İşğal olunmuş ərazilərdə qalan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin qiymətləndirilməsi işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Respublikasının Qiymətləndiricilər Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan böyük itki və tələfatlara məruz qalıb.
Ölkə prezidentinin göstərişinə uyğun olaraq, Azərbaycana vurulan zərər və mənəvi itkilər təsnifatı üzrə hesablanır. Dağlıq Qarabağ ətrafındakı bir çox rayonların işğal gününün qeyd edildiyi bir vaxtda Azərbaycanın işğal altında olan ərazilərinin tarixi və mədəniyyəti ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir, qanunsuz arxoloji qazıntılar aparılır, qazıntı nəticəsində aşkar edilən məişət əşyaları, müxtəlif alətlər və mədəni irsimizə aid digər nümunələr mənimsənilərək ölkədən çıxarılır. Bu barədə beynəlxalq təşkilatlar və super dövlətlər ya susur, ya da ikili standartlarla yanaşırlar.
Milli-Məclisin deputatı Xanhüseyin Kazımlının rəhbərliyi ilə işçi qrupu və Azərbaycan Respublikasının Qiymətləndiricilər Cəmiyyətinin əməkdaşlarının apardıqları tədqiqat zamanı məlum olub ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin bir qismi, islam dini abidələri, yəni məscidlər, inanc yerləri, pirlər, qəbüstü abidələr və qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılsa da, digər qisim abidələr - qaya təsvirləri, mağaralar, sujet xarakterli oymalar, kurqanlar, istehkamlar, qalalar və xristianlıq dövrü memarlıq abidələri hələ də öz mövcudluqlqrını qoruyub saxlayırlar. Bu barədə Ermənistanın “Radi Doma” saytı, 29 avqust 2013-cü ildə isə Rusiyanın “Reqnum” agentliyi Ermənistan rəsmilərinin məlumatlarına əsasən bildirirlər ki, 2011-ci ildə Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 4000 min tarix və mədəniyyət abidəsi qeydə alınıb. Erməni tarixçisi Şagen Mkrtçyanın 2006-cı ildə İrəvanda nəşr etdirdiyi “Qarabağın memarlıq abidələri” adlı kitabda Qarabağdakı abidələrin adları və mövcud olduqları yerlər dəqiq göstərilib.
Qeyd edək ki, bu göstəricilər müəyyən qədər azaltmalarla şərh edilsə də, Cəmiyyətin əlində olan statistik məlumatlarla uyğunluq təşkil edir. Məlumdur ki, SSRİ dövründə Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və mühafizəsi işlərinin səthi aparılması Dağlıq Qarabağ və ətraf ərazilərdə xeyli sayda tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatından kənarda qalmasına səbəb olub. Bu isə Azərbaycanın işğal altında qalan ərazilərindəki abidələrin yenidən qeydiyyata alınmasında və bu istiqamətdə işğal dövrü ermənilər tərəfindən dəyən zərərlərin hesablanmasında böyük çətinliklər yaradır. Qarabağda Ermənistan tərəfindən aparılan bu siyahıya alma zamanı məlum olur ki, onlar işğal altında saxladıqları ərazilərdə islam dini abidələrini qeydiyyata almayıblar. Ekspertlər bundan belə bir nəticəyə gəlirlər ki, işğal ərazilərində islam dini abidələri də hesablanarsa, orada olan abidələrimizin sayı 5000 ədəddən də artıq olar. Bütün bunların dəyəri Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanaraq və müvafiq sertifikatı olan beynəlxalq ekspertlərin iştirakı ilə aparılmaqdadır.
Mənbə: Lent.az
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR