Bu mini-məqalədə oxuyacaqlarınız tarix içərisində əhəmiyyətli şəxslərin elmin o günkü mövqeyini və gələcəyi ilə əlaqədar bəzi sözlərini ehtiva etməkdədir. Bu sözləri diqqətlə oxumağınızı tövsiyə edirəm. Günümüzdəki məşhur simaların dedikləri ilə necə bənzər olduğunu anlayacaqsınız. Ümid edirəm ki, elm haqqında danışmadan əvvəl düşünməyinizə kömək edəcək xəbər olacaq.
***
"Yer Kainatın mərkəzindədir və bütün göy cisimləri onun ətrafında fırlanır. Kopernikin sözləri şeytanın sözləridir və yalandır."
(1500-ci illər, Kopernik qanunlarını ortaya qoyduğunda dindar kütlə)
***
"Yupiterin peykləri görünməzdir, bu səbəbdən Yer üzərində bir təsiri ola bilməz, buna görə varlıqları da gərəksizdir və dolayısı ilə, əslində yoxdurlar." (1500-ci illərin sonu, Qalileyin Yupiterin peyklərini kəşfi üzərinə dövrün Aristotelçi insanları)
***
"Dünya düzdür və müəyyən sərhədləri vardır. Elm adamları nə desə desin, bu sərhədlər vardır və aşılmamalıdır."
(1600-cü illər, Xristian Kilisəsi)
***
"Bu elm deyilən şeydən bezdim artıq... Keçdiyimiz bir neçə ildə əldə etdiklərimiz üçün milyonlar xərclədik və artıq dayandırılmasının vaxtı gəldi." (1861, Smithsonian İnstitutunun qaynaqlarının kəsilməsiylə əlaqədar olaraq Pensilvanya Əyalət Senatoru Simon Cameron)
***
"Bir az təhsilli hər kəs səsin kabellər vasitəsilə bir yerdən bir başqa yerə ötürülə bilinməyəcəyini bilər. Və ola bilər ki, köçürülsə belə, belə bir səyin praktik bir dəyəri olmayacaq." (1865, Boston Post qəzeti redaktoru)
***
"Luis Pasterin xəstəlik törədən orqanizmlər nəzəriyyəsi axmaq bir fantastikadan ibarətdir." (1872, mikroblarla əlaqədar olaraq Fizioloji Professoru Pierre Pachet)
***
"Qarın, sinə və beyin, müdrik və insancıl heç bir cərrahın aça bilməyəcəyi şəkildə, sonsuza qədər bağlı qalacaq." (1873, əməliyyatlarla əlaqədar olaraq Kraliça Victorianın cərrahı Sir John Eric Ericson)
***
"Telefon deyilən bu icadın rahat və ciddi bir ünsiyyət vasitəsi halına gələ bilməsi üçün bir çox mənfi istiqaməti var. Bu alət, quruluşu gərəyi bizim üçün dəyərsizdir." (1878, Western Union firması)
***
"Yüksək gərginlikli və alternativ axın istifadə edən sistemlərin yayılmasının nə elmi olaraq, nə də bazar baxımından imkanı yoxdur. Bütün bu sistemlər [alternativ axın] sırf mis tel və əmlak bazarına zərbə vurmaq üçün tətbiq olunur. (...) Mənim şəxsi istəyim alternativ axının istifadə edilməsinin tamamilə qadağan edilməsidir. Alternativ axın gərəksizdir və təhlükəlidir. Bu səbəbdən həyata və əmlaka zərər verəcək bu sistemlərin satışa verilməsi arxasında bir səbəb görə bilmirəm."
(1889, Tomas Edison)
***
"Bilinən cisimlərin heç bir kombinasiyası, bilinən maşınların heç bir forması, bilinən qüvvələrin heç bir forması bir araya gətirilərək insanı hava içərisində uzun məsafələrdə praktik olaraq uçura biləcək bir maşın meydana gətirə bilməyəcək."
