Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.
Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır:
“Budəfəki maarifləndirici mövzumuz isə COVID-19-un yüksək risk qrupuna daxil olan yaşlı insanların sağlam qidalanması haqqındadır.
Yaşlı insanlar və ahılların COVID-19 virusuna yoluxma riski yüksəkdir. İnfeksiya xüsusilə xroniki xəstəliyi olan ahıllar üçün daha təhlükəlidir. Koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün müvafiq qabaqlayıcı tədbirlərə riayət etməklə yanaşı, sağlam həyat tərzi də vacib şərtdir.
Yaşlandıqca maddələr mübadiləsinin gedişi dəyişir, orqanizmin qida maddələrinə olan ehtiyacı, tələbatı da fərqlənir. COVID-19, eləcə də, digər yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimətini artırmaq üçün yaşlı insanların və ahılların düzgün və balanslı qidalanması əsas şərtlərdən biridir.
A vitamini həzm, mədə-bağırsaq və tənəffüs sisteminin funksiyasına təsir edir. İmmun sistemin güclənməsində olduqca faydalıdır. Şirin kartof, yerkökü, brokkoli, ispanaq, qırmızı bolqar bibəri, ərik, yumurta, süd və bir çox taxıllı qida məhsulları A vitamininin əsas mənbəyidir.
Vitamin B6, B12, mis, fol turşusu, selenlə zəngin qida məhsulları immun sistemin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, taxıl, yağsız ət, bəzi balıq və dəniz məhsulları B12 vitamini ilə olduqca zəngindir.
C vitamini isə anticisimlərin meydana gəlməsini stimullaşdıraraq immun sistemini tənzimləyir. C vitamini ilə zəngin portağal, qreypfrut və naringi kimi sitrus meyvələrin, qırmızı bolqar bibəri, çiyələk, pomidor və bəzi dənli bitkilərin gündəlik qida rasionuna əlavə edilməsi tövsiyə olunur.
Kalsium və D vitamini ilə zəngin qidalar sümüklərin sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bir çox dənli bitkilər, tünd yaşıl yarpaqlı tərəvəzlər, az yağlı və ya yağsız süd məhsulları kalsiumun zəngin mənbəyidir. Qızıl balıq, pendir, yumurtanın tərkibində D vitamini yüksək miqdardadır.
E vitamini güclü antioksidantdır. Bu vitaminlə zənginləşdirilmiş dənli bitkiləri, bitki yağlarını, günəbaxan toxumunu, badam, fındıq və fıstığı gündəlik qida rasionuna daxil etməklə orqanizmi gücləndirmək olar.
Sink və kaliumun da çatışmazlığı orqanizmdə ciddi problemlərə yol açır. Sink yağsız ət, quş əti, dəniz məhsulları, süd, taxıl məhsulları, lobya və qoz-fındığın tərkibində, kaliuma isə az yağlı və ya yağsız süd, banan, şirin kartof, ispanaq və ağ lobya kimi məhsullarda rast gəlinir. Orqanizmi kifayət qədər kaliumla təmin etməklə, həmçinin duz istehlakını məhdudlaşdırmaqla yüksək təzyiq problemini də aradan qaldırmaq mümkündür.
Əksər xəstəliklər qeyri-düzgün qidalanma nəticəsində yaranır. Ürək-damar xəstəliklərinin, arterial təzyiqin, şəkərli diabetin profilaktikasında sağlam qidalanma olduqca vacibdir. Bu baxımdan yaşlı insanların qidasında liflə zəngin olan məhsullar üstünlük təşkil etməlidir.
Lif bağırsağın fəaliyyətini stimullaşdırır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin lifli qidalar insanı tox tutur. Pəhriz lifləri ürək və II tip diabet xəstəliklərinin inkişafının qarşısını alır, qan şəkərin idarə olunmasında və xolesterolun səviyyəsinin azalmasında mühüm rol oynayır. 50 yaşdan yuxarı insanların qida liflərinə gündəlik tələbatı 30 qramdır.
