
Azərbaycanda Avropa Oyunlarının keçiriləcəyi müddət ərzində gələn qonaqların turist bələdçiləri ilə təminatında heç bir problem yaranmayacaq.Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, bələdçilərlə işi turizm şirkətləri özləri qururlar, nazirlik bu işə müdaxilə etmir: "Azərbaycanda daxili turizmlə məşğul olan şirkətlər turist bələdçiləri baxımından Avropa Oyunlarına hazırdırlar".
V.Şıxməmmədov qeyd edib ki, Avropa Oyunlarına gələn qonaqlara xidmət göstərmək üçün Bakı şəhərində kifayət qədər bələdçi var.
O, nazirliyin yalnız bu Oyunların keçiriləcəyi müddət üçün deyil, hər zaman turizm şirkətlərinə bələdçi kartları olan bələdçilərlə əməkdaşlıq etməyi tövsiyə etdiyini də söyləyib: “Bələdçilər Azərbaycan Turizm və Menecment Universitetindəki bələdçi kurslarında iştirak edərək bələdçi kartları əldə edirlər. İstənilən halda Azərbaycan Turizm və Menecment Universitetinin akkreditasiyasından keçərək kart əldə edən bələdçilərin fəaliyyət göstərməsi bizim üçün prioritetdir. Kartın olması bələdçinin fəaliyyəti üçün artıq bir icazədir. Təbii ki, bütün turizm şirkətlərinə - bunun Oyunlara aidiyyəti yoxdur - bələdçi kartları olan bələdçilərlə əməkdaşlıq etmək tövsiyə olunur”.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov isə Trend-ə bildirib ki, Avropa Oyunlarına peşəkar bələdçilərlə yanaşı, universitetin tələbələri də könüllülər qismində qoşulacaqlar: "Artıq ATMU-nun 500-ə yaxın tələbəsi könüllü kimi qeydiyyatdan keçib. Universitet bütün potensialı ilə bu işə qoşulub. Ötən müddət ərzində kurslarda bacardığımız qədər bələdçi kadrları yetişdirmişik”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Küçəyə atılan it özünə iş tapdı
BÜRCLƏR bizə nə vəd edir?-31 İyul
Britaniyalılar ailəni internetə qurban verirlər
Stiven Siqal Rusiyada torpaq alacaq
​İpoteka ilə ev almaq istəyənlər, mütləq oxuyun!
İrəvanın son ümidi ölür
Prezident: "Korrupsiyaya qarşı mübarizə davam edəcək"
Azərbaycana ikimərtəbəli qatarlar gətiriləcək?
Kefli alma (foto-resept)
Şagirdlərə qiymətlər belə yazılacaq - QƏRAR
Plastik istifadəsini azaltmağın yolları
"Qara qutu"ların faciəli etirafları
Neftlə bağlı ilginc açıqlama
Xəzərdə zəlzələ olub
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Bakının sirli çadırları
3 gəlinlik dəyişən Berfunun rəqsi diqqət çəkdi-VİDEO
Sıla məşhur aşpazdan ayrıldı
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Fotoşop uğursuz oldu - FOTO
Toxuduqlarım
Təlqinlə bədəni gücləndirin
Mənzillərin qiyməti sürətlə ucuzlaşır
Ermənilər suyumuza qənim kəsiliblər
Cehiz alış-verişi
"Xəzərdə növbəti zəlzələlər baş verə bilər"
Apple Yaponiyada hökmranlıq edir
"8-ci kilometr bazarı"nda mənşəyi məlum olmayan toyuq əti satılır - VİDEO
"7 numara"nın Rüyasının indiki halı - FOTO
Hollivudun ən çalışqan aktyorları onlardır - Siyahı
Hadisənin köhnə FOTOsu məsxərəyə qoyuldu
25 il Qubadlısız...
Övladınıza ad qoyarkən düşündünüzmü?
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (5)
Günün ulduz falı
Gökçe Bahadırın ƏN BÖYÜK ARZUSU-FOTO
Ucqar bölgələrdə 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək
Ekspert: “Bu hallar virusa yoluxmanı artıra bilər”
Makiyajı təmizləmək üçün təbii üsullar
Valideynlərə dəyərli məsləhətlər
Nusret 47 min uşağı restoranında qonaq etdi - FOTO
Azərbaycanlılar İrəvana gedir?
İnqilabi kəşf insanları xərçəng və allergiyadan xilas edəcək
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Ölmək istəyən bu restorana getsin
"Qoyun" salatı (foto resept)
“Bu gün yeni dövr başlayır”
Yerdə qasırğa başladı
Tələbələrə kreditlər veriləcək
Ordumuzun döyüş hazırlığı yoxlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]