Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Qubalı Fətəli xan
(1736 - 1789)
Qubalı Fətəli xan 1736-cı ildə Quba şəhərində anadan olmuşdur. Atası Hüseynəli xan hələ 1726-cı ildə Qubanın hakimi vəzifəsinə təsdiqlənmiş, 2 sonra, 1747-ci ildə o, Quba xanlığının müstəqilliyini elan etmişdir. Hələ gənc yaşlarından Fətəli xan atasının müxtəlif tapşırıqlarını yerinə yetirərmiş. Onun bu illərdə ən böyük nailiyyəti 1756-cı ildə Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi olmuşdur. Belə ki, diplomatik vasitələrlə bu birləşməni hazırlayan Hüseynəli xan rəsmi mərasimləri keçirməyi oğluna tapşırır, onu qoşun başında Salyana göndərir. Fətəli xan bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirir.
1758-ci ildə Hüseynəli xan vəfat edir. Oğlu Fətəli varis elan edilir. Fətəli xanın böyük amalı atasının başladığı işi davam etdirmək, pərakəndə vəziyyətdə olan Azərbaycan xanlıqlarını vahid dövlət çərçivəsində birləşdirmək olur.
Birləşdirmə prosesini həyata keçirmək üçün ilk növbədə iqtisadiyyatı qaldırmağa çalışan Fətəli xan bir sıra mühüm tədbirlər həyata keçirir. Belə ki, ilk növbədə vergi və mükəlləfiyyətlər məsələləri nizamlanır, qanuni çərçivəyə salınır, qeyri-qanuni rüsumlar qadağan edilir. Vergilərin toplanması hüququ ayrı-ayrı feodallardan alınıb kəndxudalara verilir. Əvvəllər hər bir feodal vergiləri istədiyi vaxt və istədiyi həcmdə toplayır, mərkəzi xəzinəyə ödəməklə özünə də götürürdü.
Fətəli xanın islahatına əsasən, xanın əmri ilə qanunda göstərilən vaxt və həcmdə kəndxuda kənd əhlindən vergi toplamalı və onu Mərkəzi Divanın məmurlarına təhvil verməli idi. Vergi sisteminin sabitləşdirilməsi bütün iqtisadiyyatın vəziyyətini sabitləşdirir.
Hərbi islahatlar keçirən Fətəli xan süvari və piyada qoşundan başqa, topçu hissələri də yaradır. Maraqlıdır ki, onun səhra topları arabalarda daşınırdı və topçu hissələri çevikliyi ilə seçilirdi. Eyni zamanda Quba şəhəri müdafiə divarları ilə əhatələnir.
Mühüm hərbi-strateji və ticarət əhəmiyyətli Dərbənd xanlığını tutmağa çalışan Fətəli xan 1759-cu ildə dərbəndlilərin müraciətini bəhanə edərək oraya qoşun çəkir, həqiqətən də şəhər əhli öz xanlarının qəddarlığından əziyyət çəkdikləri üçün üsyan qaldırmış və Fətəli xanı köməyə çağırmışdılar. Dərbənd yürüşü zamanı Fətəli xan bəzi Dağıstan hakimləri ilə əlaqə yaradır və onlarla ittifaq imzalayır. İttifaqı təsdiqləyərkən o, avar hakiminin bacısı ilə evlənir. Dərbəndi tutduqdan sonra Fətəli xan iqamətgahını Dərbəndə köçürür.
Birləşdirmə siyasətini davam etdirən Fətəli xan Müşkür, Niyazabad, Şabran, Rustov, Beşbarmaq əyalətlərini də Quba xanlığına birləşdirir. Köçürmə siyasətindən istifadə edən Fətəli xan ən mühüm strateji məntəqələrdə tərəfdaşlarını məskunlaşdırır, qalalar inşa etdirir.

"Nikah diplomatiyası"-dan məharətlə istifadə edən Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmməd xana ərə verir və onunla sıx əlaqələr yaradır. Tədricən Bakı xanlığının məsul vəzifələrinə öz adamlarını yerləşdirən Fətəli xan bu yolla xanlığı özündən asılı vəziyyətə salır. Bununla da Xəzərdə iki ən mühüm liman-Dərbənd və Bakı limanları Fətəli xanın nəzarəti altına keçir. Eyni zamanda Şimal-Şərqi Azərbaycanın torpaqları bir hakimiyyət altında birləşdirilir, bu da regionun inkişafına müsbət təsir göstərir.
Vahid Azərbaycan dövləti yaratmağa çalışan Fətəli xan bu yolda ilk olaraq keçmiş Şirvanşahlar dövlətini əhatə etmiş əraziləri, sonra bütün Şimali Azərbaycanı birləşdirməyi və ən nəhayət, Cənubi Azərbaycan xanlıqlarını ilhaq etməyi qarşıya məqsəd qoyur.
