Milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək, Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın 22-ci ildönümü ərəfəsində dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün dünya ictimaiyyətinə müraciət edirik. Əminik ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi cinayət əməllərinə heç bir cəmiyyət, heç bir din haqq qazandırmır.
Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni qəsbkarlarının qəfil və amansız basqınına məruz qalmış, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmamışdır. Nəticə etibarilə, 150 nəfər də itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, şəhid edilmişlərin cəsədləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər törədilmişdir.
Zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, fiziki və maddi- mənəvi terror gerçəkləşdirən erməni ekstremistləri ərazimizin 20 faizini işğal edərək, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi xarabalığa çevirmişlər. Təəssüflər olsun ki, onlar törətdikləri cinayətlərə görə hələ də layiqli cəza almamış, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə belə məhəl qoymamışlar. Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsidir.
Azərbaycan illərdir ki, Xocalı soyqırımı faktının lazımi səviyyədə siyasi, hüquqi qiymətini alması, beynəlxalq miqyasda qınaq obyektinə çevrilməsi ilə bağlı müraciətlər edir. Ümidlərimizi artıran məqam isə bundan ibarətdir ki, artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımı həqiqətlərini tanımış və tanımaqdadır. Bu gün geniş vüsət alan "Xocalıya ədalət" kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında, haqqın və tarixi ədalətin bərpasında önəmli rol oynayır.
Qafqaz Müsəlmanları İdarəsi dünya ictimaiyyətini erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən təcavüzkar dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını - Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və pisləməyə səsləyir. Belə ki, bütün səmavi dinlərin müqəddəs kitablarında, o cümlədən Qurani-Kərimdə bir günahsız insanın qətlə yetirilməsinin günahı bəşəriyyətin məhvinin günahına bərabər tutulur.
Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirik. Hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərar olmasına nail olmaqdır. Odur ki, üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara, o cümlədən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırırıq.Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!"
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yeni ildə uşaqlarımızı hara aparaq?
"Əziz Novruzum" (I hissə)
Bakının ən böyük tonqalı qalanacaq
Soğanın faydaları
Bu il dəbdə olan saç düzümləri
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Gökçe Bahadır Makiyajsız FOTO paylaşdı
Bakıda zəif toz dumanı olacaq
Əsgərlər üçün də qurbanlar kəsilib
Melaniya Tramp "millət anası" obrazını sınayır - FOTO
"ABŞ-da Azərbaycanla bağlı dinləmələrin arxasında erməni lobbisi dayanır"
Dünyanı düzəltmək üçün
Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub - FOTO
Gecə növbəsində işləmək orqanizmi məhv edir
Azərbaycanda qızlar qəhətə çıxacaq?
İŞİD-lə mübarizəyə son?
İşğal altındakı abidələrimizə dəyən zərərin qiymətləndirilməsi başa çatır
Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək - SƏRƏNCAM
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Dodağına Gel Vurdurdu Üzü Çürüdü-FOTO
Göz rənginə görə ənlik seçimi
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Şəhid generalın xanımı - VİDEO
TƏBİB rəsmisindən koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ
İdmançımız erməniyə qalib gələrək dünya çempion oldu
İŞİD tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı
Əsnəyən balacalar
Aslı Murata “yox” dedi - SƏBƏB
Bred Pitt 20 ildən sonra ilk dəfə...-FOTO
Amin Musayevin evindən eksklüziv görüntülər - VİDEO
Oğlan özündən bir neçə yaş böyük qızla evlənə bilərmi?
Yuxu yozmaları - E
Günün ulduz falı
Mayk Tayson ağ köpək balığı ilə döyüşəcək - VİDEO
Hamiləlik dövründə necə qidalanmalı?
Bu gün İlaxır çərşənbədir
150 illik araşdırma tamamlandı
"Arsenal"ın baş məşqçisi: ""Napoli"yə yazığım gəldi"
Gənc blogger lüks villa aldı-FOTO
Dünyanın ən gözəl 20 qadını
Rusiyada İİV-QİÇS-ə qarşı vaksinlərin insanlarda sınaqdan keçirilməsi gözlənilir
Azərbaycana yeni heyvanlar gəlir
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Boşanmalar ən çox hansı yaşda qeydə alınır?
Almalı keks (foto resept)
Günün ulduz falı
Sertap Erener şəklini çəkənləri təhqir etdi-FOTO
Xoşbəxtlik zəif yaddaşdır...
Burak Özçivitin EKİZİ peyda oldu-FOTO
- ŞƏRHLƏR