Son günlər bələdiyyə nümayəndələrinin sənədsiz yaşayış evlərinə yaxınlaşaraq müəyyən sənədlər tələb etməsi əhali arasında təşviş doğurub. Bələdiyyənin bu fəaliyyəti barədə əvvəlcədən maarifləndirmə işi aparılmadığı üçün bəzi suallar ortaya çıxıb. Sakinlərdən bəziləri belə başa düşür ki, sənədsiz evlərə kupça bələdiyyə tərəfindən veriləcək. Buna görə də dövlət rüsumunun və lazımi sənədlərin bələdiyyə tərəfindən tələb olunması qanunsuzluq kimi qiymətləndirilir.
Qadin.Net publika.az-a istinadən məsələnin əslini müfəssəl şəkildə təqdim edir:
Bələdiyyə nümayəndələri niyə yaşayış evlərinə gedir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 13 yanvar 2015-ci ildə sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalamışdı. Fərmana əsasən, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlak hüququnun əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
Fərmandan irəli gələn işlərin qismən yerinə yetirilməsi yenidən Prezidentin gündəmində oldu və o, müvafiq aidiyyəti qurumlara sənədsiz evlərin qeydiyyata alınması barədə tapşırıq verdi. 1 yanvar 2020-ci il tarixindən ölkə miqyasında mərhələli şəkildə icbari sığortaya keçidin başlanması isə “kupça”sız evlər problemini yenidən gündəmə gətirdi. Buna görə də bələdiyyələr hərəkətə keçərək sənədsiz evlərin qeydiyyata alınması üçün müvafiq sənədlər toplamaq məqsədilə müəyyən məkanlarda yerləşən sənədsiz evlərə yaxınlaşır.
Hansı sənədləri tələb edirlər?
Yaşayış sahəsi bələdiyyədə qeydiyyatda olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti, vergi ödəyicisi olduğunu sübut edən sənədlər, ev üzərində hər hansı problemin olmadığını təsdiq edən sənəd və torpaq sahəsinin sənədi tələb edilir.
Haraya göndərilir?
Sənədlər bələdiyyənin ərazi idarəetmə rəisinin və bələdiyyə sədrinin baxışından keçdikdən sonra ərazinin tabe olduğu İcra Hakimiyyətinə göndərilir. Daha sonra sənədləşmə işi gedir və “kupça”ların paylanmasına başlanır.
Ekspert nə deyir?
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov məsələ ilə bağlı açıqlamasında bildirdi ki, evlərin sənədləşdirilməsi prosesi iki istiqamət üzrə mümkündür:
“Birincisi, torpağa hüquqi təsdiqedici sənəd olmalıdır. Əgər torpaq bələdiyyə ərazisində yerləşirsə, qurumdan həmin torpağın alqı-satqı aktı olmalıdır. Daha sonra həmin akt əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınır. Sonra isə torpağın üzərindəki tikililər sənədləşdirilir. İkincisi isə, qeyri-qanuni evlərə ümumi amnistiya tətbiq edilə bilər. Bu da yalnız ölkə Prezidentinin səlahiyyətindədir. Bələdiyyədə torpağın alqı-satqısı hərrac yolu ilə aparılır və qiymət də burada müəyyən edilir. Alqı-satqı çıxarışının qiyməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 30 manat, “texpasport” isə 70 manatdır. Bundan başqa ödəniləcək dövlət rüsumu yoxdur. Əgər həmin torpağın üzərində ev varsa, ikinci mərhələdə memar tərəfindən ona layihə sənədi işlənir. Bu layihə üçünsə 500-1000 manat vəsait tələb olunur. Son məqamda layihə və torpağın sənədi müvafiq qurumlara təqdim edilir. Beləliklə “kupça”nın hazırlanma mərhələsi başlayır”.
Ekspert xatırladıb ki, bələdiyyələr 2007-ci ilə qədər evlərə “kupça” verə bilirdi. Həmin tarixdən etibarən bu səlahiyyət onların əlindən alınıb
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hava haqqında - 01.03.2014
Sibel Can qızına donuz hədiyyə etdi-FOTO
Dəmirdən heykəllər
Həyatın içindən
Blinçikli piroq (foto resept)
Saçların rəngini təbii vasitələrlə dəyişdirin
Qalstuk-dəsmallar
Hava haqqında - 26.10.2013
Sevdiyi qıza dövlət sirri verən zabitə həbs cəzası
Bananlı tort (foto resept)
Sarımsaq haqqında bilmədiklərimiz
52 yaşlı Holl Berri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ
Cem Yılmazla Defne Samyelini Serenay ayırıb?
Ən yaxşı ağrı kəsici tapıldı
Ayasofyada şəkil çəkdirən balerina axtarışa verildi-FOTO
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Türkiyədəki səfirliyimizin mühafizəsi GÜCLƏNDİ
Ben Afflek trillerdə çəkiləcək
5-50 ildə təyyarələrin gələcəyi
Kəsilmiş ruletlər (foto resept)
Mikayıl Cabbarovdan yeni əmr
Bu gün Günəş Yerə maksimum yaxınlaşacaq
Bu muzeydən yığılan pullar təhsilə xərclənir
Azərbaycanda yollar sukeçirməyən örtüklə döşənə bilər
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Mayedə bişirmə
Qarın əridən içkilər
Günün qoroskopu: laqeyd olmayın
Azərbaycanda 5 gün iş olmayacaq
Dilçilik İnstitutundan CƏRİMƏ TƏKLİFİ
Öldürücü libas
13 mindən çox sayt bağlandı
Dietoloq: Qışda portağal və naringi yemək ziyandır
12 yaşlı uşaq 83 kilo arıqladı - VİDEO
Cavabsız suallar...
Gənclər üçün otaq seçimi
Əbədi işləyən saat yaradıldı
Şəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar
İŞİD-dən ən çox qorxan ölkə
Rusiya Azərbaycana “T-90C” tankları satıb qurtardı
Koronavirusa görə çəkilən sosial VİDEO izlənmə rekordu qırır
Azərbaycanda güclü külək olacaq
Ramazan bayramını kimlər nə vaxt qeyd edirlər?
Bakıda avtobusların fəaliyyəti ilə bağlı daha bir qurum yaradılır
Kıvanç Tatlıtuğa ağır itki
Dünyadakı ən lüks və bahalı 10 marka
Bakıda 8 mart izdihamı
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi keçiriləcək
8 marta özəl üzüklər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]