Yəqin ki, həkiminizdən belə bir tövsiyyəni tez-tez eşidirsiniz: Daha çox istirahət edin və daha çox maye qəbul edin. Soyuqdəymə, qrip və digər xəstəliklər zamanı həmişə bu tövsiyyəyə əməl etmək məsləhətdir. Bir çox səbəblərdən bu cür tövsiyyələrə əməl olunması xəstəliyin aradan qaldırılması üçün ən gözəl vasitədir.
Su infeksiya ilə mübarizə aparmaqda orqanizmə kömək edir. O, bir çox xəstəliklərə xas olan qızdırmanı, intoksikasiyanı götürür, xəstəlik nəticəsində pozulmuş maddələr mübadiləsini qaydasına salır.
Su həmçinin bədənin normal temperaturunun saxlanılmasına kömək edir. İstər isti, istərsə də soyuq suda isladılmış əlcəklə bədəni ovxalamaq tər ifrazını artırır və əsəbləri sakitləşdirir. Tərləmə qabiliyyəti bədən temperaturunun düşməsində mühüm rol oynayır, lakin dəridən buxarlanan mayeni əvəz etməyi də unutmamaq gərəkdir.
İspaniyada çox geniş yayılmış bir tost var: Sizin sağlığınız və sərvətinizin şərəfinə! Əlbəttə, belə bir istəyi səsləndirmək üçün ən münasib içki sudur. Sağlamlığı olan hər kəs ən böyük sərvətə malikdir.
Yaxşı olar ki, hər gün yuxudan duran kimi 2 stəkan su içməyə adət edəsiniz. Yemək zamanı isə su içməyiniz məsləhət deyil. Həzm prosesinin normal getməsi üçün yeməkdən 15 dəqiqə əvvəl və 1 saat sonra su içməyin. Su həzm şirələrini durulaşdırır, bunun nəticəsində də mədədə olan qida qarışığı olduqca durulur və bununla da, həzm prosesi zəifləyir.
İçilən suyun temperaturu sizin zövqünüzə uyğun olmalıdır. Ancaq təbii ki, yayda su nisbətən soyuq, qışda isə nisbətən isti olmalıdır. Həddən artıq yüksək və həddən artıq aşağı temperaturlu mayedən qorunun. İsti su ağzın selikli qişasını yandıra bilər. Çox soyuq su isə mədənin selikli qişasında qan axınını azaldır və buna görə də, onun temperaturunu orqanizmin işlək temperaturuna çatdırmaq üçün əlavə enerji sərf olunur.
Suyun bütün üstünlüklərini nəzərə alaraq, su ilə doldurulmuş badəni yuxarı qaldırın və bu ən gözəl içkini öz sağlığınıza için!
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR