Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini polkovnik Rasim Kərimov deyib.
DYMX-nin rəis müavininin sözlərinə görə, ola bilər, bu gün dünyada - Avropa, Amerika, Asiya, hətta islam ölkələrində qadın yanğındöndürənlər var, amma Azərbaycanda qadın yanğınsöndürən yoxdur: “Dövlət Yanğından Mühafizə Xidmətində çalışan qadın əməkdaşlar var. Amma onlar əsasən dispetçer xidmətində, məlumatların qəbul olunması, onların işlənməsində, inzibati-idarə işlərində, kargüzarlıq sahəsində çalışırlar. Hesab edirəm ki, yanğın söndürmək qadın işi deyil. Dünya praktikasında, bəlkə də belə bir şey var, amma onların sayı çox deyil. Bizdə isə ümumiyyətlə yoxdur. Bəzi Avropa ölkələrində xidmətin özünəməxsus spesifikası var və onlarda yanğın mühafizə xidmətində qadınlar tibb işçiləri, xilasedicilər kimi çalışırlar. Amma Azərbaycanda belə şey yoxdur”.
Polkovnik qeyd edib ki, qadınların yanğınsöndürən ola bilməmələrinin obyektiv səbəbləri var: “Yanğınsöndürənlərin ekipirovkası, yəni geyim forması 30-35 kq ağırlıqdadır. Təkcə döyüş paltarı və fərdi müdafiə vasitəsi olan əleyhqazın çəkisinin hər biri təxminən 14 kq təşkil edir. Qadın bunları necə daşısın? Digər tərəfdən, yanğına çıxış döyüş vəziyyəti hesab edilir. Azərbaycanda döyüşə qadınlar yox, kişilər gedirlər. Bəlkə də dünyada belələri var, amma bizdə heç vaxt qadın yanğınsöndürən olmayıb və indi də yoxdur”.
R.Kərimov bildirib ki, Sovet dönəmində yanğısöndürmə işinə qadınların cəlb edilməsi təcrübəsi olub. Lakin onlar yalnız rabitəçi olublar: “Ötən əsrin 70-80-ci illərində belə bir şey vardı ki, qadınlar yanğın mühafizə xidmətinə rabitəçi kimi cəlb edilirdilər. Rabitəçi qadın yanğın hadisəsi baş verən yerə gedəndə növbə rəisi olan zabiti müşayiət edirdi. Əvvəllər radio-rabitə sistemləri çox böyük idi. Onu daşımaq yanğınsöndürən zabitə maneçilik törədə bilərdi. Ona görə də bunun üçün ayrıca ştat ayrılmışdı. Rabitəçi qadın daim növbə rəisinin yanında olur və zabitin dediyi məlumatları radiostansiya vasitəsilə mərkəzə ötürürdü. İndi isə buna ehtiyac yoxdur. Çünki indi radio-rabitə sistemində kiçik, mobil cihazlardan istifadə edilir. Zabit cihazı üzərində rahat daşıya bilir, özü də məlumatları mərkəzə ötürür”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bu il artıq 250-dək özünüməşğulluq proqramı iştirakçısına banklar tərəfindən aktivlər verilib
"Xoş gəldin"in yaşayışı "xoş getdin" deyir
Uşaqları üçün 300 min təklif etdilər-FOTO
Dünyanın ən böyük avto şousu başladı
Evlənəcək şəxslər bu SİYAHIya mütləq baxsınlar
Dubay Azərbaycanda islam riteylinin potensialını inkişaf etdirməyə hazırdır
Aparıcı gimnastlar açıq məşqə çıxacaqlar
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?
Muratla Hande barışdı
Siyavuş Novruzov: "Məscid ibadət üçündür, təşkilat qurmaq üçün yox"
Elçin yeni seriala çəkilir-FOTO
Dırnaq boyalarını tez qurutmaq üsulları
Yaponiyada payız yarpaqları
Gözəl ziyafət geyimləri
Əmək müqaviləsi ilə bağlı tələblər sərtləşdirilir
Azərbaycan Avro-4 standartına keçir
SON DƏQİQƏ: Çin RƏSMƏN AÇIQLADI - Koronavirusun laboratoriyadan sızması...
Cennifer Lopez Tel-Əvivdə dincəlir-FOTO
Məşhur aktrisanın vəziyyəti daha da pisləşdi-FOTO
Badamın faydaları
Koronavirus əlamətlərini hiss edirsizsə, BUNLARI EDİN
Avstraliyada qəribə görüntü: şəlalənin suyu aşağıdan yuxarı axır - VİDEO
Kabaklı salat (foto resept)
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?
Zəncəfilin faydaları
Fitnes salonlarında qarşılaşılan 7 problem
ABŞ Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsinə çağırıb
Sevdiyinizlə nə qədər uyğunsunuz?
Batmaq üçün yaradılan gəmi “RV FLİP”
İtaliyanın koronavirussuz adası alimləri heyərtləndirib
Uşaqları müsbət davranışlara necə alışdırmalı?
Obama rusların Suriyadakı əməliyyatlarını tənqid etdi
Azərbaycanda narkoman qadınların sayı ildən-ilə artır
Mənim toxuduqlarım
Müdafiə naziri müşavirə keçirdi
Ordumuz 3 şəhid verdi
Şirniyyatın uşaqlara ziyanı
Ronaldinyonun super qolu komandanı finala aparmadı
Dünyanın ən böyük həbsxanası
Rəqəmləri birləşdir-6
Kitab rekord qiymətə satıldı
Dəbli illüstrasiya
Qapımızı bəzəyək?
Bu günün hava proqnozu
Canlı əfsanə "Qalatasaray"da Roberto Mançininin köməkçisi olacaq
Xəyalla gerçəyi ayırın
Ağstafa ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi
COVID-19 pandemiyası zamanı stres necə idarə edilməlidir?
Merilin Monronun unikal fotoları
- ŞƏRHLƏR