(1800-ci illərin sonu, ABŞ Dəniz Qüvvətləri Rəsədxana başçısı, astronom Simon Newcomb)
***
"Radionun gələcəyi yoxdur!" Lord Kelvin (1898, Şotlandiyalı elm insanı)
***
"Artıq elmin tapa biləcəyi bir şey qalmadı, elm bu nöqtədə tıxandı. Tapa biləcəyimiz hər şeyi tapdıq və bizə artıq ehtiyac yoxdur."
Charles Duell (1899, Amerikan Patent Bürosu Prezidenti)
***
"Rentgen müayinəsi bir aldatmacadır!" (1900, Lord Kelvin)
***
"Sualtı qayıqların döyüşdə nə işə yaraya biləcəyini anlaya bilmədim. Olsa olsa heyətin boğularaq ölməsinə səbəb ola bilər."
H. G. Wells (Yazar - 1901)
***
"Atlar hər vaxt istifadə ediləcək. Avtomobil isə ancaq keçici bir moda ola bilər." Henry Fordun kredit tələbi üzərinə avtomobil sektoru ilə əlaqədar hesabat verən bank müdiri (1903)
***
"Bir maşın heç bir zaman Nyu Yorkdan Parisə uça bilməyəcək." (1906, Təyyarənin icadçısı Orville Wright)
***
"Təyyarələr xoş oyuncaqlardır, lakin hərbi bir dəyərləri yoxdur." Marşal Ferdinand Foch (I. Dünya Döyüşü Fransız Ordusu Baş komandiri - 1911)
***
"Artistlərin səsini kim eşitmək istər ki?" H. M. Warner (Film prodüseri. O zaman yeni icad edilən səsli film haqqında - 1927)
***
"Aya getməklə əlaqədar fantaziyalar qurmağa ehtiyac yoxdur, çünki Yerin çazibə qüvvəsini aşmanın bir yolu yoxdur."
(1932, Chicago Universiteti astronomu Dr. Forest Rels Moulton)
***
"Atomların parçalanmasından əldə ediləcək bir enerji qaynağının var ola biləcəyini ümid edən biri xəyal dünyasında gəzişir."
(1933, Nüvə Stansiyaları ilə əlaqədar olaraq, Ernest Ruzerford)
***
"En.teynin guya nəzəriyyələri olan bu şeylər sadəcə liberal, demokratik axmaqlıqlarla bulaşmış zehin uydurmalarıdır və heç bir Alman elm insanı tərəfindən heç bir şəkildə qəbul edilə bilməz." (1940, Dr. Walter Gross)
***
"Dünya bazarlarında kompüterlərdən ən çox 5 dənəsinə yer olduğunu düşünürəm." (1943, IBM Başçısı Tomas J. Watson)
***
"Televizor ən gec altı ay içində bazardan silinəcək. İnsanlar hər axşam belə bir qutuya baxmaq istəməz."
D. F. Zanuck (Twentieth Century Fox Prezidenti - 1944)
***
"Kompüterlər gələcəkdə 1,5 ton ağırlığında olacaq."
Popular Mechanics Jurnalı (1949)
***
"Bizə vəd edilmiş və verilmiş sərhədlərin xaricinə çıxıb kosmosa getmək həddimizi aşmaqdır və böyük fəlakətlərlə cəzalandırılmamızı özü ilə gətirəcək." (1960lar, Yuri Qaqarinin kosmosa çıxarılmasından əvvəl Xristian Kilsəsi)
***
"Gözəl, lakin nə işə yarayacaq?"
(IBM-dən bir mühəndisin bu gün bütün elektronik cihazların beyni mövqesindəki 'mikroçip' üçün şərhi 1968)
***
"İnsanların evlərində kompüter saxlamaları üçün bir səbəb yoxdur."
Kenneth Olsen (Digital Equipment Corp. Kompyuter Şirkəti Başçısı - 1977)
***
"Bir nüvə stansiyadan çıxan illik tullantıların hamısı bir iş masasının altında saxlana biləcək qədər azdır."
