Əvvəlcə COVID-19-a “Tsarsko selo” komandasının müdafiəçisi Martin Kavdanski yoluxub. Lakin onun test nəticələri mənfi olub. Beləliklə, “Çerno more” komandasına qarşı oyuna çıxan futbolçu hər iki komandanın futbolçularını yoluxdurub.
Bundan sonra aparılan testlər nəticəsində “Tsarsko selo”da üç, “Çerno more”də isə 16 nəfərin COVID-19-a yoluxduğu üzə çıxıb.
Testlərin keçirildiyi laboratoriya səhvini etiraf edib.