
Nə yazım
Məhəbbətdən, kədər-qəmdən
Heç bilmirəm nədən yazım.
Dünya daha bezdi məndən
İndi kimə quyu qazım.
İki üzlüdən yoldaş olmaz
Salmamışam ona meyil.
Yalan yazsam düzgün çıxmaz
Yaltaqlıq da mənlik deyil.
Qaranı ağ, ağı qara
Yazsam aləm gülər mənə.
Doğru söz də vurur yara
Salır ürəyi qəmə.
Nədən yazım bəs onda mən
Beynimə bir fikir gəlmir.
Mavi dəniz yaşıl çəmən
Gözüm görür, əlim dərmir.
İndi bildim, bir bel alım
Toxum səpim, ağac əkim.
Bir işgüzar bağban olum
Şairlikdən ta əl çəkim.
23 avqust 2009
Ömrümə payız gəlir
Solur əlvan güllərim
Quruyur xoş günlərim
Xəzan olub çöllərim-
Ömrümə payız gəlir.
Bahar idim gümanca
Çox aldandım yamanca.
Bilməz idim zamanca
Ömrümə payız gəlir.
Sevincimdən uçuram
Dünyaya nur saçıram.
Dərd əlindən qaçıram
Ömrümə payız gəlir.
Hey üşüyür ürəyim
Buz bağlayır kürəyim.
Bumu mənim gərəyim?
Ömrümə payız gəlir.
Bahar məndən dönüb getdi
Bəlkə də bax, qəsdən etdi.
Elə getdi, gözdən itdi
Ömrümə payız gəlir.
27 avqust 2009
Acıqlıyam, dünya, sənə
Qatı ömrü durultmusan,
Çiçək kimi qurutmusan,
Hansı qəlbi ovutmusan,
Acıqlıyam, dünya, sənə.
Məni saldın tələyə
Bir bax bunda kələyə.
Gün qarışdı küləyə
Acıqlıyam, dünya, sənə.
Süfrə açdım qonaq oldun
Balı tamam yedin doydun,
Mənə isə zəhər qoydun
Acıqlıyam, dünya, sənə.
Eşqə baxan üzüm yoxdu
Daha sənə sözüm yoxdu,
İnan görən gözüm yoxdu
Acıqlıyam, dünya, sənə.
Məni məndən alıb getdin
Qəhər içrə salıb getdin,
Özün eşqə dalıb getdin
Acıqlıyam, dünya, sənə.
14 iyun 2009
Elvin Mütaliboğlu
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şotlandiyada ev qiymətinə ada satılır - Fotolar
Dünyanın ən bahalı iPhone-u satılır
Olbers paradoksu
Baha qiymətə satılan qeyri-adi əşyalar
Şampun qutusundan qələm qabı
Professordan KORONAVİRUS XƏBƏRDARLIĞI: “2 yaşa qədər uşaqlar...”
Məhəmməd Əlidən sitatlar
Deniz Çakır yenidən GÜNDƏM oldu-FOTO
Bananlı bonjur (foto resept)
Bürclərin ən çox QISQANILAN cəhətləri
Yevlax və Mingəçevir polisi yollarda birgə reydlərə başladı
Abstrakt şəkillər
Qarabağı bu ölkənin ordusu azad edəcək
Toreador döyüşlərinə qarşı qeyri-adi etiraz
Görün pişiklər üçün nə ixtira etdilər... – FOTO
Qızardılmış balıq küftəsi (foto resept)
Mədə sağlamlığına faydalı olan 3 qida
Ahmet Kural Sılnın böhtanından danışdı-MÜSAHİBƏ
Hava haqqında - 19.09.2013
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Amin Musayevin evindən eksklüziv görüntülər - VİDEO
Bütün telekanallar peyk üzərindən yayımlanacaq
54 milyon qazanıb, ailəsi ilə dünyanı gəzir
Epilepsiya ilə autizm arasında əlaqə varmış
Günün ulduz falı
Tək qaş dəbi
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
iPhone gözləniləndən yaxşı satılır
Moda brendlərini tanıyaq (1)
Uşağınızı bu xəstəlikdən qoruyun...
Körpə olduğumuz dövrü niyə xatırlamırıq?
"Google"dan yenilik
HAVA necə olacaq?- 18 APREL
Yer üzündən silinəcək ölkələr
Paytaxtda təhlükəli süd məhsulları
Formada qalmağın sirləri
“Euronews” Tərtərdə ermənilərin mülki vətəndaşlara qarşı törətdiyi cinayətə dair reportaj hazırlayıb - VİDEO
Pərviz "Survivor"da həftənin ən güclüsü oldu - Türklər ona şeir qoşdular - VİDEO
Eyfel qülləsinə səyahət
Günün ulduz falı
"Bu iş qadınlar üçün deyil"
Rahat doğuş üçün nəfəs məşqləri
Məşhur professor Nüsretin qonağı oldu-FOTO
Köhnə evi üçün darıxan it bir ştatdan digərinə qaçdı - VİDEO
Günün qoroskopu: ləyaqətsiz insanlara inanmayın
Hava haqqında
Yeni trend: Çirkin"derby" ayaqqabıları
Daha bir məşhur sosial şəbəkədə canlı yayım dönəmi başlayır
Güclü istilər olacaq
Çinlilər koronavirusdan qorunmaq üçün görün nələr edirlər - İNANILMAZ QAYDALAR















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]