Artıq qış sərt üzünü yavaş-yavaş göstərməyə başlayır. Hidrometeoroloqlar xəbər verirlər ki, qarşıda bizi qar, yağış, çovğun, ümumiyyətlə sərt qış gözləyir. Lakin qış fəsli ölkəmizə özü ilə bərabər bir çox problemləri də gətirir. Xatırladaq ki, 2012-ci ilin qışı Bakı üçün səciyyəvi olmayan qar bolluğu ilə müşayiət olundu. Bu isə paytaxtın nəqliyyat strukturlarının hazırlığını ciddi sınağa çəkdi. Xüsusilə yolların buz olması səbəbi ilə yaranan avtomobil qəzaları, tıxaclar şəhəri iflic vəziyyətinə salmışdı. Əhalinin yollarda çəkdiyi əziyyəti hamımız görmüşdük. Hətta yol-istismar idarəsinin bir neçə qum səpən maşını da yollarda buzlaşmanın qarşısını ala bilməmiş, yollarda sürüşən avtomobillər nəticəsində onlarla qəza baş vermişdi. Bəs bu il ölkə ərazisində qışa hazırlıq necə gedir? Qışın gəlməsi ilə bağlı yollarda hər hansı tədbirlər görülürmü? Ümumiyyətlə, yollarımız qışa hazırdırmı?
“Yollar qışa tam hazırdır”
“Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevqəzetimizə açıqlamasında yollarda görülən tədbirlər haqqında məlumat verdi. Onun sözlərinə görə, ASC avqust-sentyabr aylarından etibarən qışa hazırlıqla bağlı işlərə başlayıblar: “Avtomobil yollarında nəqliyyatın sutka ərzində fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ASC tərəfindən əmr hazırlanaraq aidiyyəti yol istismar müəssisələrinə göndərilib. Yol istismar müəssisələri tərəfindən əmrin icrası ilə bağlı tədbirlər planı hazırlanaraq müvafiq işlərin görülməsinə başlanılıb. Hər bir yol istismar müəssisəsində 24 saat işləyən növbətçi briqadalar yaradılıb. Həmçinin “Azəryolservis”də qərargah yaradılıb, 24 saat ərzində növbətçilik təşkil olunub”.
Qarlı-şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görüldüyünü deyən mətbuat katibi bildirib ki, onların nəzarətində olan yollar qışa tam hazırdır: “Bizim tərəfimizdən avtomobil yollarına mütəmadi baxış keçirilir, yollardakı problemlər aradan qaldırılır, material ehtiyatı (texniki duz, qum, yanacaq və s.), yol texnikası, maşın-mexanizmlər və nəqliyyat vasitələri saz vəziyyətə gətirilir, işçilər xüsusi geyim forması ilə təmin olunur. Yarana biləcək problemlərin aradan qaldırılması üçün kifayət qədər işçi qüvvəsi, texnika mövcuddur. Biz öz xidmət etdiyimiz avtomobil yollarında hansısa problem yaranarsa kifayət qədər işçi qüvvəsini ora göndərəcəyik. “Azəryolservis”də yaradılmış qərargah bu istiqamətdə həyata keçirilən tədbirləri, görülən işləri nəzarətə götürüb”.
Qış qarajının fəaliyyəti
P.Mürsəliyev həmçinin keçən il istifadəyə verilən qış qarajı haqqında da məlumat verdi: “Həmin kompleksə inzibati bina, işçilərin istirahət yeri, qum və texniki duzun saxlanılması üçün anbar eləcə də maşın və mexanizmlər üçün xüsusi yer və s. daxildir. Bütövlükdə həmin sahə işıqlandırma sistemi ilə təchiz edilib. Həmin ərazidə də 24 saat ərzində fəaliyyət göstərən növbətçi briqadalar var. Bu qarajda texnika maşın mexanizminin saxlanması üçün yer, qumların saxlanması məqsədi ilə anbar, işçilərin istirahəti üçün də xüsusi yer ayrılıb. Əgər qəfil qar yağarsa, sutkalıq iş rejiminə keçilir, qərargah qış qarajına köçürülür. Orada rabitədən azuqəyədək bütün ehtiyatlar nəzərdə tutulub, yollara səpmək üçün 1 həftəlik qum və duz ehtiyatı tədarük edilib”.
