Tikiləcək yeni tələbə şəhərciyi Avropa standartlarına cavab verəcək
Bu ilin mart ayının 13-dən etibarən Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarında müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsinə başlanıldı. Köçürülmənin əsas səbəbi isə bu ərazidə məskunlaşan məcburi köçkün ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması və yataqxananın yerləşdiyi ərazidə standartlara uyğun tələbə şəhərciyinin tikilməsi idi. Hər kəsə məlumdur ki, Bakıdakı dövlət ali təhsil ocaqlarına daxil olan tələbələrin yataqxanalara yerləşməsi 1993-cü ildən çətinləşib. Yəni, 20 ilə yaxındır ki, bütün universitet və institutlara məxsus yataqxanalarda yerlərin 90 faizində məcburi köçkün və qaçqınlar məskunlaşıb. Elə bu səbəbdən yataqxanaların yerləşdiyi bu yerlər əhali arasında tələbə şəhərciyi deyil, “qaçqın və məcburi köçkün şəhərciyi“ adlandırılırdı. Çünki burada tələbələrin yaşaması üçün nə yer, nə də şərait var idi. Bu problemi həll etmək üçün uzun müddətdir ki, dövlət tərəfindən müəyyən tədbirlər görülür. Bu tədbirlərin nəticəsində 1993-cü ildən BDU-nun 7 yataqxanasında məskunlaşan 1550-yə yaxın məcburi köçkün ailəsinin əksəriyyəti Qaradağ rayonu Müşfiqabad qəsəbəsində tikilən yeni binalara köçürülüb və bu yataqxanaların yerləşdiyi ərazidə tikinti işlərinə start verilib. Biz də yeni salınacaq “tələbə şəhərciyinin” tikintisinin nə yerdə olduğunu öyrənmək məqsədilə bu əraziyə yollandıq.
BDU-nun yataqxanasına daxil olarkən oradakı sakitlik diqqətimizi çəkdi. 6 ay bundan öncə insanlarla dolu olan bu yer sanki müharibədən sonra tərk edilmiş əraziyə bənzəyir. Amma buranın müharibədən fərqi odur ki, ərazidən köçürülən məcburi köçkünlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində onlar üçün inşa edilən gözəl, təmirli evlərə köçürülüblər. Xarabalığa çevrilən yataqxanaların yerində isə beynəlxalq standartlara cavab verən, hər cür şəraiti olan “tələbə şəhərciyi” inşa edilir. Müşahidələrimiz nəticəsində məlum olur ki, havaların isti keçməsinə baxmayaraq, burada qızğın iş gedir. Yataqxananın girişindəki 5 saylı bina artıq sökülüb və buradakı işlər bitdikdən sonra digər yataqxanalardakı söküntü işlərinə başlanılacaq.
“5500 tələbə şəhərcikdə məskunlaşacaq”
Məsələ ilə bağlı tikinti yerində olan və burada gedən işləri izləyən “tələbə şəhərciyi”-nin direktoru Rza Cabbarovla söhbətləşdik. R.Cabbarovun sözlərinə görə, BDU-nun yataqxanasında gedən təmir-söküntü işləri artıq 20 gündür ki, başlayıb: “İlk olaraq işə 5 saylı yataqxananın sökülməsi ilə başladıq. Burada işlər bitdikdən sonra isə sıra ilə 7 saylı, 3 saylı, 9 saylı və digər yataqxanalar söküləcək”. Bu ərazidə gələcəkdə salınan şəhərcik haqqında məlumat verən direktor yeni tələbə şəhərciyinin Avropa standartlarına cavab verəcəyini bildirdi: “Buradakı yataqxanalar artıq istifadəyə yararsız olduğu üçün sökülür və söküntü işləri bitdikdən sonra burada tələbələr üçün müasir tipli, Avropa standartlarına uyğun 5000-5500 nəfərlik çoxmərtəbəli yataqxana kompleksi tikiləcək”.