1767-ci ildə Şəki xanı ilə ittifaq bağlayan Fətəli xan Şamaxı xanlığına zərbə endirir. Ərazi baxımından ən böyük xanlıq olmasına baxmayaraq, uzun illər boyu hakimiyyət uğrunda daxili mübarizələrdən əziyyət çəkən Şamaxı xanlığı Şəkinin şimal-qərbdən və Qubanın şimal-şərqdən endirdikləri zərbələrə tab gətirə bilmir. Şamaxı xanlığı zəbt edilir, onun torpaqları Şəki və Quba xanlıqları arasında bölüşdürülür. Fətəli xan Şirvanın mərkəzində özünə dayaq yaratmaq məqsədi ilə Dərbənd ətrafından öz tərəfdaşlarını Şamaxıya köçürür. Şamaxının işğalı Fətəli xana Cavad və Talış xanlığını təzyiq altında saxlamağa imkan verir. Dərbənddən Gilanadək zəngin torpaqların birləşdirilməsi Quba xanlığının hərbi, ticarət-iqtisadi əhəmiyyətini artırır.
Fətəli xan böyük qonşu dövlətlərlə olduqca ehtiyatlı siyasət əlaqələri qurur. Belə ki, İranda hakimiyyətdə olan Kərim xan Zənd onunla ittifaq bağlamaq niyyətini bildirsə də, hətta qohumluq əlaqəsi yaratmağı təklif etsə də, Fətəli xan heç bir vədlər vermədən və ittifaqlar yaratmadan normal ticarət əlaqələri qurmağa çalışır.
1769-cu ildə Kərim xan Zənd böyük nümayəndə heyəti ilə hədiyyələr göndərib Rusiyaya qarşı ittifaq imzalamağı təklif edəndə belə Fətəli xan bu təklifi rədd edir. Osmanlı sultanı III Mustafanın göndərdiyi elçilər də Fətəli xanı ittifaqa sövq etməyə çalışır, lakin o, mahir diplomat kimi bundan qaça bilir. Rusiya imperiyası qoşunlarını Şimali Qafqazda yerləşdirib möhkəmlətməsinə baxmayaraq
Fətəli xan Rusiya ilə də yalnız sırf ticarət əlaqələri qurmağa çalışır. Səfirlərlə danışıqlar zamanı o dönə-dönə vurğulayır ki, Azərbaycanı vahid və müstəqil görmək istəyir, bütün qonşularla isə normal ticarət əlaqələri qurmağa çalışır.
Özünü kifayət qədər möhkəm hiss edən Fətəli xan keçmiş müttəfiqi Şəki xanı ilə münaqişəyə girir və Şamaxı xanlığından Şəkiyə ayrılan payı zəbt edir. Münaqişə qızğın müharibə həddinə çatmasa da, Şəki xanının ona düşmən olması Fətəli xanın vəziyyətini kəskinləşdirir.
XVIII əsrin 70-ci illərində artıq Fətəli xana qarşı ittifaq formalaşmışdı. İttifaqa Şəki xanından başqa, keçmiş Şamaxı xanı, həmçinin, Azərbaycan və Dağıstanın bir sıra xırda feodal hakimləri də daxil idi. İttifaqla toqquşmalarda məğlub olan Fətəli xan Şamaxı xanlığını itirir, geriyə çəkilməyə başlayır. 1774-cü ildə Xudat yaxınlığında Gavduşan düzündə tərəflər arasında həlledici döyüş baş verir.
Fətəli xan məğlub olur və tərəfdaşları onu ağır yaralı vəziyyətdə Salyana aparırlar. İttifaq qoşunları Qubanı tuturlar, lakin Bakı və Dərbəndi işğal edə bilmirlər. Yaraları sağaldıqdan sonra Fətəli xan gizlin Dərbəndə gəlir və burada müdafiəyə başçılıq etməyə başlayır. 9 aydan artıq davam edən mühasirə zamanı böyük itkilər verən Fətəli xan Həştərxanda yerləşən Rusiya qüvvələrindən köməklik istəyir. İmperatriçə II Yekaterinanın əmri ilə general Q.F. de Medemin başçılığı ilə rus qoşunları Dərbəndə tərəf yeridilir, Dərbəndi mühasirədən qurtarır. İttifaq qoşunları məğlub edilir.
Rusiya imperiyası özü Xəzər dənizi sahillərində möhkəmlənməyə çalışır və Fətəli xana imperiyanın tərkibinə qatılmağı təklif edir. Lakin Fətəli xan müstəqil olacağını, Rusiyaya isə həmişə himayədar və müttəfiq kimi baxacağını bildirir. De Medemin qoşunları Dərbənddən çıxarılır, lakin Rusiya Fətəli xanı "yola gətirəcəyinə" ümidini itirmir.
