İsveç Krallığı Baltik dənizinin sahilində, Finlandiya ilə Norveç arasında yerləşən Şimali Avropa ölkəsidir. Təxminən 9 milyon əhalisi var. Sahəsi 449,964 km²-dir. Pul vahidi İsveç kronudur. Rəsmi dil İsveç dili olsa da, fransız, alman və fin dili də işlədilir. Ancaq qloballaşmanın təsiriylə daha çox ingiliscə danışılır. Paytaxtı Stokholmdur. Avropa Birliyinin (AB) üzvüdür.
İsveç inzibati olaraq 21 ərazi vahidindən ibarətdir: Blekinge, Dalarna, Gavleborg, Gotland, Halland, Jamtland, Jönkoping, Kalmar, Kronoberg, Norrbotten, Örebro, Östergotland, Skan, Sodermanland, Stockholm, Uppsala, Varmland, Vasterbotten, Vasternorrland.
Əsas şəhərləri isə Stokholm, Göteborg və Malmödür.
Beynəlxalq aləmdə tanınan şirkətləri arasında bunları sadalamaq mümkündür: "Volvo", "Saab", "Atlas Copco", "Ericsson", "Nokia", "Ikea", "Absolut", "Scania". Bundan başqa, musiqi sahəsində də inkişaf etmişdir. ABBA, "Roxette", "The Cardigans", "Opeth" beynəlxalq arenada tanınmışlar. 1916-cı ildən 1983-cü ildə qədər 6 İyun İsveç Bayrağı Günü "Svenska flaggans dag" adı altında milli bayram kimi qeyd olunurdu. Həmin gün 1983-ci ildən İsveçin Milli Bayramı olaraq rəsmi qeyd olunmaqdadır.
Finlandiyadan sonra ən çox göl olan ölkə İsveçdir. Ümumilikdə 96.000 gölü var. İsveçin yarısından çoxu (55%-i) meşələrlə örtülüdür.
İsveç mədən qaynaqları baxımından zəngin bir ölkədir. Xüsusilə dəmir filizi başlıca yer tutur. Mis və sink baxımından zəngin olan İsveçdə qızıl, gümüş, volfram, nikel və kömür yataqları var. Qışda havanın temperaturu bəzən -50 dərəcəyə qədər düşür.
İsveç Skandinaviya yarımadasının 5/8 hissəsini tutur. Şimal-qərbi dağlıqdır. Kjölen dağları və Skandinaviya Alplarının şərq yamacları bu hissədədir. Kjölen dağında İsveçin ən yüksək təpəsi olan Kebneka (2123 m) yerləşir. Şimal bölgəsində çoxlu çaylar vardır. Bu çaylar cənubda Bothnia körfəzində tökülür. Əsas çayları Klark, Une, Angerman, Dal, İndals, Pite, Lüle, Kalij, Torn və Skellettedir.
Kjölen dağlarının yüksək yamaclarında yüzlərlə kiçik buzlaq düzənlikləri vardır. Böyük göllər hissəsini bir çox göl meydana gətirmişdir. Bu göllərdən ən böyüyü 5545 km²-lik Vanern gölüdür. Digər əhəmiyyətli gölləri isə Vattern, Jalmar və Malardır. Qumlu sahil olan Czania istisna olmaqla, İsveç sahilləri qayalıq və kiçik adalarla doludur. Baltik dənizində olan Scania, Gotland və Oland adaları düz torpaqlardan meydana gəlmişdir.
Stokholm
Stokholm İsveçin ən böyük şəhəri və paytaxtıdır. O, İsveçin ürəyidir, ruhudur. İsveçin 21% əhalisi burada yaşayır. Əhali quruluşu etibarilə Stokholm olduqca qarışıqdir. Burada 70 millətin nümayəndəsini tapmaq mümkündür.
Köhnə şəhər Gamla Stan əsas olaraq Stadsholmen adasında yerləşir. Bu şəhər dar küçələrdən ibarətdir. Burada kral sarayı, Nobel muzeyi, alman kilsəsi, Storkyrkan və ya zadəganların evi kimi fərqli maraqlara xitab edən strukturlar var.
