Duz nəmişlik çəkirsə qabın içinə düyü qoyun eləcə də duzluğa, nəmliyi çəkəcək, ara bir düyünü dəyişin.
Əgər yemək bişirərkən yağ ətrafa sıçrayırsa içinə bir çimdik duz atın.
Göyərtiləri çalışıb həmişə duzlu suda yumaq lazımdır. Bu onları daha güclü və tez təmizləyər.
Yumurtanın ağın çalırsınız, yaxşı açılmır, elə isə içinə bir çimdik duz atın nəticəni görəcəksiniz.
Əlinizdə badımcanın qara ləkəsi qalıbsa əlinizi duzla ovun, ləkə çıxacaq.
Düyü, lobya, mərcimək , quru paxlalıları saxlayanda böcək düşməsin deyə saxlama qabına iki- üç diş sarımsaq qoyun ya da duz da saxlayın. Əgər qışa lobya saxlamaq istəyirsinizsə azacıq qovurun, beləcə canında nəmlik qalmaz və xarab olmaz.
Südə azca soda atsanız həm tez xarab olmaz həm də asan həzm olunar. Yağlı südü qaynadarkən qabın dibi tutmasın deyə su ilə yaxalayıb qurulamadan südü töküb qaynadın, dibi tutmayacaq.
Balıq alarkən diqqətli olun. Gözləri parlaq, qəlsəmələri isə çəhrayı ya da qırmızı rəngdə olmalıdır.
Balığı təmizləyərkən asan olsun deyə yarım saat əvvəldən soyuducuya qoya bilərsiniz.
Balıq bişirərkən heç də xoş gəlməyən iyin evə yayılmaması üçün qabın içinə bir neçə dənə dəfnə yarpağı atmağı yoxlayın.
Qaynadılmış kökün rəngin dəyişməməsi üçün suyun içindən çıxaran kimi soyuq suyun altına tutub bir neçə dəqiqə gözləyin.
Mürəbbə bişirən zaman qaynayarkən qarışdıranda taxta qaşıqdan istifadə edilərsə daha keyfiyyətli alınar.
Qarğıdalı qaynadarkən daha ləzzətli olmasını istəyirsinizsə, içinə bir çay qaşığı şəkər atın.
Plov bişirərkən qazanın içinə bir neçə damla limon sıxın və bir qənd atın. Limon düyünün rəngin daha da ağ edir , qənd isə düyünün xoş olmayan dadını götürür.
İstifadə edilmiş limon qabıqlarını rəndələyin şəkər ilə qarışdırıb,qabda soyuducuda saxlayın, şirniyyatda istifadə edə bilərsiniz.
Nə etsənizdə susuzluğunuz yatmır? Elə isə limonu sıxın suyun için artıq susuzluğunuzdan əsər qalmayacaq.
Fırında toyuq bişirərkən üstünə sürtdüyünüz yağa şəkər qatsanız nar kimi qızarar. Əgər istəsəniz bunun yerinə limon da sürtə bilərsiniz, bunun üçün limon ortadan bölünür, yarısı toyuğun üzərinə çəkilir.
Əgər nanə qurutmaq istəsəniz, əvvəlcə qaranlıq yerdə sərib qurudun, quruduqdan sonra günün altında bir gün saxlayıb götürün, həm rəngi yaşıl qalacaq, həmdə daha yaxşı qurumuş olacaq. Əgər nanə doğrayıb istifadə etmək istəsəniz, üzərinə bir az şəkər səpin, beləcə nanənin iyi daha da artmış olar.
Əgər çoxlu kartofunuz varsa cücərmədən, büzüşmədən qalsın deyə yanına 1-2 ədəd alma( yaşıl olsa daha yaxşı olar) qoyun, 8 həftə qarşısın alar.
XƏBƏR LENTİ
Bu şəlalədən tez qaçmaq gərəkdir
Dünyanın yeni qitəsi tapılıb
Arı südü nədir? Arı südünün faydaları nələr?
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Güllər bizə nə deməyə çalışır?
Hande ərə gedir-FOTO
İngilis dili - XXXIII dərs
Duasıyla xiyar yetişdirən bağban-FOTO
Ən yaxşı pixie saçlar
Hamiləlik dövründə saç boyamaq zərərlidirmi?
Qarabağ problemi həll olur
Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib
Həyatımın fəsli
Mükəmməl makiyaj üçün 10 məsləhət
Kabak detoksu
Teutanın əl işləri
2011-ci ilin Çantaları
Ev pişiyi üç çaqqalın öhdəsindən belə gəldi - VİDEO
Azərbaycan separatçı quldur rejimin rəhbərini beynəlxalq axtarışa verdi - RƏSMİ
Bir şikəstin inamı...
“Mucize doktor”un aktyoru sevgilisi ilə görüntüləndi
Hovuzdan timsah çıxdı-FOTO
Kosmosda Yeni il - VİDEO
Geyim tərzinizi özünüz seçin
Çində təkərsiz qatar istifadəyə verilib
Ünsiyyət üçün sözlərə ehtiyac olmadığını göstərən illustrasiyalar
Bu peyvənd koronavirusdan da qoruyurmuş?
"Arka Sokaklar"ın Zeynəbi evini satdı-SƏBƏB
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
HAVA necə olacaq?
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri sona çatdı
Cəbhədə Ermənistan ordusu fəallaşıb
"Jara Music Awards" keçirildi - FOTO
Evdə meyvə və tərəvəz yetişdirməyə başlayan məşhurlar
Mehriban Əliyeva İmam Hüseyn məscidinin açılışında iştirak edib - FOTO
Sosial şəbəkələrlə bağlı ən sərt cəza gəlir
"Hercai"nin ulduzuna görə təhlükəsizlik tədbirləri gücləndirildi
Ədviyyatlı çolpa
Bu qız saç rezini sayəsində milyoner oldu-FOTO
Çimərliklərə axın başlayıb
Məşhur cütlük evləndi
Alina Boz və Kubilay Aka koronavirusa yoluxdu
Adriana Limanın FOTOsu bəyənildi
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başa çatır
İmzalı həyat
Dünyanı dəhşətə gətirən hadisə-6 yaşlı bacı-qardaşı evləndirdilər-FOTO
Dünyanın ən ucuz şəhərlərinin reytinqi açıqlandı
"Blinçik"(foto-resept)
Narazı sürücülərə tövsiyə
Qadın.Netin yaş günü tortu
- ŞƏRHLƏR