Liflə zəngin qidalar əsasən meyvə və tərəvəzlərdir. Tam taxıllı çörəklər və dənli bitkilər (xüsusən, lobya və noxud) də daha çox istehlakı tövsiyə olunan lifli qidalardandır. Bundan başqa, istehlak edilən yağların çoxu sağlam doymamış yağlardan ibarət olmalıdır.
Fiziki aktivlik sağlamlığın vacib şərtlərindəndir. Fiziki aktivliyin az olması bədən çəkisinin artmasının, eləcə də, bir sıra qeyri-infeksion xəstəliklərin yaranmasının əsas risk faktorlarından biridir. 50 yaşdan yuxarı insanların gündəlik kaloriyə olan tələbatı onların aktivlik dərəcəsindən asılıdır:
• Qeyri-aktiv həyat tərzi keçirən şəxslər üçün 2000-2200 kalori
• Orta dərəcədə aktiv həyat tərzi keçirən şəxslər üçün 2200-2400 kalori
• Müntəzəm aktiv həyat tərzi olan şəxslər üçün 2400-2800 kalori
Yaş ötdükcə fiziki aktivliyin azalması insanlarda maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bir sözlə, sağlam həyat tərzi sürmək üçün düzgün və balanslı qidalanmaq qədər fiziki aktivliyi də yüksəltmək vacib və faydalıdır”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Doğuşdan sonra qəbizlik
HAVA necə olacaq?
Ağ Ev Türkiyəni əmin elədi
Yaponiyada dünyanın ən sürətli lifti hazırlandı
Belə bir ənənə var ki, yeni doğulan uşağın...
Maska qıtlığı barədə rəsmi açıqlama
İbrahim peyğəmbərin şəhəri, Böyük İsgəndərin xəzinəsi tapıldı
Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirildi - RƏSMİ
"Çukur"da yeni aktyor
Azərbaycanlı uşaqlara sürpriz
Dəri tipinə görə qulluq
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Prezident maaşları artırdı
Oxuyun ki, 150 manat cərimə ödəməyəsiniz!
Mesut Özil və Amine Gülşe doğulacaq körpələrinin cinsini açıqladılar-FOTO
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Çağatay Ulusoy və Duyğu Sarışının ayrılıq xəbərləri yayıldı
Təsadüfən möhtəşəm kəşf
Deniz Akkaya və Seren Serengil polisə müraciət etdilər
Böyrəklərimizi zədələyən davranışlar
Uşaqları necə arıqlatmaq olar?
Trampın qızından ağılasığmaz addım
Üzünüzə uyğun eynək hansıdır?
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
Tənqidi necə edək ki, heç kim inciməsin
Azərbaycanda xüsusi karantin dövründə iş rejimi belə tənzimlənəcək - QƏRAR
Prezidentin köməkçisi erməni vandalizminə daha bir sübutu nümayiş etdirdi - VİDEO
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Demet Akalından sərt mesaj - FOTO
Valeriya siyasi karyeraya başladı
BÜRCLƏR bizə nə vəd edir? -31 MAY
Doğulacaq övladının FOTOsunu paylaşdı
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Maykl Ceksonun qızı İsa peyğəmbər rolunda kinoya çəkildi
Azərbaycan 1,1 milyard dollar məbləğində 3 "Boeing" təyyarəsi sifariş verdi
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
"Sürücülər sükan arxasında telefonla danışır, bazarlıq və digər problemlərini həll edirlər"
İçlikli kartof kotleti (foto resept)
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
Toronto Film Festivalı: Qırmızı Xalça
Bayramınız mübarək!
İki gün keçirilməyən dərslər necə tənzimlənəcək? - AÇIQLAMA
Körpələrə ana bətnində nə təsir edir?
Ali məktəbdə müəllim və tələbələrə qadağa
Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək
Bakının üstünü alan duman nədir?
"Azərbaycanda sosial məsələlər uğurla həll olunur"
Neslihan Atagülün MAKİYAJSIZ TƏBİİ HALI - FOTO
Uşaqlar üçün su içməyin əhəmiyyəti
Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub














