İlk məhəbbət
Mən sənin birinci məhəbbətindim,
Bahara qovuşuq, yaza qovuşuq.
Bir şirin sevdalı sözə qovuşuq,
Bəxtinə açılan səadətindim.
Ömürlər baharlı, ömürlər qışlı,
Kövrək budaqlarda açan yarpaqdım.
Könlü məhəbbətli, könlü təlaşlı,
Vüsalçın çağlayan ayna bulaqdım.
Yanan ulduzlardan qoşa güləni,
Taleyə güləni, yaşa güləni.
Biri sənin idi, birisi mənim,
Xatirə çələngli, güllü çəmənim!
Mən sənin min bahar hərarətindim,
Taledə birinci məhəbbətindim.
Ötüşüb o anlar, keçib o illər,
Xatirəm dil açıb danışır indi.
Sevgi bulağından içib o illər,
Yanan ürəyimdə alışır indi.
İndi bahar ötüb, yazın keçibdir,
Tale öz donunu yaman biçibdir.
Gənclik çağımdan təravətindim,
Heç vaxt unudulmaz məhəbbətindim.
Ürəyim
Ürəyim bir təmiz uşağa bənzər,
Haqsız hökmlərə dözə bilmirəm.
Qəlbimə yatanlar qəlbimdə gəzər,
Qəlbə yatmayanla gəzə bilmirəm.
Qəlbimə çatası nizə sözləri,
Tikan sözlülərə taxa bilmirəm.
Min hiylə hökmüylə xain gözləri,
Nikbin gözlərimlə yaxa bilmirəm.
Səbrlə ürəyim kamına çatır,
Bir yaxşı önündə min baş əyirəm.
Sevgisi qəlbimin başında yatır,
Daima yaxşını əzizləyirəm.
Niyə
Məni oda saldın, alovda yaxdın,
Eşqimin gözünə baxmadın, niyə?
Hərdən də şimşəktək qəlbimdə çaxdın,
Sinəmə bir çiçək taxmadın, niyə?
Sevgi yollarında yeltək əsmədim,
Səndən incimədim, səndən küsmədim.
Əlimi əlindən heç vaxt üzmədim,
Qəlbimə bulaqtək axmadın, niyə?
Axtarıram
Gözəlin gözündə təmiz məhəbbət,
Axtarıram, nifrət axtarmıram mən.
Sönməyən eşqinə sonsuz sədaqət,
Axtarıram, xiffət axtarmıram mən.
Dünyaya səs salan xoşbəxt bir həyat,
Daim uça bilən, azad bir qanad.
İnsanı yaşadan gözəl bir murad,
Axtarıram, şöhrət axtarmıram mən.
Yaranan yaşayar ömrü bir dəfə,
Gərək yol verməsin həyatda səhvə.
Şirin, mehribanlıq sevənə tövhə,
Axtarıram, ziynət axtarmıram mən.
Səni sevəndən
Sevgi nədi, indi duydum,
Xoş xəyala dalıb uydum.
Canımı bu yolda qoydum,
Səni sevəndən, əzizim.
Oldum odlara pərvanə,
Təkdim, qoşuldum karvanə.
Eşqdə sayıldım divanə,
Səni sevəndən, əzizim.
Həsədlə göründüm gözdə,
Gəzmədim mənasız sözdə.
Bəslədim gül-çiçək düzdə,
Səni sevəndən, əzizim.
Yorulmadan yollar yordum,
Qəlbdə sevgi evi qurdum.
Eşq yolunda mayak durdum,
Səni sevəndən, əzizim!
Müəllif: Rafiq Məhərrəmli
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakı Şəhər İcra Hakimiyyətindən bağçalar üçün yeni qərar
Bu geyim və aksesuarları hər gün istifadə etmək təhlükəlidir
Arı südünün faydaları
Emin Ağalarov 3 milyonluq brend yaratdı
"Soyuq əllər, isti ürək” yarmarkası açıldı - FOTO
Uzun fatalı gəlinliklər
Zeytun və zeytun yağının faydaları
Fahriye Evcen makiyajsız FOTOsunu paylaşdı
Yaşı 25-dən yuxarı olan xanımların problemləri
Sevgi fəsilləri
Ön dişi olmayan model tanıtım etdi - FOTO
Bakı bulvarının vəfalı gözəlləri
İsrailin şok namaz qərarı
Toya gedənlərin DİQQƏTİNƏ: zəhərlənə bilərsiniz - VİDEO
Davos forumu başlayır
2018/2019 Payız-Qış dəbi
31 mart Soyqırım Günüdür!
Autizm
Təəccübləndirən şəkillər
Onların toyu ilin ƏN YAXŞISI OLDU - FOTO
Dünyanı gözləyən böyük təhlükə
Yupiterə yeni missiya göndəriləcək
Bakıda müasir məktəb tikilir
Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib
Bakı müəllimlərinin biliyi sınanacaq
Ermənistan silahlı qüvvələrinin Ağdamı atəşə tutması nəticəsində bir nəfər mülki şəxs yaralanıb - RƏSMİ
Alimlər planeti məhv edəcək asteroidin ölçüsünü dedilər
Evdə frappe (foto resept)
Koronavirus peyvəndi yeridilmiş könüllülərdə immunitet saxlanılıb
Qayınanasının zəngindən sonra milyonçu olmağa qərar verdi-FOTO
Sürücülər ondan niyə istifadə etmirlər?
Zorakılıq
Çin xarici brendlərdən imtina edir
Telefonunuzda bu simvolu görsəniz açmayın
20 min abituriyent keçid balını yığa bilməyib
Gəlin maşınları
Gülümsəyən qız
Bülent Ersoyun dişi töküldü
Azərbaycan bu ölkələri geridə qoydu
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
9 nəfərin yaşadığı ada-FOTO
ABŞ xakerlərdən daha yaxşı qorunacaq kosmik sistemlər hazırlayacaq
Birinci sinfə elektron qeydiyyat dayandırıldı
Adelin son halı sevənlərini QORXUTDU-FOTO
Tək nahara 150 min dollar xərcləyən Saşa -FOTO
Evliliyinizi monotonluqdan xilas edin
Yeni konsepsiyaya görə Bakıda bu binalar söküləcək
Toylarda araq qadağan olunsun?
Yarpaqları saralan gülləri necə xilas etməli?
Qəbul üzrə orta balları açıqlandı
- ŞƏRHLƏR