Qadin.NET / Gözəlliyinə doymadığım Dubay (2-ci hissə)

Gözəlliyinə doymadığım Dubay (2-ci hissə)

Keçən hissədə sizlərə söz verdiyim kimi bu hissədə muzeylər və zoopark haqda məlumat verəcəm, öz çəkdiyim şəkilləri sizinlə bölüşəcəm. Amma muzeyə və zooparka keçməzdən əvvəl istərdim ki sizlərə bir az Dubayın tarixi haqda danışım. Əsrlər öncə 1940-cı illərə qədər Dubay Əmirliyi kiçik bir qəsəbə olub. Əhali əsasən mirvari toplamaqla məşğul idi və toplanan mirvarini ərzaqla dəyişərdilər. Daha sonra Yaponiyan mirvarini süni yollarla əldə etməyi kəşf edəndən sonra təbii mirvariyə olan tələbat aşağı düşdü. Və böhran başlasa da neftin kəşf olunmasıyla hər şey bir anda dəyişdi. Bütün BƏƏ-də və Dubayda göydələnlərin tikintisi başlandı.

1830-cu ildən bu tərəfə əmirliyi Əl-Məkdum ailəsi idarə edir.

İndi isə muzey haqda:

Al Fahidi qalası. 1799-cu ildə inşa edildiyi göstərilən muzey bir zamanlar saray, hərbi qornizon və həbsxana kimi istifadə edilmişdi. Hal-hazırda isə iki hissədən ibarət muzeydir. 1970-ci ildə muzey olaraq istifadə edilməyə başlayıb. 1995-ci ildə bərpa edilib. Muzeyin bağçasında köhnə Dubay yaşayışından günümüzə qədər gəlib çıxan qayıqlar, ev nümunələri, silahlar sərgiyə qoyulub.

İçəri girdikdə isə insan daha da heyrətlənir. Orda insan elə heykəllər görür ki inanın, heç onlara heykəl demək olmur. Hətta o qədər canlıdır (şəkilləri özüm çəkmişəm)...love

İnanmazsız, amma bu heykəllə görüşmüşəm, qapıdan girəndə solda dayanıb, əlini də uzadıb adama. lol Burda o qədər aydın görünməsə də orda inanın elə bil qarşınızda canlı bir insan dayanıb. İndi bir neçə öz çəkdiyim şəkilləri də sizinlə böluşürəm:

 

İndi isə sizə zooparkdan danışmaq istəyirəm.

3.7 hektarlıq ərazidə yerlesen zoopark 1967-ci ildə Şeyx Rəşid Bin Məktub tərəfindən inşa edilib, 1971-ci ildə Dubai Zoo rəhbərliyi tərəfindən qəbul edilib. Onun mövcudluğunun ilk bir neçə ili ərzində Dubay Zooparkında böyük pişik, meymun və  bir neçə dırnaqlı heyvan var idi. Bəzi balıqlar və sürünənlər, kiçik akvarium də bura daxil idi. 1986-cı ilin may ayından 1989-cu ilin mayınadək "The Zoo" adlı zooparkın bir hissəsi yenidən tikilmişdir. 1989-cu ilin iyunundan bu layihə və abadlıq daimi olmuşdur. 

Zooparkda təxminən 230 heyvan növü yerləşir. Burda 248 məməli-tülkü, kaftar, pumas, şir, yaquar, şimpanze meymunları, əntərlər, digər meymun növləri, maral, ayı, kirpi, zürafə və qoyun  növləri, dəvəquşu və tutuquşu var. Nəsli kəsilməkdə olan bir sıra heyvanlardan - qarabatdaq, Bengal pələngi , qorilla, boz canavar və ərəb canavarı, Sibir pələngi, Qızıl qartal və yerli Qordona çöl pişiyinə də zooparkda rast gəlmək olar. Sürünənlərin 400 nümunəsi təmsil olunur.

Hal-hazırda isə Dubayda yeni zoopark inşa edilir ki, Ginnesin rekordlar kitabına düşüb və 2016-cı ildə istifadəyə veriləcək. Orda hər növdə heyvan görmək olacaq. İnşAllah getsəm, yeni şəkilər gətirəcəm sizin üçün. Hələlik isə bu qədər. love 

13 mart 2016
GO BACK