Fətəli xana İranın təcavüzündən qoruya biləcək bir qüvvə kimi baxan bəzi Cənubi Azərbaycan xanlıqları onun himayəsinə keçmək istədiklərini bildirirlər. Bunu dəvət kimi qəbul edən Fətəli xan 1784-cü ildə Ərdəbil və Meşkini tutur. Lakin Fətəli xanın güclənməsindən narahat olan və Azərbaycan xanlıqlarının birləşəcəyindən ehtiyat edən Rusiya qoşunlarını Dərbəndə göndərir. Fətəli xan Ərdəbil və Meşkini tərk etməyə məcbur olur. Bütün diqqətini Şimali Qafqaza yönəltmiş Fətəli xan müxtəlif vasitələrlə yerli hakimləri özündən asılı vəziyyətə salır. Lakin Qarabağ xanlığına yürüşü uğursuz olur və o məcburiyyət qarşısında geri çəkilir.
1787-ci ildən başlayaraq İran hökmdarlarının Şimali Azərbaycana yürüş ehtimalı artanda Fətəli xan gürcü çarı II İraklinin Rusiyanın müttəfiqi olduğunu bilə-bilə onunla ittifaq haqqında danışıqlara başlayır. 1789-cu ildə danışıqlar zamanı özünü pis hiss edən Fətəli xanın səhhəti kəskin şəkildə pisləşir. Qarın nahiyəsində başlayan ağrılar nəticəsində 1789-cu ildə o vəfat edir.
Alimlərin ehtimallarına görə Fətəli xan II İraklinin adamları tərəfindən zəhərləndirilibmiş. Fətəli xanın Bakıya gətirilən cənazəsi Şıx qəbiristanlığında dəfn edilir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Rihanna ərəb şeyxindən ayrıldı - ŞOK SƏBƏB
Riyazi məntiq - 12
Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO
Əkizlər bürcü qadını
2020-ci ilə Azərbaycanda alternativ enerjinin ümümi həcmində Günəş enerjisinin payı 40 faizə çatacaq
10 ildir kəsdirmədiyi saqqalını kəsdirdi-SƏBƏB
Uşaqla alış-veriş etmənin qaydaları
Günün ulduz falı
"Neftin ucuzlaşmasının yaratdığı fəsadları minimuma endirməyə çalışacağıq"
20 yanvar Azərbaycanda qeyri-iş günüdür!
Demet Akalın yeni FOTOsu ilə diqqət çəkdi
Nazirlik mobil operatorları məhkəməyə verməkdə israrlıdır
Mahsun Kırmızıgül qızının FOTOsunu paylaşdı
“ASAN xidmət” mərkəzləri sabahdan müvəqqəti bağlanır
Düşmən gecə saatlarında qəbiristanlıqları hədəfə alıb - VİDEO
Qəribəlikdə sərhəd tanımayan trendlər
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Pul əskinaslarını rəsm tablosuna çevirdi
Qeyri-adi fotoşop nümunələri
Xəz geyimlər
Öldürücü istilər GƏLİR - insanların 74 faizi...
Hava necə olacaq?
Hadise anasını belə təbrik etdi-FOTO
Alimlərə görə 4 tip yaşlanma var
Uzun və sağlam saçlar üçün
Qarın piyləri ilə mübarizə
Təhsil üzrə Komissiya daha 79 namizədin xaricdə oxumasına razılıq verdi
Müəllimlərin əməkhaqqının verilməməsi ilə bağlı rəsmi açıqlama gəldi
"İstanbullu gəlin"də üç məşhur çəkiləcək-FOTO
Məşhur aktrisa övladı ilə-FOTO
Rayonlara qar yağacaq
Tramp yenidən prezidentliyə namizəd oldu
Rusiya vətəndaşlarına qadağa
Qənirə Paşayevanın "Qarabağ" sevdası
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
1 həftəyə 3 kiloqram arıqladan su
İsti hava şəraiti nə vaxta kimi davam edəcək?
Keçmiş sevgilisindən gözlənilməz rəy-FOTO
Dəstəmaz almış adam pişiyə əl vura bilərmi?
İnanılmaz makiyajlar
Günün ulduz falı
Cəbhədə nə baş verir?
Azərbaycan MN və DTX Ermənistana xəbərdarlıq etdi
Novruz Məmmədov: “Aprel hadisələri zamanı Sarkisyan Moskvaya müraciət edərək yalvarıb”
HAVA necə olacaq?-8 Sentyabr
Qadınların günlük qəbul etməsi lazım olan qidalar
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - TAM VİDEO
BÜRCLƏR bizə nə vəd edir? - 27 APREL
Çağatay Ulusoy, Gizem Karaca HƏBS EDİLDİ - FOTO
Bu diktator lap ağını çıxardı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]