
Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət və daşınmaz əmlaka digər əşya hüquqları (servitut, ipoteka, istifadə və s) dövlət reyestrində qeydiyyata alınır.
Trend-in məlumatına görə, bununla bağlı suallara Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov aydınlıq gətirib.
"Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir", - vəkil bildirib.
D.Novruzovun sözlərinə görə, 29 iyul 2004-cü il tarixli "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
Vəkil deyib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Bu əsaslar aşağıdakılardır:
1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;
4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
5. bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;
8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
Hüquqların dövlət qeydiyyatının aparılması qaydası
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna uyğun olaraq hüquq əldə edən şəxs hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri DƏDRX-ə təqdim etməlidir" - deyə hüquqşünas bildirib.
Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
hüquqların dövlət qeydiyyatı üçün yuxarıda qeyd edilən əsaslardan biri;
torpaq sahəsinin planı və ölçüsü;
torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
O deyib ki, hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir.
Həmin qurum daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlayır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən edir.
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.
Hüquqların dövlət qeydiyyatının dayandırılması
Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər.
Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir.
Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır.
Bu müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.
Hüquqların dövlət qeydiyyatından imtina
Hüquqşünas daha bir məsələyə toxunub. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından da imtina edilə bilər. Belə ki, aşağıdakı hallardan biri mövcud olrsa, qeydiyyatdan imtina edilir:
dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;
daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Sonda vəkil bildirib ki, hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Çağlanı və övladlarını ölümlə hədələyən şəxs saxlanıldı
ETİRAFLAR:"Kimdən əskiyəm?!"
Üz dərisi üçün kosmetik məhsulların alış-verişi
Moskvada ilk dəfə günəş enerjisi ilə işləyən işıqfor quraşdırılıb
Bakıda hərəkət iflic oldu
Dünyanın ən bahalı, ən maraqlı və ən rahat kruizi başlanır
İrəvanın böyük məğlubiyyəti
Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edildi
Daha bir aktyor Trampı təhqir etdi - VİDEO
Evdə pişik saxlamaq zərərlidirmi?
Üzr istəməsən, ölərəm
Salatları necə bəzəyək?
Erməni general Müdafiə naziri Tonoyanı hərbçilərin qarşısında alçaltdı
Azərbaycan 17,4 min əcnəbinin üzərində pensiya öhdəlikləri qəbul etdi
Suaresi Uruqvayda bu cür qarşıladılar
Azərbaycanda dövlət qurumlarında çalışan bu işçilərin işə çıxması qadağan edildi - RƏSMİ
Dünyanın ən yaşıl şəhərləri
Honq Konqda yeni iğtişaşlar
Cəbhədə növbəti təxribat
95 yaşlı kişi yasında "dirildi" - FOTO
Bir adamı 4 dəfə öldürən saytları, neylərdin ilahi? - FACEBOOK CƏZALARI
3D manikür dəbi
"Qadın.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (2)
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
HAVA necə olacaq? 12-yanvar
Ramazan bayramınız mübarək!
"İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlandı
Bütün dünyanın inandığı yalanlar
Koronavirusun simptomları dəyişdi
Buğurt qalası
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
3 sayta xəbərdarlıq edildi
Qaydaları pozanlar cərimə olunacaq! - RƏSMİ
Megan Marklın 5 illik arzusu üzə çıxdı-FOTO
Bakıda əhali dollar axtarışında
Super atalar (2)
Gələcəyin insanı belə olacaq: ELMİ ARAŞDIRMA
Dünyanın ən varlı qadını bəlli oldu
Tanış olun: bürclərin sevgi cədvəli
Moda şousunda rüsvayçı olay
Ətdən çox istifadə hansı fəsadlara yol açır?
Sərt karantin rejimi iyulun 20-dək uzadıldı - RƏSMİ
Yaz dekorasiyası
Günün ulduz falı - 18.08.2013
150 evi olan aktyor
Şəkəri həyatınızdan çıxarmağın yolları
Alimlər koronavirusa qarşı kollektiv immunitetin yaranmasının şərtini açıqladılar
Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət
Bakının mərkəzi avtomobillərin hərəkəti üçün 2 gün bağlı olacaq
"Ergenekon" işində müttəhim millət vəkili azad edildi














