Yaşanmış bir hekayə
Bir ailənin tək bir ərkək övladı varmış. Ana-ata birlikdə bu gənci evləndirməyə niyyət etmişlər. Asanlıqla qız bəyənmirlərmiş. Nəhayət uzaq bir şəhərdən bir qız tövsiyə edilmiş, onlar da taa oraya qədər getmişlər. Ev sahibi gələnləri içəri dəvət etmiş. Evin qızı bəzənərkən anası da qəhvə bişirməklə məşğul imiş.
Qonaqlar otağının içərisində gözləyərkən tam qarşılarında böyük bir güzgü görmüşlər, Güzgünün üzəri tamamilə toz dolu. Bir-birlərinə baxmışlar, sonra qalxaraq güzgüyə bu ibrətli cümləni yazaraq qızın üzünü belə görmədən qapıdan səssizcə çıxıb getmişlər:
"Maşallah bu evin qızına, nəzər dəyməsin güzgünün tozuna"
Qonaqlığa gedənin diqqət yetirəcəyi ədəblər
1. İmkan daxilində gələcəyi zamanı əvvəldən xəbər vermək. Qəflətən ziyarətlərdən qaçınmaq.
2. Qonaqlığa gedənin xoca Nəsrəddinin "ye kürküm ye! " lətifəsini unutmayaraq gözəl geyinməyə və təmizliyə diqqət yetirməsi lazımdır. Əbu Davudun Sünən kitabında keçən peyğəmbərimizin qonaqlığa gedənlərə paltarların səliqəli və minik vasitələrini gözəl olmasını tövsiyə edən nəsihəti unudulmamalıdır.
3. İcazəsiz və salam vermədən evə girməmək. Ayeyi-kərimədə buyurulur ki:
“Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin." (ən- Nur, 27)
İnsanın ağılına belə bir sual gələ bilər: Görəsən şəxsin öz yaxınlarının, dostlarının yanlarına, otaqlarına girəcək zaman da icazə istəmələri lazımdırmı? Yoxsa bu icazə bir-birini tam tanımayan insanlar üçünmü etibarlıdır? Bu barədə istisnanın olmadığını İbn Abbas (r.a) belə izah edir:
Rəsulullah (s.ə.s)-ə:
-Eyni evdə oturduğumuz, himayəmdəki yetim bacımdan da icazə istəyəcəyəmmi? dedim. Mənə:
-"Bəli" dedi. Mən icazə verməsi üçün təkrar etdim, qəbul etmədi və: "Sən onları çılpaq görmək istəyərsənmi?" dedi. Mən:
-Xeyr, dedim.
-"O halda icazə istə" buyurdu. Rəsulullah (s.ə.s)-ə təkrar müraciət etdiyimdə mənə:
-"Allaha itaəti sevərsənmi? " buyurdu.
-Bəli, dedim.
-"O halda icazə istə" dedi.[1]
4. Qapını döymək və qapıda gözləmək: Qapı döymək və ya zəng çalınsa içəridən "kimdir?" sualına yalnız "mən" deyə cavab vermək kifayət etməz.
Bir gün peyğəmbərimizin qapısı döyüldü. Peyğəmbərimiz içəridən "kimdir?" deyə səsləndi. Çöldən "mən" cavabı gəlincə Allah Rəsulu "mən nə deməkdir, mən kimdir?!" deyərək cavabdan razı qalmadığını ifadə etdi.[2]
Giriş qapısının sağında və ya solunda dayanmalı, üzü içəriyə doğru dönük olmamalıdır. Qapı və ya zəng 3 dəfə çalınmalı, əgər açılmazsa orada gözlənilməməlidir. İçəridəkilər eşitmədilər deyərək qapını daha çox döymək və içəriyə girmək uyğun olmaz. Əgər yanğın, oğru hücum etməsi, zəlzələ və s. kimi pis hallar olsa o zaman icazə alma məcburiyyəti yoxdur.
Qapını döymədən əvvəl və ya gözləyərkən "görəsən içəridə kimsə varmı?" mənasında da olsa qapı və pəncərədən evin içərisinə baxmaq uyğun deyil.
5. Ziyarət saatının uyğun vaxtlarda olması lazımdır. İstirahət zamanlarında, yemək vaxtlarında, səhər erkəndən və axşam gec saatlarda getməməlidir. Uzaq yoldan gələnlər bu barədə üzrlü görülə bilərlər.
6. Qonaq, ikram edilənləri hüsnü qəbulla qarşılamalı, bəyənməməzlik, səhv və qüsur axtarma kimi hallardan uzaq olmalıdır. Ayrıca qonaq olan kimsə əlavə yeməklər və xidmətlər istəməməli və imkan daxilində ev sahibini yormamalıdır.
