
Trend-in məlumatına görə, axşam saatlarında Bakının Nizami rayonunda Bəkir Çobanzadə və Rüstəm Əliyev küçələrində, eləcə də paytaxtın digər yollarında avtomobillərin hərəkəti mümkünsüz hala gəlir. Səbəb isə həmin yolların kənarında yerləşən çoxsaylı şadlıq sarayları istiqamətində “toy karvanları”nın, toylara gedən şəxslərin gediş-gəlişinin çoxluğu, şadlıq saraylarının qarşısında avtomobillərin qeyri-qanuni parklanmasıdır.
Bununla əlaqədar Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, bu gündən etibarən Bakının yol polisi "toy karvanları" ilə əlaqədar nəzarəti gücləndirəcək: "Paytaxtda saat 18:00-dan sonra bəy-gəlin cütlüklərini müşayiət edən “toy karvanları”nın hərəkəti zamanı yolun hərəkət zolaqları bütünlüklə tutulur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edilir, yol ayrıclarını keçmə qaydaları pozulur, yol boyu fasiləsiz səs siqnallarından istifadə edilir, həddən artıq asta sürətlə hərəkət edilir, avtomobillər yollara bitişik şadlıq evlərinin qarşısında qanunsuz park olunur. Karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində isə yollarda süni sıxlıq, tıxaclar yaranır. Bu isə paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gündən toy mövsümü ilə əlaqədar nəzarəti və bu kimi eybəcər halların qarşısının alınması istiqamətində tədbirlərini gücləndirəcək”.
V.Əsədov toy sahiblərinə və “toy karvanları”nda iştirak edən avtomobil sürücülərinə xəbərdarlıq edir ki, bununla əlaqədar yol polisi əməkdaşları tərəfindən “toy karvanı”nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək: “Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahibləri və sürücülərinin, xüsusilə toy sahiblərinin, eləcə də avtomobillərini şadlıq evlərinin qarşısında qanunsuz saxlayanların nəzərinə çatdıraraq tövsiyə edir ki, hərəkət zamanı "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət edilsin və yol hərəkətinin digər iştirakçılarına süni maneələr yaradılmasın. Əks halda, toy karvanlarında hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq kimliyindən asılı olmayaraq qanunu pozan istənilən şəxs barəsində dərhal müvafiq cəza tədbirləri görüləcək".
İdarə sözçüsü bir daha toy sahiblərinə müraciət edərək "toy karvanları"nda iştirak edən avtomobillərin sayının azaldılmasını tövsiyə edib: "Toy sahibləri elə bil ki, digərləri ilə yarışa çıxıblar ki, kimin “toy karvanı”nda daha çox və daha bahalı maşınlar olacaq? Məgər “toy karvanı”ndakı avtomobillərin sayının çox və bahalı olması yeni ailə həyatına başlayanları xoşbəxt edəcək? İndi yeni bir şey yaranıb. “Toy karvanı”nda gedən avtomobillərin biri yolu bağlayaraq bəy-gəlin cütlüyü üçün yolu boşaldır. Elə bil ki, yolla hansısa dövlətin başçısının korteji keçir. Bu, yalnız ikrah hissi doğurur".
Bölmə rəisi bir daha toy sahibi olan və toya gedən avtomobil sürücülərinə yollarda hərəkət edən zaman diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Murat Bozdan qəribə addım
Sobada ətli pirojki (foto-resept)
Hansı rəngli qidalar nəyə xeyirdir?
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
Türkiyə çempionu İngiltərə klubuna keçir
Google-dan təqaüd qazanan Murat Çiçek
Filmdəki rollarını sevməyən məşhurlar
Azərbaycanda bir ilk
Dolu dabanlı ayaqqabılar
Qaçqınların sayı İkinci Dünya müharibəsi səviyyəsinə çatıb
Təhsil Nazirliyindən valideynlərə müraciət
Rəsmlərini dünya mənzərələri ilə tamamlayır
Hər növ saç üçün maskalar
Azərbaycan müharibə mesajı verdi
“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”
Azərbaycan ordusu daha bir əsgərini itirdi
Dələ qadından yaralı balasını xilas etməsini istədi
Cariyələrin kosmetika qabında nələr olurdu? (2)
Ledi Qaqa yeni Sevgilisi ilə-FOTO
Hava haqqında - 19.02.2014
Dəstəmaz almış adam pişiyə əl vura bilərmi?
Kartof salatı (foto resept)
Küçəyə çıxmaq qadağan edildi
Trampı zəhərləmək istəyən şəxslə bağlı yeni faktlar
Yeni il süfrəsi üçün salat və qəlyanaltıların hazırlanması
Bəkməzin faydaları
Kenan Doğulu Beren Saatın bu səhnələrindən danışdı-FOTO
Azərbaycan və Rusiya DİN-lərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə işçi qrupunun iclası keçirildi
Ecazkarlıq nişanəsi- zövqlü donlar
Selma Hayekdən 100 milyonluq yardım
Əgər uşaq oğurluq edirsə...
Hava haqqında
Sualtı restoran
Erməni təxribatları nəticəsində 61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb - FOTO
Sürücülər DİQQƏT - cərimələnə bilərsiniz
Müəllimlərin işə qəbulu üzrə müsahibəndə yenilik
Putinin veterana verdiyi məktubda nə yazıldığı açıqlandı - VİDEO
“Taxt oyunları”nın yaradıcıları yeni seriala hazırlaşır
Əhval-ruhiyyəniz pis olduqda bunu oxuyun!
Yaxşı dinləyici olmanın yolları
XXI əsrin ən uzun Ay tutulması yaşandı– CANLI
Ürək üçün faydalı olan qidalar
Rusiyadan Bakıya dəstək
Prezident fəxri ad verdi
Ukraynada savaş başa çatır
Bu şəlalədən tez qaçmaq gərəkdir
Qadınların bilməsi lazım olan 22 qayda!
Professordan xəbərdarlıq: “Qanınızın rəngi belədirsə...”
Maşininiz varsa, bu xəbəri mütləq oxuyun – QƏNAƏT REJİMİ
Qış üçün gavalı salatı (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]