Keçən hissədə sizlərə söz verdiyim kimi bu hissədə muzeylər və zoopark haqda məlumat verəcəm, öz çəkdiyim şəkilləri sizinlə bölüşəcəm. Amma muzeyə və zooparka keçməzdən əvvəl istərdim ki sizlərə bir az Dubayın tarixi haqda danışım. Əsrlər öncə 1940-cı illərə qədər Dubay Əmirliyi kiçik bir qəsəbə olub. Əhali əsasən mirvari toplamaqla məşğul idi və toplanan mirvarini ərzaqla dəyişərdilər. Daha sonra Yaponiyan mirvarini süni yollarla əldə etməyi kəşf edəndən sonra təbii mirvariyə olan tələbat aşağı düşdü. Və böhran başlasa da neftin kəşf olunmasıyla hər şey bir anda dəyişdi. Bütün BƏƏ-də və Dubayda göydələnlərin tikintisi başlandı.
1830-cu ildən bu tərəfə əmirliyi Əl-Məkdum ailəsi idarə edir.
İndi isə muzey haqda:
Al Fahidi qalası. 1799-cu ildə inşa edildiyi göstərilən muzey bir zamanlar saray, hərbi qornizon və həbsxana kimi istifadə edilmişdi. Hal-hazırda isə iki hissədən ibarət muzeydir. 1970-ci ildə muzey olaraq istifadə edilməyə başlayıb. 1995-ci ildə bərpa edilib. Muzeyin bağçasında köhnə Dubay yaşayışından günümüzə qədər gəlib çıxan qayıqlar, ev nümunələri, silahlar sərgiyə qoyulub.
İçəri girdikdə isə insan daha da heyrətlənir. Orda insan elə heykəllər görür ki inanın, heç onlara heykəl demək olmur. Hətta o qədər canlıdır (şəkilləri özüm çəkmişəm)...
İnanmazsız, amma bu heykəllə görüşmüşəm, qapıdan girəndə solda dayanıb, əlini də uzadıb adama. Burda o qədər aydın görünməsə də orda inanın elə bil qarşınızda canlı bir insan dayanıb. İndi bir neçə öz çəkdiyim şəkilləri də sizinlə böluşürəm:
İndi isə sizə zooparkdan danışmaq istəyirəm.
Zooparkda təxminən 230 heyvan növü yerləşir. Burda 248 məməli-tülkü, kaftar, pumas, şir, yaquar, şimpanze meymunları, əntərlər, digər meymun növləri, maral, ayı, kirpi, zürafə və qoyun növləri, dəvəquşu və tutuquşu var. Nəsli kəsilməkdə olan bir sıra heyvanlardan - qarabatdaq, Bengal pələngi , qorilla, boz canavar və ərəb canavarı, Sibir pələngi, Qızıl qartal və yerli Qordona çöl pişiyinə də zooparkda rast gəlmək olar. Sürünənlərin 400 nümunəsi təmsil olunur.
Hal-hazırda isə Dubayda yeni zoopark inşa edilir ki, Ginnesin rekordlar kitabına düşüb və 2016-cı ildə istifadəyə veriləcək. Orda hər növdə heyvan görmək olacaq. İnşAllah getsəm, yeni şəkilər gətirəcəm sizin üçün. Hələlik isə bu qədər.
XƏBƏR LENTİ
Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏДћ
Nə üçün?
Buzla gözəlləşin
Cazibədar görünmək istəyənlər üçün
Hazal Kaya ana oldu-FOTO
Kaktusa qulluq
Bölgələrimizin mətbəxi - Lənkəran (Talış bölgəsi)
Mədə ağrısına faydalı gələn 5 ərzaq
Maddələr mübadiləsini sürətləndirək
Madonna stuldan yıxıldı-VİDEO
Peonny Lim
Məşhur aktrisa məsxərəyə qoyuldu-FOTO
Böyük Britaniyada sərt karantin rejimi bərpa edilir
4 dərdə dəva xiyar maskası
Ali Sunal göz yaşlarını saxlaya bilmədi - VİDEO
Sobada pendirli göbələk (video-resept)
Nikol Kidman boşanır
Nevroz və ürək xəstəliklərinin səbəbi
Bürclər və daşlar
Dərmanların qiymətində DƏYİŞİKLİK var?
Dəbdəbəli geyim modelləri
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Məşhurları belə də tanıyın
1 həftə çörək yeməsək nələr olar?
Azərbaycanda yeni universitet yaradılacaq
Ermənilər yenə aktivləşdi
Bəzi kişilərin son ümidləri də puç oldu
Emin Əmrullayevdən yüksək vəzifələrə TƏYİNAT
Eşqinizi canlı tutacaq 7 məsləhət
Türkiyədə Koroğlunun nəhəng heykəli qoyuldu -VİDEO
Onun xoşuna gəlmək üçün...
Boğazında qalan kolbasanı çıxarmaq istədi, diş fırçasını uddu - FOTO
Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi
Ramazanda mədəni yormayan tövsiyələr
Messi Raulu geridə qoydu
Göz yaşlarının intiharı
Qozlu şorba detoksu
Ermənistan yanlış yolda
Telefon asılılığından xilas olmağın 5 yolu
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Azərbaycan polislərinə müjdə
Şokoladlı portağal dilimləri (foto-resept)
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Viktoriya Bekhem gülüş obyektinə çevrildi-FOTO
Körpəsini metroda doğdu
Xalq artistinin viziyyəti pisdir
Hadise 24 minlik geyimi ilə diqqət çəkdi-FOTO
Həkim rəyi olmadan eynək satılmayacaq - YENİ QANUN LAYİHƏSİ
Ağız suyunun axması
PSJ "Qoca Sinyora"nın "şeytan" tapıntısına göz dikdi
- ŞƏRHLƏR