Qadin.NET / Suyun əhəmiyyəti

Suyun əhəmiyyəti

Suyun əhəmiyyəti

Yəqin ki, həkiminizdən belə bir tövsiyyəni tez-tez eşidirsiniz: Daha çox istirahət edin və daha çox maye qəbul edin. Soyuqdəymə, qrip və digər xəstəliklər zamanı həmişə bu tövsiyyəyə əməl etmək məsləhətdir. Bir çox səbəblərdən bu cür tövsiyyələrə əməl olunması xəstəliyin aradan qaldırılması üçün ən gözəl vasitədir.

Su infeksiya ilə mübarizə aparmaqda orqanizmə kömək edir. O, bir çox xəstəliklərə xas olan qızdırmanı, intoksikasiyanı götürür, xəstəlik nəticəsində pozulmuş maddələr mübadiləsini qaydasına salır.

Su həmçinin bədənin normal temperaturunun saxlanılmasına kömək edir. İstər isti, istərsə də soyuq suda isladılmış əlcəklə bədəni ovxalamaq tər ifrazını artırır və əsəbləri sakitləşdirir. Tərləmə qabiliyyəti bədən temperaturunun düşməsində mühüm rol oynayır, lakin dəridən buxarlanan mayeni əvəz etməyi də unutmamaq gərəkdir.

İspaniyada çox geniş yayılmış bir tost var: Sizin sağlığınız və sərvətinizin şərəfinə! Əlbəttə, belə bir istəyi səsləndirmək üçün ən münasib içki sudur. Sağlamlığı olan hər kəs ən böyük sərvətə malikdir.

 Yaxşı olar ki, hər gün yuxudan duran kimi 2 stəkan su içməyə adət edəsiniz. Yemək zamanı isə su içməyiniz məsləhət deyil. Həzm prosesinin normal getməsi üçün yeməkdən 15 dəqiqə əvvəl və 1 saat sonra su içməyin. Su həzm şirələrini durulaşdırır, bunun nəticəsində də mədədə olan qida qarışığı olduqca durulur və bununla da, həzm prosesi zəifləyir.

 

 

İçilən suyun temperaturu sizin zövqünüzə uyğun olmalıdır. Ancaq təbii ki, yayda su nisbətən soyuq, qışda isə nisbətən isti olmalıdır. Həddən artıq yüksək və həddən artıq aşağı temperaturlu mayedən qorunun. İsti su ağzın selikli qişasını yandıra bilər. Çox soyuq su isə mədənin selikli qişasında qan axınını azaldır və buna  görə də, onun temperaturunu orqanizmin işlək temperaturuna çatdırmaq üçün əlavə enerji sərf olunur.

Suyun bütün üstünlüklərini nəzərə alaraq, su ilə doldurulmuş badəni yuxarı qaldırın və bu ən gözəl içkini öz sağlığınıza için!

15 mart 2013
GO BACK