
Azərbaycanda gələn il peşə məktəblərinin attestasiyasının keçirilməsindən sonra müəllimlərin hamısının eyni səviyyədə maaş alması nəzərdə tutulmur.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov jurnalistlərə bildirib ki, 2014-cü ildən başlayaraq peşə təhsili müəssisələrinin müəllimlərinin attestasiyasının keçirilməsi planlaşdırılıb. Hazırda isə ümumi təhsil səviyyəsində müəllimlərin qiymətləndirilməsi və akreditasiyası ilə əlaqədar qaydalar hazırlanır: "Bizim yanaşmamıza görə, bu gün əmək bazarında ixtisaslı kadr hazırlamaq üçün gərək peşə məktəblərinə yaxşı usta cəlb edəsən, ona yaxşı əməkhaqqı verəsən. Onun məktəbdə aldığı əməkhaqqı tikintidə və ya restoranda aldığı əməkhaqqından az olmamalıdır. Biz peşə təhsili müəssisələrində büdcədənkənar vəsaitlərin artırılmasında maraqlıyıq".
Şöbə müdirinin sözlərinə görə, attestasiya zamanı müəllimin təhsil imkanları müəyyənləşdiriləcək: "Yüksək əməkhaqqı almaq istəyəni şəxsi akreditasiyadan, ixtisasartırma kurslarından keçdikdən sonra həmin əməkhaqqı ilə təmin etməyə hazır olacağıq. Biz çalışacağıq ki, onun alacağı əməkhaqqı əmək bazarında mövcud olan maaşdan aşağı olmasın".
N.Məmmədov deyib ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycanda peşə təhsili müəssisələrində çalışan pedaqoji kadrların təhlili aparılıb. Təqribən 4 minə yaxın pedaqoji heyət arasında aparılan təhlillər onu göstərir ki, 30 yaşa qədər olan işçilərin sayı 600-ə yaxındır, 60 yaşdan yuxarı olan pedaqoji heyətin sayı isə 400 nəfərə yaxındır. Peşə təhsili müəssisələrində 30-60 yaş arasında olan müəllimlərin, ustaların sayı çoxluq təşkil edir: "Təhlil onu göstərir ki, onların 60%-i Sovet dövründə təhsil alan insanlardır. Onların cəmi 2200-ü ali təhsillidir. Digərləri orta ixtisas peşə təhsilli insanlardır. Hətta orta təhsilli olan insanlarda var. Onların hansı yollarla peşə məktəblərinə götürülməsi və hazırda işləməsi məlum deyil".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Koronavirus əleyhinə zərdab ixtira edildi
BÜRCLƏR bizə nə vəd edir? -15 İyun
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 188 yeni yoluxma
Beyni aktivləşdirməyin ən asan yolu
Əzablı sevgim və nifrətim
Simit kababı (foto-resept)
Dəbli gəlin saçı modelləri
Cerenin “güpür” qalmaqalı - FOTO
Mustafa Şentop: “Lalsınız, karsınız, ya korsunuz? Ermənistana “dur” deyilməlidir”
Azərbaycan 53 medal qazandı
2020-ci ilin PROQNOZLARI - Tramp uduzacaq, dollar isə...
Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil!"
Bazar ertəsinin HAVAsı
19 yaşlı qızın bu addımı hər kəsi Heyrətləndirdi-FOTO
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Britaniyada Santa Klausa maska taxmamağa icazə verildi
Zəncəfilli peçenye (foto resept)
Günün qoroskopu: şübhəli və inamsız olmayın
Lalə ilə həsbihal...
İlham Əliyev və Ərdoğan bir-birinə təşəkkür etdi
Kianu Rivz ilk dəfə ETİRAF ETDİ-FOTO
Məktəblilərə daha bir "yük"
Sabriyedən Emreyə təklif-"SURVİVOR"-FOTO
Təbii ağrı kəsici: xına
Kök adamların beyini balaca olur
İdeal köməkçimiz paltar sabunu
195 kq arıqlayan qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Cütlüyün təyyarə sərgüzəştləri təəccübləndirir-FOTO
Azərbaycanda özbaşına tikinti işləri aparanlar həbs ediləcək.
Amerikalı müğənni koronavirusdan öldü
Bu gün güclü külək əsəcək
UZİ-dən eşitdiyi səs qadını heyrətləndirdi-FOTO
Məşhur model hər kəsi qorxutdu-FOTO
Mətbəxtə fərqli stullar
Üz üçün maskalar
Audi Q9 hazırlanır
Ətəyi geniş donlar
"Bölmələrimiz yüksəklikdəki düşmən mövqelərini darmadağın etdi"
Tavada albalı piroqu (foto-resept)
Vacib kredit iclası keçirildi
"Mövludun ruhundan əl çəkin!" - həyat yoldaşı
Rusiya Ermənistanda hərbi təlimlər keçirir
Festivalda virusa yoluxdular
Gənc qız hər kəsin Diqqətini çəkdi-FOTO
Romantik yemək otaqları
Maska üçün ən yaxşı meyvələr
Bekhem Ailəsi qınandı-SƏBƏB
Azərbaycanda şəxsi ev tikənlərin diqqətinə
Eşitmə qüsurları
Mən qadınam















- ŞƏRHLƏR