Djurgarden Stokholmun adalarından biridir. Şəhərdə turistlərin marağına səbəb olan Vasa müzeyi, Skansen, Şimal muzeyi, Gröna Lund əyləncə parkı yerləşir. Mariatorget meydanı, Norrmalm, Östermalm, Kungsholmen və Skeppsholmen Kral sarayı (Kunglika Slotett) və xəzinəsi, Alexandre Tyska Kyrkan Kilsəsi, Milli Muzey (Historiska Museet), Milli İncəsənət Muzeyi, Gustave malikanəsi da çox bəyənilən yerlərdən biridir.
Stokholm incəsənət baxımından olduqca inkişaf etmiş şəhərdir. Burada 70 muzey və təxminən 100 ədəd sənət qalereyası var. Stokholmda batan bir gəmini dəniz altından çıxararaq muzey halına gətirmişlər. Stokholmun ən çox ziyarət edilən yeri olan bu muzey Vasa Müzeyi adlanır. Gəmi çox yaxşı qorunmuş və turistlərin rahatca gəzə bilməsi təmin edilmişdir.
Vasa Müzeyi
Belə bir alət ilə bu qədər gözəl musiqi ifa etmək hər bəstəkarin işi deyil, bunlarsa yalnız həvəskar gənclərdir. Onlar Stokholmda öz bacarıqlarını nümayiş etdirib pul qazanırlar. Onlarin ifa etdiyi bu musiqiyə diqqətlə qulaq asanda insanın sanki ruhu dincəlir.
İsveç - Loreen - Euphoria
XƏBƏR LENTİ
İspan dili 25-ci dərs
İlham Əliyev: “İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”
Məşhur verilişdə şok hadisə-VİDEO
6 addımda doğru bikini seçmə yolları
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Modelyerlər deyir ki...
Şimal qütbünün təzə sahibi çıxdı
Hava haqqında - 31.01.2014
Hind yağının faydaları
Google rouminqsiz plana keçir
Həyat deyilən bir şey var...
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Kəsiri olan tələbələrə müjdə!
NATO: Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozub
Dovğa (foto-resept)
Televiziya
Vanqanın Qarabağ haqqında ŞOK PROQNOZU
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
Bunları edərək özünüzü bədbəxt etməyin!
Snapchat-da maraqlı yeniliklər var
"Ailə həkimi Azərbaycanda geniş vüsət alacaq"
Tez hazırlanan badımcan turşusu (foto-resept)
Azərbaycanda müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edilib
Bu gündən I sinfə qəbul başlayır
Günün qoroskopu: Aldanmayın!
Piyadaların smartfondan istifadəsi qadağan edildi
Qadınlar üçün ən pis gün çərşəmbədir.
Ancelina Coli karantindən danışdı
Niyə kasıbsan?
Ermənilər Ağdamda yanğınlar törədiblər
Hörüklü saç modelləri
Bir ilə 200 kq arıqladı -FOTO
Kağızdan hazırlanmış aksesuarlar
Hava haqqında - 29.11.2013
"Koronavirusdan ölmək qadağandır" - Qeyri-adi qərar
Fahriye və Burakın oğlu doğuldu!
9 lotoreya aldı, hər biri qalib oldu
Azərbaycana Payız gəldi
Yatmadan əvvəl modemi söndürün
Polis Ece Erkenlə bağlı araşdırmaya başladı
700 manata da buket varmış - FOTO
Gəlinlik gül dəstələri
"Taxt oyunları"nda "Starbucks" fincanı
Rəsədxanadan Ramazan açıqlaması
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
File dolması (foto resept)
Ailədə zorakılığın uşağa təsiri
Dünyanın maraqlı yerləri
Azərbaycanın iki milli parkında yetkin bəbirlər qeydə alınıb
Sezen Aksu atasını itirdi
- ŞƏRHLƏR