İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək.
Qadin.Net xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı"nın təsdiq edilməsi haqqında 504 nömrəli Qərarına dəyişiklik edilib. Qərara əsasən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 3 mərhələdə həyata keçiriləcək. Belə ki, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi planlaşdırılan 21 inzibati ərazi vahidi, üçüncü mərhələdəki 15 inzibati ərazi vahidi ilə birgə sistemə qoşulacaq. Beləliklə, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi aprel ayında deyil, iyul ayında həyata keçiriləcək.
İyul ayının 1-dən etibarən icbari tibbi sığorta Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında tətbiq olunacaq.
Oktyabr ayının 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.
Qərara dəyişiklik edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir.
Qeyd edək ki, hazırda icbari tibbi sığorta 23 şəhər və rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax) tətbiq edilir
XƏBƏR LENTİ
Baharın makiyaj trendi
Plaşları necə kombinləməli?
Sonuncu İlisu Sultanı Daniyal Sultanın məzarı Türkiyədə tapıldı
Bananlı,qozlu piroq (foto resept)
Qeyri-adi piyada keçidi
Ziyafət geyimləri
Dünya pandemiyadan 100 MİLYARD dollara xilas ola bilər
ŞOK! Azərbaycan Ağır Atletika Federasiyası 500 min dollar cərimələndi
Bu günün hava proqnozu
Selena Gomez yeni obrazda-FOTO
Hamiləlik zamanı ürək bulanmasını necə azaltmalı?
Viagra xərçəngə qarşı təsirli ola bilər
Südlü xurma plovu (foto resept)
Sınaq imtahanlarının cavabı bu gün açıqlanır
“Bir Zamanlar Çukurova”nın ÇƏKİLİŞLƏRİ DAYANDIRILDI-SƏBƏB
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
Bakıda bayramla bağlı yarmarkalar olacaq
Yeni kolleksiya: Kurtka donlar
Azərbaycanda daha 45 nəfər koronavirusdan öldü: 3962 yeni yoluxma
Sərdar Ortaçın xanımı ağır qəzadan sonra ilk dəfə_FOTO
850 minə yaxta aldı - FOTO
Qadın.Net xanımlarının ən xoşbəxt anları
Azərbaycanda bu il evlənənlər - 94 yaşında ailə qurdu
Dərini təmizləyən və ağardan maska
Üzməyin təəccübləndirən 4 faydası
Ekspert: “Hazırda orta məktəblərdə şagirdlərin vaxt potensialının 40 faizi boş qalır”
Orta məktəblərdə dərslər necə təşkil olunacaq? - Nazir açıqladı
2020-ci ilə sıfırdan başlamaq üçün...
Azərbaycanda zəlzələ olub - 3 bala qədər hiss olunub
Yeni saç modelləri
İtaliyada bütün məktəb və universitetlər bağlandı
Azərbaycanlı stilistin yeni işi hər kəsi kövrəltdi
Şakira ilə ərindən romantik fotolar
Azərbaycanda kolleclərə qəbul olmuş abituriyentlərin nəzərinə
“Vətən Müharibəsində qələbə münasibətilə” orden və medallar təsis ediləcək
2015-dən karta keçirik
Burun qanaması zamanı nə etməli?
Gözəl jaketlər
“Android”in yeni versiyasının adı məlum oldu
Günün qoroskopu: mübahisəli vəziyyətdən çıxış yolu arayın
Əli Həsənov: 2016-cı il üçün planlaşdırılmış sosial layihələr reallaşdırılır
Prezident fəxri adlar verdi
Məcidov Londonun qısasını alaraq Dünya çempionatında finala çıxdı
Günün qoroskopu - 11.12.2013
ABŞ-da internet qanunları dəyişir
Qəhvəyi peçenye (foto resept)
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
Yeni ildə fərqli hədiyyə ideyaları axtaranlar üçün...
105 torpağın uyutduğu türk
Daha bir sərnişin təyyarəsi partladıldı