Standartlara cavab verən tələbə şəhərciyi
Qeyd edək ki, eskiz layihəsinə əsasən, yeni salınacaq tələbə şəhərciyinin ümumi sahəsi 32445 kv. metrdir. Tikinti üçün nəzərdə tutulmuş sahə isə 13350 kv. metrdir. 19095 kv. metr ərazidə abadlıq işləri aparılacaq. Layihəyə görə, tələbə şəhərciyi 4 korpusdan ibarət olacaq. A korpusu 17 mərtəbəli bina, B-C korpusları 13 mərtəbəli, E korpusu isə 14 mərtəbəli binalardan ibarət olacaq. Şəhərcik ərazisində piyadalar və velosipedçilər üçün xüsusi yollar inşa ediləcək. A Korpusunda 4 ədəd lift quraşdırılacaq. Yataqxana kompleksində sərgi zalı, tibb məntəqəsi, kitabxana, mağaza, 200-400 nəfərlik iclas zalları, bərbərxana, fitnes zalları, internet-kafe, ikimərtəbəli yeməkxana fəaliyyət göstərəcək.
Mənbə: Milli.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlham Əliyevdən yeni təyinat
3D döymələr
Limonun cana faydası.
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Rəngarəng hamam otaqları
Uşaqlara söz haqqı verin
Habil Əliyevdən son xəbər
Rusiya matəmə qərq oldu
Britaniyada 10 min arı çimərliyi "işğal edib"
Sıla ilk dəfə AÇIQLAMA verdi
Bakı səmasında təyyarə və helikopter ŞOUsu olub
HAVA necə olacaq?
Azərbaycanda günəş enerjisi ilə işləyən idman zalı tikilir
HAVA necə olacaq?
Kino tarixinin ən böyük qəhrəmanları açıqlanıb
Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib
Nazir: "Gələn ildən 100 min müəllim yeni maaş sistemi ilə çalışacaq"
Su yoqasının faydaları
Bu günün hava proqnozu
Tənbəllər üçün sıyıq pəhrizi
İpoteka ilə bağlı yeni qaydalar təsdiqləndi
DİN-dən əhaliyə çağrış
Dünya modasında ilk dəfə - çantaları dronlar göstərdilər
Xanımlarımız üçün geyimlər
Babil qülləsi və Afaziya
Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyi belə olacaq
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Uşaqların böyrəyini qorumaq üçün...
Moda brendlərini tanıyaq (1)
Tərk edilmiş yerlərdə çəkilmiş şəkillər
Marsda Yadplanetli gəmiləri-FOTO
Krediti olanların nəzərinə!
Azərbaycanda Bilik Günüdür
Hamiləlik və toksiplazmoz
Uşaqlarda yuxu nizamı
Çatışmayanı tap
Dırnaqlar niyə qırılır?
Göyqurşağı salatı (foto resept)
Məşhur aktyor onu təhqir etdi-SƏBƏB
Toylarla bağlı qərar verildi 30-40 nəfərdən çox olmamaqla...
Hava haqqında - 06.02.2014
Məşhur yazıçı və şairlər eşqi izah edir
Piyadaların nəzərinə: cərimələr artırıla bilər
Əsgərlərimiz Şuşadan Azərbaycana salam yolladı - VİDEO
Prezident İlham Əliyev: "Kooperativlər bundan sonra da ticarət, tədarük və istehsal sahəsindəki funksiyalarını layiqincə yerinə yetirəcək"
Valideyn himayəsindən məhrum olmuş 33 uşağı sevindirdilər
Xoşbəxt ailə həyatı ürəyi qoruyur
ÜST AÇIQLADI: İlk testlər keçirildi
Maaşsız qalan müəllimlərə cavab - YENİLƏNİB
Yeni təhlükə ilə üz-üzə - "Mariya" qasırğası gəlir...















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]