7. Qonağın evdə sağa sola gəzişməməsi, şkaflarla, siyirtmələrlə oynamaması da ədəbdəndir.
Loğman Həkim oğuluna nəsihət verərək demişdir ki:
"Bir çox ənbiyaya xidmət etdim, onların sözlərindən bu səkkizini xülasə olaraq seçdim. Əgər diqqətli olub bu səkkiz xüsusiyyətlə əməl etsən nicat taparsan:
1. Namazda ikən ürəyini,
2. İnsanlarla bərabərkən dilini,
3. Süfrədə ikən əlini,
4. Başqasının evində ikən gözünü mühafizə et.
Allahı və ölümü daim xatırla, başqasının sənə etdiyi pislikləri və sənin başqasına etdiyin yaxşılıqları dərhal unut!"[3]
8. Qonaq gedilən yerə imkan daxilində hədiyyələr aparmaq.
9. Eyni yerə insanları bezdirməmək üçün tez-tez getməmək. Yaz günəşi hər gün doğulduğu üçün çox sevilməz və arzu edilməz. Amma qış günəşi az-az çıxdığı üçün daha çox sevilər.
Əbu Hureyrə (r.a) günün hər saatında Allah Rəsulunu tez-tez ziyarət edərdi. Peyğəmbərimiz ona: "Ey Əbu Hureyrə, yalnız günaşırı gəl ki, söhbətin daha çox olsun" demişdir.
10. Qonaqlıqda çox qalmamaq lazımdır. Bu mənada Azərbaycan şifahi xalq ədəbiyyatında belə bir deyim var:
Qonaq birinci gün qızıldır,
İkinci gün gümüşdür,
Üçüncü gün misdir,
Dördüncü gün pisdir.
Qonaqlıqda çox gəlib az qalmaq bir prinsip olmalıdır. Altay atalar sözündə deyilər ki: "Balık və qonaq üç gündə iy verər."
Qonağa ikram üçün yeməyin bolca hazırlanması israf sayılmaz. (Hz. Aişə)
XƏBƏR LENTİ
Prezident İlham Əliyev avtomobil yolu üçün 3 milyon manat ayırdı
Şərq ulduz falı
"Qızıl top"un sahibi bəlli oldu
Günün qoroskopu: yaranan problemləri sürətlə həll etməyə çalışın
Pensiya yaşı 65-ə çatdırılacaq
Otellərdə rastlaşacağınız qəribə hallar
Alimlər cizgi filmini DNT-yə yazdılar
Toyuqlu talaş börəyi (foto resept)
Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir - HƏKİM
Prezident İlham Əliyev: "Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"
Bir ilə 60 kiloqram arıqlayıb ideal bədən quruluşuna yiyələndi - FOTO
Bu uşağın ən yaxın dostu pitondur
Süd məhsullarının 3 əsas faktı
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Amerikalı alimlər koronavirusa qarşı dərman tapdılar
Yaraşıqlı çantalar
"Sevən ürəklər" peçenyesi (foto resept)
Yaddaşın zəifləməsinə qarşı 7 mühüm qida
Bədəni yoran vərdişlər
Səudiyyə Ərəbistanının kralı vəfat edib
Çiyələklə dişlərinizi ağardın!
Məşhur aktrisa yeni obrazda-FOTO
Qutu rəf modelləri
Makiyajsız gözəl görünmə sirləri
Bu gün "Eurovision"ın finalıdır
Bakı metrosunda gediş pulsuz olacaq
Demetlə Can Yamanı evdən çıxarırlar-SƏBƏB
“Azərsu”dan smart-kart açıqlaması
İnsanlar darıxanda
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda dərslərin başlaması barədə qərar verildi - RƏSMİ
İmmunitet xərçəng şişlərini məhv etməyə qadirdir
Birlik istəyirəm
Nə üçün gözəllikləri görə bilmirik?
O, evdar qadındır
Aviasiya sənayesinin dirçəlməsi dörd il çəkəcək
Saç düzümləri
Məşhur model öldü-SƏBƏB
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Saç ustalarının xəyal dünyası
30 min dollarlıq toy təxirə salınarsa...
"Qızıl top"un yeni sahibi məlum oldu - FOTO
Çilçıraqlar
Bu il balıq məhsulları boldur
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Nurgül Yeşilçay məşhur brendi lağa qoydu
Evlənməzdən əvvəl kişinin bürcünü öyrənin
İlon Maskın sərvəti bir gündə fantastik məbləğdə azaldı
Yaş həddi artırıldı - 68
- ŞƏRHLƏR