
Azərbaycanda müəyyən müddətə də olsa, piyadalar tərəfindən qayda pozuntusuna görə cərimələrin məbləğini artırmaq lazımdır.
K.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə görə, yol hərəkəti qaydalarını pozan piyadalar hazırda 20 manat məbləğində cərimə olunurlar. Lakin onun fikrincə, bu məbləğ inzibati təsir baxımından kifayət qədər effekt vermir. Ona görə də piyadalara qarşı cərimələrin məbləğinin artırılmasına ehtiyac var: "Cərimələr məqsədə çatmaq üçün yalnız inzibati təsir vasitəsidir. Bütün hallarda inzibati metodlar həmişə öz müsbət təsirini göstərir. Sadəcə, vaxt getdikcə cərimələrin məbləğlərinin qaldırılmasına ehtiyac duyulur. Hazırda qaydaları pozanlar ən çox piyadalar olduğu üçün bəlkə də, müəyyən müddətə piyadalar tərəfindən qayda pozuntusuna görə cərimə məbləğini daha çox qaldırmaq lazımdır. Məncə, bu sahədə vəziyyət normallaşmayanadək bu cərimələr yüksək olmalıdır. Biz həmişə deyirik ki, bəlkə, inzibati tədbirlərdən çox maariflənməyə, təbliğata üstünlük verək və veririk. Amma inzibati tədbirin təsiri səmərəsini daha tez verir".
BDYPİ sözçüsü bildirib ki, statistika göstərir ki, heç də hər sürücü hər piyadanı görə və yaxud da müəyyən qabaqlayıcı tədbir görməyə fürsət tapa bilmir. Çünki sürücü gözləmir ki, yeraltı və yerüstü piyada keçidi olduğu yerdə kimsə keçidin arxasından qəfildən avtomobilin qarşısına çıxa bilər: "Sürücülərdə cərimələrin artması yox, sürücülük hüququnun məhdudlaşdırılması məsələsi onlara daha çox təsir edir. Amma piyadaların küçədə hərəkət etmə hüquqlarını məhdudlaşdıra bilmərik axı".
Şöbə rəisi bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyə, özlərinin və yaxınlarının təhlükəsizliklərinin qayğısına qalmağa, həyatlarına qarşı laqeyd olmamağa çağırıb: "Piyada fikirləşməlidir ki, avtomobillə toqquşmada ən çox ziyan çəkən özü olacaq. Çünki hərəkətin ən zəif qorunan iştirakçıları həmişə piyadalar olub. Yəni avtomobilin metal örtüyü istər sürücünü, istərsə də sərnişini müəyyən zərbələrdən qoruyur, amma piyadanı heç nə qorumur. Ona görə də ən çox ölümlə nəticələnən hadisələr də piyadaların vurulması ilə baş verən yol qəzalarıdır".
Qeyd edək ki, Azərbaycanda 2014-cü ilin ilk 4 ayı ərzində (yanvar-aprel) 735 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 313 nəfər ölüb, 746 nəfər yaralanıb. Hadisələrin çoxu piyadaların vurulması ilə bağlı olub. Bu hadisələr ümumi qəzaların 40,6 faizini təşkil edib və 299 belə hadisə nəticəsində 107 nəfər həlak olub, 215 nəfər xəsarət alıb.
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Quş qripinə görə monitorinqlərə başlandı
Qazmaqlı toyuq qızartması(foto resept)
Saç düzümləri
Ölkədaxili otellər
Gözəl balaların saç düzümü
"Google" rəsmi olaraq istifadəçilərinin məktublarını oxuyur
Cəbhə bölgəsində yaşayanların nəzərinə!
Bütün dünya bu TOYdan danışır-FOTO
Tələbələrə təqaüdlər necə ödəniləcək? - Nazirdən AÇIQLAMA
2015-2016-cı illər gəlinlik modelləri
Tarkanın xanımı kameraları görüb həyəcanlandı-FOTO
Uzun ömürlü münasibət üçün...
Ətli pomidor souslu spagetti (video-resept)
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Sabah leysan olacaq
Lukaşenko yeni seçkilərin ANONSUNU VERDİ
Qarabağın yalnız bir həlli yolu var
Google təyyarə buraxacaq
Günün ulduz falı
Bu gün metro səhərə qədər işləyə bilər - RƏSMİ
Banklar niyə kredit vermir?
Bakıda yenidən zəlzələ gözlənilir?
İrina Şeykdən fərqli FOTO
Hələ bu cür üzük görməmisiniz!
Zəncəfilli şirniyyat (foto resept)
"Apple"-dan möhtəşəm layihə
Fəxriyyə Xələfova "European Fashion Award 2016" mükafatına layiq görülüb - FOTO
Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat
Məşhur cütlük Ayrıldı-FOTO
İbrahim Saraçoğludan soğan suyu dərmanı
Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı
Tibbi maskalardan istifadə qaydalarına nəzarət sərtləşdirilir - RƏSMİ
Metro istifadəçiləri mütləq oxuyun - Yoxsa, 50 manat cəriməsi var
Bəs bizim "Pepe" bizə nə öyrədir?
Hava haqqında - 20.01.2014
"WhatsApp"dan məhdud yenilik
İllər əvvəl çəkilmiş fotolarını paylaşan çütlük
Bakıda 6 milyon manata mənzil satılır
“Kuruluş Osman”da yeni aktrisa
Geyim dəstləri
ABŞ-da “Əli və Nino” filminin premyerası olacaq
Hərbçilərimiz güclərini belə sınadılar
Diş sensoru sağlamlığa nəzarət edəcək
Neftin bahalaşması davam edir
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
İsmayıllı qar yağdı - FOTO
Yeni il ağacı salatı (foto-resept)
Snoudendən şok iddia
İlin ən yaxşı avtomobilləri seçilir
Koronavirusun yeni dağlası harda alovlanacaq? - ÜST rəsmiləri elan etdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]