Bəzən iş otağıma çəkilib bütün günü,
Axtarıram sözlərin, kəlmələrin kökünü.
Öyrənmək istəyirəm diqqət ilə, səy ilə,
Sözlər necə yaranıb hardan gəlibdir dilə.
Lüğətlər kömək etmir, qamuslar gəlmir kara
Deyirəm öz-özümə: ürəkləri sən ara.
Talelər kitabında mənası var hər sözün
Hər həsrətin vüsalın, hər gecənin-gündüzün.
Düşünürəm: zindanda azadlıq boğulanda
Körpələrlə gözəllik bir yerdə doğulanda.
Azadlıq həsrətilə yanan zaman Vətənim
Yəqin "azadlıq" sözü dilimə gəlmiş mənim.
İnsanlar sürüləndə yurdundan diyar-diyar
Yəqin "Vətən"sözünü qürbətdə yaratdılar.
Vətən oldu onların arzusu, düşüncəsi
Meyvələrin nübarı, çiçəklərin qönçəsi.
Ocaqların tüstüsü,
Təndirlərin istisi,
Çinarların vüqarı xəyala gələn zaman
Yarandı "Vətən" sözü qəriblərin ahından.
Bilirəm torpağımın sevinci var, yası var
Onun gözünün dağı hicranlı Arazı var
"Həsrət" sözü Arazın yaranın sularından
Axı, bu torpaqdakı daşın da, çinarın da
Kökü Arazdan keçib, o taya adlayıbdır.
Araz əvvəl çay idi
İndi həsrət olubdur, qəlbləri odlayıbdır
Nə qədər yol getmişik Günəşin sorağında?
Bir vaxt oda sığınan yurdumun torpağında
İşığa həsrət qalıb illər boyu nəsillər
Səmum nəfəsli aylar, ölüm nəfəsli illər.
Söndürüb evlərdəki neçə odu, ocağı
İnsan olub cansıxan qaranlığın dustağı.
Kim bilir, bəlkə onda
Ürəklər bir çırağın həsrətiylə yananda
"İşıq" sözünü ilkin dilə gətirmişik biz
Arzunun işığıyla "işıq" gəzib nəslimiz?
Bəlkə "ümid" sözü də uzaq bir çıraq kimi,
Elə o vaxtlar yanıb,
Ya zülmətdə doğulub, ya zindanda yaranıb?
Ayaqlar buxovlanıb, əllər zəncirlənəndə
Fəlakət üstümüzdə bayquştək hərlənəndə
Ölüm dayanan zaman qaşla-göz arasında
Bəlkə bir cəngavərin ümidsiz yarasında.
Bəlkə ölüm anında ümid gözləyən gözdə
Ümid də yaranıbdır"ümid "ünvanlı sözdə?
Bəzən iş otağıma çəkilib bütün günü
Axtarıram sözlərin ,kəlmələrin kökünü.
Məncə,hər söz yaranıb bir arzudan, diləkdən
Sözlər də məcrasını alır yanan ürəkdən!
Adil Babayev
XƏBƏR LENTİ
“İmtahanların vaxtı gələn həftə elan ediləcək”
Mənim əl işlərim (1)
"Yallı" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib
İvana Sert
Milan moda həftəsində Fendi
Təhlükəli dəniz canlıları
4 ay sonra reanimasiyadan çıxan COVID-19 xəstəsinin ilk sualı: "Niyə hamı.."
UEFA Superkuboku Tiflisdə
Bu ölkədə ən kiçik məktəb 12 kvadratmetrdir
Futbolçu rekord qırdı
Ədəbiyyatdan sınaq - 2
Ceki Çan koronavirusa görə karantinə alındı
İrem Derici kameralardan qaçdı-"SƏBƏB"
ANS efirə qayıtmadı
Ətli boxçalar(foto-resept)
Məşhur aktyor tənqidlərə cavab verdi
Hansı yaş fərqi intim uyğunsuzluğa və xəyanətə səbəb olur? - ARAŞDIRMA
Dərman qəbulu qaydasız olarsa...
Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadıldı - RƏSMİ
Şəfa mənbəyi: Mixək
Kartoflu konvert (foto resept)
Günün ulduz falı
"Çukur" sezon finalına çıxdı-VİDEO
Böyrəyi təmizləyən qidalar
Hande Ataizi pullarını itirdi
Məşhur oyunçu prezidentə heyran oldu
Şimşək çaxacaq, yağış yağacaq - Sabahın HAVAsı
Həftəsonu məhdudlaşdırma qərarından sonra əhali mağazalara axın edir - VİDEO
Əməliyyat olunan Səudiyyə kralı evə buraxılıb
Tikinti bazarında nə ucuzlaşıb, nə bahalaşıb?
Sağlam hamiləlik keçirmək üçün ...
Qaçqın və məcburi köçkünlərə xəbərdarlıq
Türkiyə millisi yoldaşlıq oyununda Sloveniyaya qalib gəlib
İbrahim Tatlısəsin qızı koronavirusa yoluxdu
"Heyvanların ibadəti"
Ombalarınızı qaldıran 5 məşq hərəkəti
İlk və 4 terabaytlıq...
Ukrayna-Aİ arasında vizasız rejim başlandı
Kimi aldadırsan?
Baş onkoloqdan ÇAĞIRIŞ: "Xərçəngin müalicəsi var, lakin..."
Məşhur müğənni nikahdan bir il sonra TOY edir-FOTO
Moskvada evlər 2,5 dəfə ucuzlaşdı
Fahriye və Burak uşaqları ilə bağlı hazırlıqlara başladılar
Yeni il kostyumunu özümüz hazırlayaq
Vafli (foto resept)
Hava haqqında - 19.12.2013
Bakı-Ankara reysi bu xanıma görə təxirə salındı
Maşınlar və yazı
Yediyimiz dondurma təhlükəlidirsə - Məsuliyyəti kim daşıyır?
" Acem plovu" (foto-resept)
- ŞƏRHLƏR