“Bir dəfə bir vəzifəlinin sürücüsü gəldi ki, mənə qırmızı kitab ver”
25 ildə müxtəlif oxucularla, maraqlı hadisələrlə rastlaşdığını deyən Rafiq bəy arada tanınmışların da onun müştərisi olduğunu qeyd etdi: “Tanınmışlardan müğənnilər, yazıçılar, vəzifəli şəxslər də məndən kitablar alıblar. Əvvəllər tanınmışlar daha çox gəlib kitab alırdılar. Amma indi, deyəsən, artıq onlar da kitab oxumurlar. Bir dəfə bir vəzifəli şəxsin sürücüsü gəlib məndən nəsli tükənməkdən olan heyvanların adı düşdüyü qırmızı kitabı istədi. Dedi ki, mənə o məşhur qırmızı kitab lazımdır, müdirimə hədiyyə edəcəyəm. Mən də ona bu kitabı verəndə dedi ki, yox, sən mənə qırmızı rəngdə olan kitab ver. O kitabın rəngi qırmızı olmalıdır. Mən müdirim üçün iş yerində kitab rəfi düzəldirəm, ora qoyacağam. Mən də bu adama nə qədər qırmızı rəngdə kitabım vardısa, hamısını satdım”.Rafiq bəy satdığı kitabların demək olar ki, əksəriyyətini oxuduğunu deyir: “Kitab gərək üzdə olsun. Kitab mağazada qapalı yerdə olanda camaat çox vaxt girmək istəmir. Çünki kitabların baha olacağını düşünür. Amma üzdə olanda istər-istəməz diqqətini cəlb edir. Hərdən olub ki, kitabı dediyim qiymətdən dəfələrlə ucuz vermişəm”.Rafiq bəy indi onun kimi köhnə kitabçıların az qaldığını deyir. O deyir ki, köhnə kitabçılar Bakı Şəhər İcra Hakimiyyətinin qadağasından sonra bu işdən əl çəkiblər. Kitabçı Yaqub dayı indi artıq maneələrin olmadığını bildirdi. O, kitabı qoyduğu yerə görə haqq ödədiyini bildirdi. Yer haqqının isə Bakı Şəhər Ticarət və xidmət departamenti tərəfindən təyin edildiyini dedi.Söhbətimizin bu yerində bir müştəri gəldi və onun istədiyi kitabı tapmağa çalışan Rafiq bəyin işinə mane olmamaq üçün “İşiniz anvand olsun” deyib onunla sağollaşdıq. Bir az irəlidə daha bir köhnə kitabçı ilə rastlaşdıq. Rafiq bəydən fərqli olaraq bu kitabçının kitabları daha çox idi. Hələ bir neçə qutu kitab da pilləkənə üst üstə yığmışdı. Adının Yaqub Hüseynov olduğunu deyən 73 yaşlı köhnə kitabçı oturub özü yaşda olan dostu ilə nərd oynayırdı. Bizim gəldiyimizi görüb ayağa qalxan Yaqub dayıdan bir neçə kitabın qiyməti ilə maraqlandıq. Üstünü toz basmış bu kitabların qoxusu belə insanı keçmişə aparırdı. Yaqub dayı az qala gözü yumulu hansı kitabın hansı qutuda olduğunu bilirdi. Satdığı kitabların da demək olar ki, hamısından məlumatı var idi. 33 ildir ki, bu işlə məşğul olduğunu deyən Yaqub dayı 10 minə yaxın kitabı olduğunu dedi: “Əvvəllər bu işə öz rəflərimdə olan kitabları satmaqla başladım. Daha sonra müştərilərim də evlərində olan köhnə kitabları, dərslikləri gətirib mənə ucuz qiymətə satdı. Kitab təklif edənlər əsasən başqa yerə, ya da evdən-evə köçənlər olurdu. Hətta elə vaxt olub ki, məndən aldıqları kitabı sonra gətirib özümə satıblar. Beləcə, illər keçdikcə kitablarımın sayı çoxaldı”.
Kitabı gərək diri-diri oxuyasan...
Yaqub dayı satdığı kitabların əsasən sovet dövründə nəşr olunan, rus dilində və ya kiril əlifbası ilə Azərbaycan dilində olan kitablar olduğunu dedi. Deyir ki, bədii kitablar qiymətli sayılmır. Əsasən dərsliklər və ensiklopedik kitablar qiymətlidir. Elə Yaqub dayının da əsas müştəriləri kiril əlifbası ilə oxuyan yaşlılardır. Deyir ki, Bakıda 90-cı illərə qədər kitab oxuyan çox olub. Ancaq sonradan azaldı. O da kitab oxuyanların azalmasına səbəbin televizor, internet olduğunu dedi: “Kitabı gərək əlində, diri-diri oxuyasan. İnternet ancaq xüsusi məlumatlar almaq üçündür. Kitab elə bir şeydir ki, gərək camaat onu görsün. Onsuz da kitab mağazalarına gedən azdır".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bakı ilə Nitsa arasında birbaşa aviareys açılır?
2015 yaz-yay çantaları
Aslı Enver yenidən ekranlara qayıdır
Azərbaycanda 1500 test keçiriləcək
Kələmli sadə salat(foto resept)
Vivienin bürc illustrasiyaları
Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Cennifer Lopezdən dirək rəqsi – VİDEO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Moskvada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib - FOTO
"Neftçi"nin yeni baş məşqçisinin adı bəlli oldu
"Matrisa" yenidən çəkilir
"Recep İvedik 5" Azərbaycanda nümayiş olunacaq?
Ev üsulu toyuq kolbasası (foto resept)
Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
Qızılca və məxmərək peyvəndi almayanların diqqətinə!
Yeni Maserati GranCabrio
2019-cu ilin ilk TRENDİ
Sentyabr ayı üçün bayramlar və tarixi günlər
Flaşmob sevənlər üçün film
Sinəyə qulluq
Qış xəstəliklərindən qoruyan 3 ərzaq
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 22 il ötür
Qrip ilə koronavirusun fərqi nədir?
İnsanlıq dərsi: 200 min dollar tapdı və...
Faydalı dizayna malik əşyalar
"Ig Nobel" mükafatı
Qırğızıstanda rus dilinin rəsmi statusu ilə bağlı qərar verildi
Bu qidalar asılılıq yaradır!
“Azərcell” ləğv olunur - SON DƏQİQƏ
Heç nə əbəs yerə yaradılmayıb
Qəbələ rayonuna 2 milyon manat ayrıldı
Diş fırçası insanı infarkt xəstəliyindən qoruyur.
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Ramzan Kadırov Zabit Səmədovu Kikboksinq Klubuna rəhbər təyin edib
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Məşhur aktrisanın toyu oldu
Deniz Seki ana ola bilməyəcək-SƏBƏB
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Vanna otağı təmizliyi qaydaları
Aqressiv uşaqları belə yedizdirin
Keçmiş sevgilisi toya gəlinlikdə gəldi-FOTO
Maqnoliya pudinqi (foto resept)
Körpəyə süd verən anaların yeməli olduğu qidalar
Karantin rejiminin hansı halda daha da yumşaldılacağı açıqlandı - RƏSMİ
Düyülü toyuq dolması (foto resept)
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
"Qarabağ" tarix yazdı
- ŞƏRHLƏR