(1980, Ronald Reagan)
***
"İnsan Genom Proyekti həddimizi aşıb, yaradılışımızla oynamaqdır. Bizə heç bir faydası toxunmayacağı kimi başımıza böyük işlər açacaq." və "Genetikaçılar şeytandır." (1990-cı illər, İnsan Genom Proyektinin başlaması üzərinə, dindar kütlə)
***
"İnternet 1996-cı ildə tamamıyla çökəcək." (1900-ci illərin sonları, internetin ixtiraçılarından Robert Metcalfe)
***
"Təkamül Nəzəriyyəsi isbat edilməmiş bir düşüncədir. Heç bir zaman isbat edilə bilməyəcək. Hər birimiz möhtəşəm bir şəkildə var edilmiş varlıqlarıq və ən qiymətli canlılar bizlərik. Təkamül nəzəriyyəsi bəzi azğınların uydurduğu bir yalandır." (Günümüz, elmi bir gerçək haqqında danışarkən, dindar kütlə)
***
"Kainat əsla öz başına var olmuş ola bilməz. Mütləq bir səbəb, başladıcı olmalıdır. Fizika heç bir zaman Kainatın səbəbsiz yerə özbaşına necə var olduğunu açıqlaya bilməyəcək." (Günümüz və gələcək, Stephen Hawking və digər astrofizikaçıların özbaşına var olma modelləri üzərinə dindar kütlə)
***
Sizcə də düşünə bilməkdən çox düşünmək qiymətli deyilmi? Xüsusilə elm haqqında danışarkən öncə düşünüb, sonra söyləmək şərtdir.
İ.Cəfərov
XƏBƏR LENTİ
Tarkan 5 milyondan imtina etdi - SƏBƏB
"QazEL"lər xəttdən çıxarılır
Rusiyada ibadət edənlər sayıldı
Smartfona hücumun ilk əlamətləri açıqlandı
Avronun çökməsi başlayacaq
Meqan Markl Ana Oldu!
Limon mürəbbəsi (foto-resept)
HAVA necə olacaq?-12 Noyabr
Fatma Girik vəsiyyətnamə yazdı-FOTO
Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun
Qırışlar üçün maskalar
Dünyanın ən dərin hovuzunu inşa edir-FOTO
"Oskar" mərasiminin ən zövqsüz geyimləri - FOTO
Günün ulduz falı
Ölkələrə görə oruc tutma müddəti
Saqqız arıqlamağa da kömək edir.
Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ
Kiçik mətbəxlər üçün dekorasiya nümunələri
Badamlı kök piroqu (foto resept)
Yeni Maserati GranCabrio
Sizi daim məşğul edən Feysbuk haqqında BİLMƏDİKLƏRİNİZ
Bakıda dəniz üzərindən yeni körpü
Facebook saxta xəbərlərlə mübarizə aparacaq
Sözün tərkibi və söz yaradıcılığı - 2
Məsamələri kiçildən maskalar
Hökumətə 6 gün vaxt verildi
Polad Həşimovun şəhid olduğu yerlə bağlı MN-nin məlumatı
Bu günün Ramazan təqvimi (13 iyul)
"Ayı" peçenyesi (foto resept)
Biləkdəki xətlər NƏYƏ İŞARƏDİR? - İnanmayacağınız GİZLİ MƏNALARI
Uşaq ensiklopediyası (13)
Keloid nədir?
Rəsm çəkməyi öyrənək-5
Məşhur aktrisa ana olduğunu hər kəsdən gizlətdi
Əsirlikdən qayıdan gizir başına gələnlərdən danışdı - VİDEO
Futbol oyununda 53:0-lıq hesab
Kəsmikli-kişmişli piroq (foto resept)
Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA
Prezident: “Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır”
Demet Akalın karantin günlərindən danışdı
Viktoriya Bekhem təbii dəridən imtina etdi
Yeni polis bölməsində yalnız robotlar işləyəcək
Meksika mətbuatında işğalçı Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc olunub
Sızanaqlı üz üçün sadə maska
Noutbukun ömrünü necə uzatmaq? - 9 məsləhət
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət planının hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edəcək"
Həcc ziyarətinin vaxtı açıqlandı
Hande Ataizi ərə gedir-FOTO
Azərbaycanda 1500 test keçiriləcək
İsti havada necə qidalanaq?















- ŞƏRHLƏR