyat vasitələri haradandır? Həkimləri də oyuna daxil edirlər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda uşaqların SAYI AÇIQLANDI
İmperatorun villası satılır
Astmalı uşaqlara qarşı diqqətli olun
Eyfel qülləsinə səyahət
Yay üçün qısa ətək modelləri
"iPhone 7Pro" gəlir
Qadın.Net-lilərin ilk körpə həyəcanı (3-cü hissə)
Seda Sayanın ifasını ələ saldılar
Kraliça İlham Əliyevə məktub göndərib
İsraildə səfərbərlik elan olundu
Alma piroqu (foto resept)
Azərbaycanda koronavirus vaksinasiyasınadək maska taxacağıq? - VİDEO
Putinin müsəlmanlara təbriki
"Arıqlamaq üçün eşq acısı çəkin"
BÜRCLƏR bizə nə vəd edir?-13 Sentyabr
Mənim əl işlərim (1)
Nazir: "Azərbaycanın suverenliyi İran üçün olduqca vacibdir"
Füzulidə gecə gərginliyi
Ürək keksi (foto-resept)
2014-cü ilin ən bahalı 10 transferi
Kəs və yapışdır-1
Həbs olunan məşhurun bacısı: "Kimsə ananızı söysə, nə edərsiniz?”
Telefondan silinən şəkilləri yenidən necə qaytarmaq olar? - ŞƏKİLLİ İZAH
Sərhədsiz yaradıcılıq
Qəhvə və likörlu şokolad tortu (foto resept)
Bəyəndim (Like)
İÇV-nin yayılma yolları
Məşhur modelin yalanı ortaya çıxdı: Sevgilisi tərəfindən döyülübmüş - VİDEO
Gəncənin tramvayları belə olacaq
Abortların sayı 2 dəfə azalıb
Bakının üzü güldü
Günün qoroskopu: nəyisə gizlədən insanlarla təmaslar istisna deyil
Ağlayan keks (video-resept)
Təmiz torpaq, sağlam həyat...
Dəbli geyimlər
Əhaliyə xəbərdarlıq
Sinan Akçıl yoldaşının gəlinliyindən DANIŞDI
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
İki stəkan südün gücü
Taekvondoçumuz ermənini yerə vurub Avropa çempionu oldu
Damar tıxanmasına səbəb olan qidalar
Hava necə olacaq?
Atmosferə uzanan kosmik lift
Çəhrayı rəngli salon dekorasiyası
Profiterol (foto resept)
Bakıya gələcək "Formula 1" pilotları
Mahir sinoptiklər
Azərbaycan “Su-24” bombardmançı təyyarələrini modernləşdirir
Azərbaycanda koronavirusa kütləvi yoluxma: Araşdırma başlandı - YENİLƏNİB
Künbəz tort (foto-resept)














