Unutmaz məni
Sənin yaddaşına sığınmaz ürək
Bu dəli məhəbbət unutmaz məni
Mən ona bir ömür həmdəm olmuşam
Nə hicran nə həsrət unutmaz məni
İlin də günün də özünə qalsın
Sənin ədalətin ayrılıq salsın
Qoy mənim yerimi özgələr alsın
O xəyal səadət unutmaz məni
Gözümü dikdiyim yollar nişanım
Küləkdə xəzanlar xatirəm olsun
Qəlbimdə əbədi sənli cahanım,
Yenilməz sədaqət unutmaz məni
Bir sükut baxışlı kədərəm qəməm
Sənsiz bu qismətə dumanam qəməm
Sənin yoxluğunu var edən mənəm
O əziz həqiqət unutmaz məni
Dönə bilmərik
Daha bu xəyalın sonuna gəldik
Nə qədər güclüdür Əli həsrətin
Nə geci nə tezi... yoluna geldik!
Boylansaq, keçmişi görə bilmərik
O qədər uzaqdı dönə bilmərik
Mənim əllərimdən qopubdu əli
Sənin gözlərindən düsüb itməli
Bu sevgi ölməli vallah ölməli
Bir ömür bir qismət bölə bilmərik
Nə etsək geriyə dönə bilmərik
Çətin bu ömürdə bir sevinc dinə
Əriyir hər gün də hər il də belə
Əcəlin küləyi əsməyib hələ
Bu ayrı ömürdə sönə bilmərik
İtirdik itirdik dönə bilmərik
Sənsizlik gözəldi min bir gözəldən
Divanə dünyadı, şer qəzəldən
İnsanın ürəyi daşdı əzəldən
Bu qədər kədərlə ölə bilmərik
Zamana köləyik dönə bilmərik
Səni mənim kimi sevənin hanı?!
Ürəyin axtarıb gəzərsə məni
Bölüşmək istəsə qəlbin bu qəmi
Bil səni gözləyir ürək həmdəmi
Dəmənsiz can verib ölənin hanı?!
Səni mənim kimi sevənin hani?!
Sevgimdən ucaldın uca dağ oldun
Çox bahar tükənib sən yarpaq oldun
Ötəri duyğuda səs sorağ oldun
Sən mənim zirvəmsən deyənin hanı?
Səni mənim kimi sevənin hanı?!
Uzaqda qırılıb sınar inamım
Daha tükənibdir yoxdur gümanım
Sən ayri dünyaydın ayrı cahanım
Bir ayri aləmi bilənin hanı?!
Səni mənim kimi sevənin hanı?!
Gəl yenə zülm eylə bu sevən cana
Bir ömür verərəm bir sənli ana
Dünya bir yanadır sən də bir yana
Ömürdə tək səni seçənin hanı?!
Səni mənim kimi sevənin hanı?!
Sən gələn yolların küləyi oldum
Havası, torpağı şimşəyi oldum
Ömrünün divanə ürəyi oldum
Yoluna əbədi köçənin hanı?!
Səni mənim kimi sevənin hanı?!
Müəllif: Divanə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ebola virusuna qarşı vaksin tapıldı
Bu sevgidir yoxsa yalnızlıq qorxusu?
Bahar alergiyasının səbəb olduğu xəstəliklər
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır
Xəstəlikləriniz haqda hər şeyi bilirsiniz?
Alça kampotu(foto resept)
Zidanın yeni iş yeri
Alpinistlər buz bağlamış şəlaləyə dırmşdılar
Harvard qatığın faydasını tapdı
İynə vurmaq üçün gəlin toydan qaçdı - FOTO
Keyt Middlton gözəlliyi ilə heyran etdi-FOTO
Azərbaycanda qaynana ilə gəlinin Facebook davası
Yağlı və quru saçlara qulluq
Can Yaman əsgərlik FOTOsunu paylaşdı
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 146 yeni yoluxma
Saatınızı yeniləyin
Ramazan ayının başlanması ilə bağlı fətva verildi
Telefonla oynayan uşaqlar təhlükədədir
Bir klassik: İnci
Gözəlliyin mənbəyi
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Cins geyim dəstləri
Məşhur "Cirque Du Soir" Bakıda
İraq - təhlükəyə addım-addım
May ayının qalibləri!
Azərbaycanda bələdiyyələrin statusu dəyişdirildi
Qurban bayramında geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
Yeni doğulan uşağın ağlamaması normal haldırmı?
Azərbaycanda seçki bülletenlərinin məntəqələrə çatdırılması başa çatıb
İnsanlardan inciməmək üçün nə edək?
Canlı yayımda dünyanın ən zəhərli ilanı sancdı - VİDEO
Azərbaycanda yeni zavod tikiləcək
Ayrılıq xəbəri yalan çıxdı
Kəbin kəsilərkən qızla oğlanın iştirakı da vacibdirmi?
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
Seda Sayandan etiraf
Duyğusal yemə ilə necə başa çıxmalı?
Hava haqqında
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
Nura Suri illər sonra DƏYİŞİB BELƏ OLDU - VİDEO
Bakı metrosunda hərarət yoxlayan avadanlıqlar quraşdırılacaq? - Açıqlama
Azərbaycana qar yağdı - FOTO
Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası
Sosial şəbəkələr haqda qanun olacaq?
Gün ərzində 12 dəqiqə məşq eləməklə...
Qadınlar üçün xüsusi icadlar
Kim? Harada? Necə?
Sağlam yemək buxarda bişir
Rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı















- ŞƏRHLƏR