15 mart 2020-ci il tarixində Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Şəmkir, Gədəbəy, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarında (o cümlədən Bakı şəhəri üzrə xüsusi məktəblər) yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin, 29 mart tarixində isə 9 illik təhsil bazasından kollecə qəbul olmaq istəyən əvvəlki illərin məzunları (həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanları) üçün keçirilməsi nəzərdə tutulan qəbul imtahanı təxirə salınıb.
Bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumatlara görə, buna səbəb koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsidir.
Bu istiqamət üzrə, eləcə də martın 9-da keçirilməli olan imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən bir həftə öncə elan olunacaq.
11-ci sinif buraxılış imtahanı iştirakçılarının nəzərinə çatdırırıq ki, bu imtahanların əvvəlcədən elan olunmuş qrafikə uyğun keçirilməsi nəzərdə tutulur. Mövcud vəziyyətlə əlaqədar imtahanların keçirilmə tarixlərində hər hansı bir dəyişiklik baş verərsə, əvvəlcədən elan olunacaq.
Abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.
“Vizuallaşdırılmış dərs”lərdə qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik video formasında təqdim olunur. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir.
Otk.az portalında isə bütün istiqamətlər üzrə onlayn sınaq imtahanları vermək mümkündür
XƏBƏR LENTİ
Dırnaqlardakı saralmanı aradan qaldıran üsullar
Gözəlləşdirən kartof nişastası
Hande Ataizi hər kəsi təəccübləndirdi-FOTO
Toyuq ətindən isti yemək (foto resept)
HAVA necə olacaq? 14 MAY
Ermənistan silahlı qüvvələri jurnalistləri hədəf aldı - VİDEO
Hündürdaban ayaqqabılar
Pensiyalar artacaq
Zəlzələ anında İranda çəkilişdə olan Nilgün Yeşilçay
Dərisi gözəl olan qadının…
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Maraqlı mətbəx əşyaları
Cəhənnəm istilərində sizi yarı yolda qoymayacaq saç tipləri
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycan filmləri Malatya festivalında
Ezgi Mola və Serenay Sarıkaya 4 saat yemək yedi-FOTO
Qızlara nə qədər pul xərcləməli
Mikayıl Müşfiqin doğum günüdür
İnamı qalmayanlar üçün
Beyinin sevdiyi qidalar
Arıqlamağı çətinləşdirən 4 səbəb
Boksçumuz sensasiya edərək finala çıxdı, Məcidov tanış rəqibə qarşı
Çörək yeyərək arıqlamaq olarmı?
İlham Əliyev kino xadimlərinə fəxri adlar verdi-SİYAHI
ÜST AÇIQLADI: İlk testlər keçirildi
Mobil telefon həftədə 2 günü "yeyir"
Hava limanına tez-tez yolu düşənlərə şad xəbər
Emin Ağalarov SUMQAYITDA -FOTO
Evdəki tozların qarşısını necə almalı?
Yanan binaya erməni sevinСЃi
Uşaqlarda həkim fobiyası
İsrail alimləri qeyri-adi avtomobil hazırladılar - VİDEO
Sevərkən insanla nə baş verir?
Tağı Əhmədov işdən çıxarıldı
Bu ilin dəbi
2021-ci ilə qədər Covid19-la bağlı genişmiqyaslı peyvəndlənmə olmayacaq
XX əsrin faciəsi: Xocalı soyqırımından 23 il ötür -Video
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
Xəttiniz xarakterinizdən xəbər verir
Dərin mənalı fikirlər...
Ermənilərdən Tərtərdə daha bir təxribat: Yaşayış məntəqəsi atəşə tutuldu, yanğın başladı - VİDEO
Azərbaycanda yeni fakültə yaradılacaq
Rubl sürətlə dəyərini itirir
İçlikli ət ruleti (foto resept)
AZAL-dan siqaret qadağası
Evdə ilan görən ailə gününü küçədə keçirməli oldu
Siz də istəyirsiniz?
Günün qoroskopu: görüləsi işlərin sayını artırmayın
Moda rəssamı Anna