Qışda yaranan problemlər
Azərbaycan Texniki Universitetin “Avtomobil nəqliyyatı vasitələri” kafedrasının müdiri Sülhəddin Gözəlov bizimlə söhbətində qışda nəqliyyatda yarana biləcək problemlər haqqında məlumat verdi:
“Qış fəslinin sərt keçməsi avtomobil nəqliyyatı üçün təbii ki, problemlər yaradır. Bu obyektiv problemlərdir, bizdən asılı olmur. Bu da xüsusi ilə yolların örtüyünün müəyyən qədər təhlükəli vəziyyətə gəlməsi yəni asfalt örtüyü və təkər arasındakı ilişmənin zəifləməsi, ilişmə əmsalının aşağı olması, avtomobillərin tormozlanma, idarə olunma xüsusiyyətlərini çətinləşdirir. Qış mövsümündə yağıntı, duman, çiskin çox olduğundan sürücünün görmə qabiliyyəti məhdudlaşır. Bu da sürücü üçün ikinci bir təhlükədir. Ən başlıca və mürəkkəb çətinliklərdən biri isə avtomobilin özünün konstruksiyasında müəyyən problemlərin yaranmasıdır. Qışda ümumi götürdükdə bütün faktorlar sürücünün əleyhinə işləyir. Ona görə də nəqliyyat kompleksini idarə edilənlər tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir”.
Sürücülər nə etsinlər?
Sürücülərə məsləhət verən nəqliyyat üzrə ekspert vurğuladı ki, qışda qəzalardan qorunmağın ən yaxşı yolu təcrübəsiz sürücülərin avtomobillərdən istifadə etməməsidir: “Sürücü ilk növbədə öz avtomobilini qışa hazırlamalıdır. O ilk öncə təkərlərdən başlamalıdır. Qış mövsümünə uyğun olan təkərlərdən, istismar materiallarından istifadə etməlidir. Lazım olan keyfiyyətli yağı, texniki mayeni, hətta təkərlərdəki təzyiqə qədər avtomobilini uyğun vəziyyətə salmalıdır. Yola qulluq edənlər isə yolu daima təmiz vəziyyətdə saxlamalı, yol örtüyündə ilişmə əmsalını yüksəltmək üçün müəyyən tədbirlər görməlidir. Qarı əritmək üçün yerə müəyyən materiallar səpilməli, yol nişanları vaxtlı-vaxtında təmizlənməlidir. Xüsusilə svetoforlar daim işlək vəziyyətdə olmalıdır. Qarlı, çovğun olan havalarda qəzalardan qorunmağın ən yaxşı yolu isə çətin sürmə şəraiti olan yollarda təcrübəsiz sürücülər avtomobillərindən istifadə etməsin”.
DYP-dən xəbərdarlıq
Qeyd edək ki, Azərbaycan yol polisi qış aylarında yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev trend-ə bildirib ki, qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər. DYP xəbərdarlıq edir ki, avtomobil şinləri protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Belə ki, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yarpaqları yandırmayın!
"Zodiak" salatı (foto resept)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Dünyanın ən bahalı almaz ayaqqabısı
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Toshiba 4K formatlı noutbuk buraxacaq
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
"Qarabağ qara ləkədir"
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Siqaret yenidən ucuzlaşdı
Soçi 2014: dünənin çempionları
Sabahın HAVAsı
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Uşağınızla evdə vaxt keçirmək üçün...
Məşhurlara bənzəmək üçün sərvət xərcləyənlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Döş xərçənginin dərmanı tapıldı
Hava necə olacaq?
Zeze__cards - 4
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Rənglər haqqımızda nələr deyir?
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Uşaq ensiklopediyası(12)
Milyarder insanları Aya aparacaq
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Adriana Limadan türk sevgilisinə romantik mesaj
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Şimali Koreyada daha bir qadağa
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Azərbaycana yeni vəzifə həvalə edildi
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Şeytanla odunçunun döyüşü
Tolqa Karel yeni ev aldı
Sizcə göz dəymə varmı?
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Keti Perridən qəribə açıqlama
Qeyri-adi üzüklər
Hilal Altınbilek AÇIQLAMA verdi
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Bu gündən hava soyuyur
"Çukur" cəzalandırıldı-SƏBƏB
Düşmən mövqelərimizi minalarla vurur
Beren Saat onunla görüntüləndi-FOTO
Almalı piroq (foto resept)
Barbi tortu (foto resept)
- ŞƏRHLƏR