
BALIQLAR böyük dəyişikliklər ərəfəsindədirlər. Üfüqdə maddi qazanc görünür. Qeyri-adi intuisiyanız və işgüzarlığınız istər işdə, istərsə də evdə istədiyiniz nəticələrə nail olmağınıza kömək edəcəkdir. Bunun üçün təşəbbüsü ələ alıb çevik qərar qəbul etməlisiniz. Başladığınız işi sona çatdırmalısınız.
QOÇLAR üçün çətin həftə olacaqdır. Sizi maraqlı xəbərlər, işgüzar görüşlər, işdə avral gözləyir. Ola bilsin, həftəlik iş cədvəli tutmalısınız. İşgüzar tərəfdaşlarla əlaqələriniz intensivləşəcək və yaxın gələcəkdə gözəl səmərə verəcəkdir. Yaxşı olar, maliyyə durumunuzu nəzarətdə saxlayasınız. İndi sağa-sola pul xərcləməyin yeri deyil.
BUĞALAR kompromisə getməyi bacarmalıdırlar. Onda işləriniz daha sürətlə və hamar gedəcəkdir. Maliyyə ilə bağlı lazımlı informasiya alacaqsınız. Əhəmiyyətsiz məsələlərə görə diqqətinizi əsas məsələdən yayındırmayın. Yaxşı olar, diqqətinizi maliyyə işləri üzərində cəmləşdirəsiniz.
ƏKİZLƏR emosiyalarına nəzarət etməlidirlər. Sözlərinizə və həmsöhbətlərinizin davranışına diqqət yetirin. Ucdan tutub ucuzluğa getməyin. Münaqişələrə yol verməmək üçün, necə deyərlər, hər şeyə bir balaca kreativ yanaşın. Ağrımayan başınıza dəsmal bağlamağa nə ehtiyac var. Onsuz da problemləriniz öz-özünə həll olunacaq, işləriniz də öz axarına düşəcək.
XƏRÇƏNGLƏR həmkarlarına acı sözlər deməkdən, onları tənqid etmək fikrindən vaz keçməlidirlər. Yoxsa ədalət axtarışınız həqarətlə nəticələnər. Yaxşı olar, gücünüzü daha səmərəli işlərə yönəldəsiniz, məsələn, yeni işgüzar əlaqələr qurasınız. Bu istiqamətdə yaxşı işləsəniz, nəticədə bütün ümidləriniz doğruldacaqdır.
ŞİRLƏR hər sahədə uğur qazanacaqlar. Vəziyyəti düzgün qiymətləndirmək bacarığınız işlərinizdə güclü sıçrayış etməyinizə imkan verəcəkdir. Bu həftə rəhbərliyin tapşırığını yüksək səviyyədə yerinə yetirəcəksiniz. Nüfuzunuz daha da artacaqdır. İdeyalarınızı həyata keçirmək üçün bütün qapılar taybatay açılacaqdır.
QIZLARIN həyat eşqi artacaqdır. Problemlər sizə çox asan məsələlər kimi görünəcəkdir. Düzgün qərar vermək bacarığınız, yaxınlarınızın dəstəyi nəzərdə tutulanlara nail olmağınıza və gələcəkdə hər sahədə uğur qazanmağınıza şərait yaradacaqdır. Bu günlər mənzilinizin interyerinə əl gəzdirmək istəyəcəksiniz.
TƏRƏZİLƏR işdə gələcək uğurların təməlini qoyacaqlar. Qeyri-müəyyənlik sizi qorxutmamalıdır. Cəsarətlə yeni zirvələrə doğru irəliləməlisiniz. Dəqiqlik və dürüstlük müvəffəqiyyətinizin açarıdır. Başqalarının çaldığı ilə oynamayın. Hər bir məsələ barədə öz fikriniz, öz sözünüz olmalıdır. “İnan, amma yoxla” sözləri devizinizə çevrilməlidir.
ƏQRƏBLƏR bitərəf mövqelərindən bir addım da geri çəkilməməlidirlər. Başqalarının işi elə başqalarınındır. Öz işləriniz
barədə düşünün. Sizi yoldan çıxarmaq istəyənlərə isə əhəmiyyət verməyin. Bu həftə keçirdiyiniz görüşlər, informasiya mübadiləsi səmərəli olacaq və maddi durumunuzu yaxşılaşdırmağa imkan verəcəkdir. İcrası mümkün olmayan planlardan əl çəkin. Çəhrayı şüşəli eynəyinizi çıxarsanız, hadisələrin real mənzərəsini görəcəksiniz.
OXATANLAR ev və ev işləri ilə bağlı çoxdankı arzularını həyata keçirəcəklər. Bu həftədən etibarən özünüzü çox rahat hiss edəcəksiniz. Arzularınız tələblərinizə cavab verəcək, yaxud imkanlarınız hər bir arzunuzu həyata keçirməyə imkan verəcəkdir. İntuisiyanıza güvənin. O, sizin ən etibarlı yol yoldaşınızdır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Analar üçün asan üsullar
Tarixdə bu gün
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Heç yerdə görmədiyiniz 10 meyvə
Qısa ətəkli gəlinliklər
Obama Klintonu dəstəklədi
"Bakı 2015"in medalı
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Beyonsun səhnə geyimi sevənlərini heyran etdi-FOTO
Salma Hayek ailəsindən danışdı-FOTO
Qeyri-adi ixtiralar
Rəqqasə paylaşımına görə həbs edildi-FOTO
Sürpriz alma şirniyyatı (foto resept)
Albaniya Parlamentinin spikeri: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
Gündə bir alma...
Sodanın faydaları
Ofis işçiləri bunları etsin
Kişilər niyə aldadır? (1)
Göstəriş: "Ancaq kartı olanlarla işləyin"
İlham Əliyev: “Biz Şuşanı döyüş meydanında qazandıq”
Monoton həyat sizi də bezdirib?
İş həyatında insanlara təsir etmək üçün...
Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)
Bu ilin sonunadək Azərbaycanın bütün ərazisində POS-terminallar quraşdırılacaq
İvanişvili: "Mən erməniləri çox sevirəm və bunu heç vaxt gizlətməmişəm"
Dünya gözəli bu tarixdə ərə gedir
Erməni general Müdafiə naziri Tonoyanı hərbçilərin qarşısında alçaltdı
Bənövşəyi çörəyin faydaları
İrəvanın Göy Məscidi
Tarixin ilk selfisi
6 yaşlı Bekhemin ayaqqabısı tənqid edildi-FOTO
Yeni ilə xüsusi manikür
Ürküdücü yerlər-1
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Psixozun gecə "həyatı"
Cavan və gözəl qalmaq üçün qidalar
“Facebook”da yenilik
Evinizdə kitab oxumaq üçün yer düzəldin
Xocavəndin işğaldan azad olunan Daşbaşı kəndi - VİDEO
Qarpız bazarlarda niyə ucuzlaşmır?
Pensiyaçıların nəzərinə!
Bu ərazilərdə qaz olmayacaq
Dünyaca məşhur cütlüyün qızı doğuldu
Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL
Bu Qala kimin qalasıdır?
Prezident İlham Əliyev dövlət və hökumət başçılarının şərəfinə ziyafətdə iştirak edib
Murad və Aslı barışıb?
Günün qoroskopu
2021-ci ilin "Disko tərzi"
Bacarart layihəsini davam etdirirlər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]