Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.Nazirlər Kabinetinə kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.Əmlak Məsələləri Dövlət Komitəsi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin təhlili nəticəsində daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən və bu fərmanla təsdiq edilmiş siyahıya daxil olmayan sənədləri aşkar etdikdə, bu növ sənədlərin siyahıya daxil edilməsi barədə təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir.
Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir.
Yerli icra hakimiyyəti orqanlarına müvafiq inzibati ərazi vahidi ərazisində bu fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etmələri tapşırılıb.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dünyanın ən sürətli avtomobili satılacaq
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
Elektron siqaretlərdə virus tapıldı
Magistr olmaq istəyənlərin nəzərinə!
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
Separatçı rejimin “hökuməti” İrəvana qaçdı
Vitamin çatışmazlığının həlli
Leykemiya haqqında bilmədiklərimiz
Louis Vuitton kimdir?
Castin Timberleyk xəstə uşaqları ziyarət etdi
Qanımızı halal etdiyimiz yeganə qaniçən
Dünyanın ən varlı adamının gəlini olacaq-FOTO
Apteklərdə dərman qiymətləri ilə bağlı AÇIQLAMA
Bakıda "Röya adası" gerçək olur
iWatch oktyabrda satılacaq
Cəfəri haqqında bilmədiklərimiz
Beş rayonda qaz olmayacaq - Xəbərdarlıq
Meqan Markl 300 min dollarlıq parti verib-FOTO
Həftənin ilk iş günü hava necə olacaq?
Azərbaycanda ümumvətəndaş pasportlarının alınmasında yenilik
Şuşa necə azad olundu? - VİDEO
2021-ci il üzrə təhsil üzrə ayrılan xərclərin təyinatı məlum oldu
"Real Madrid"in 100 milyonluq futbolçusu yenə zədələndi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Mahsun Kırmızıgülün hər kəsdən gizlətdiyi 20 yaşlı oğlu - İLK DƏFƏ
Hava haqqında - 11.12.2013
Putindən Əliyevə dəvət
Üz üçün losyonlar
"Savaşçı" serialında Xocalı şəhidləri anıldı - FOTO
"Spaqetti" (foto-resept)
Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı?
Brayl klaviaturalı ilk telefon
Karyera, yoxsa ailə həyatı?
Eşqin yaşı yoxdur
LG kosmetika buraxacaq
Aktual xəbərləri necə hazırlamalı?
Mehriban Əliyeva Albaniyanın birinci xanımı və Latviyanın sabiq birinci xanımı ilə görüşüb
Azərbaycanda "Müstəqil Azərbaycan tarixi"nin tədrisinə başlanıldı
İrina Şeyk yeni paylaşımı ilə izləyicilərini sevindirdi - FOTO
Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edildi
Günün qoroskopu: vədlərə əməl olunmayan gündür
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb
WhatsApp-da daha bir yenilik
HAVA necə olacaq?-25 İyul
Sarımsaqlı saç maskası
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
Yaxşı ata olmağı bacaran 6 bürc
Uşaqlarda diş qıcırtmasının səbəbləri nədir?
Anita Tsoy koronavirusdan sağaldı
Hava limanlarında maraqlı dizaynlar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]