
Məhz bu qəbildən olan İraqda baş verən son hadisələri, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının ölkənin bir sıra yaşayış məntəqələrini ələ keçirməsini, İraq ordusunun terrorçular qarşısında aciz qalaraq şəhərləri müqavimət göstərmədən tərk etməsini, kürd muxtariyyətinin terrorla mübarizədə daha aktiv və əzmli olmasını yaxında baş verəcək ciddi dəyişikliklərin siqnalı kimi dəyərləndirmək olar.
Konkret olaraq "İraq və Şam İslam Dövləti" (İŞİD) terror şəbəkəsinə qarşı mübarizəyə gəlincə isə, bunun bir o qədər də asan olmadığı gün kimi aydındır. Ən azından ona görə ki, dövləti və onun suverenliyini təhdid altına alan təşkilatın üzvləri ideoloji baxımdan yeknəsəq deyillər.
İŞİD-in tərkibinə gəlincə, burada İraq hökumətinin yürütdüyü siyasətdən narazı digər sünni qrupların - "Nəqşibəndi", "İnqilabçı Qəbilə Əsgərləri Birliyi" , "Mücahidlər ordusu" qruplaşmalarının və sabiq prezident Səddam Hüseyn zamanında hakim partiya olan, rejimin süqutundan sonra isə qadağan edilən BƏƏS-in (Ərəb Sosialist Partiyası) hərbçilərinin yer aldığını görmək olar.
İŞİD-ə qarşı cihad fətvaları
İŞİD-in aktivləşməsi, təşkilatın ölkədəki şiə müsəlmanları təhdid altına almasından sonra ölkənin tanınmış müctəhidlərindən olan ayətullahül-Üzma Seyyid Əli Hüseyni Sistani və iranlı ayətullah Nasir Məkarim Şirazi İraqdakı şiə müsəlmanlara İŞİD- ə qarşı cihad fətvası verdilər. Məhz bu fətvadan sonra İŞİD-ə qarşı şiə müsəlmanlardan ibarət "Milyoniyyə" (milyonluq) könüllü ordusu toplanmağa başladı.
Könüllü ordusunun isə İŞİD qarşısında aciz olan nizami ordunun yerini dolduracağı inandırıcı deyil. Ayətullahların ölkənin bütövlüyünü və şiə müsəlmanları qorumaq üçün verdiyi fətva əslində ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ən azından ona görə ki, Yaxın Şərqdə ən böyük cinayətlər, təəssüf ki, İslam və Allah adı ilə edilir. Digər bir tərəfdən isə, bu, İraqda onsuz da kritik olan məzhəblərarası (şiə-sünni) münasibətlərin alovlanmasına rəvac verəcək.
İraq - kürd muxtariyyəti münasibətləri
İŞİD-in İraqda yenidən gündəmə gəlməsi ilə ilk olaraq Bağdad və Ərbil (kürd muxtariyyətinin paytaxtı) münasibətlərində olan gərginlik öz pik həddinə çatdı.
Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani verdiyi açıqlamalarda baş verən hadisələrdə məhz baş nazir Nuri Əl Malikinin günahkar olduğunu bildirərək onu istefaya çağırdı.
Bərzani bununla yanaşı, artıq yeni dövrün başlandığını və kürd muxtariyyətinin müstəqilliyə hazır olduğunu bildirdi.
Kürd muxtariyyətinin Səddamın süqutundan sonra ən təhlükəsiz bölgə olması və iqtisadi baxımdan mərkəzi hökumətdən, demək olar ki, asılı olmaması Bərzaninin sözlərinin ciddi əhəmiyyət kəsb etdiyini düşünməyə əsas verir. Digər bir tərəfdən isə, Ərbilin İraqdan asılılığının ortadan qaldırılması üçün öz pul vahidi "Kuro" adlanan əskinasların çapına hazırlaşması da ciddi məqamlardan biridir.
Baş verənlərin fonunda mərkəzi hökumətdən fərqli olaraq kürd administrasiyasının İŞİD-ə qarşı ciddi mövqe nümayiş etdirməsi Ərbilin Bağdaddan daha möhkəm iradəyə malik olduğunun göstəricisidir və çətin ki, Ərbil qazandığı üstünlüyü əldən versin.
Bu gün Yaxın Şərqdə - Suriya və İraqda baş verən hadisələri izlədikdə tam əminliklə söyləmək olar ki, bu dövlətlər real görünən dəyişikliklərin aparıcı qüvvəsi deyil, tərkib hissəsi olmaqla üz-üzədir.
İraqın ehtimal edilən parçalanması isə sadəcə İraq üçün deyil, eyni zamanda qonşu dövlətlər, o cümlədən Küveyt üçün də real təhlükədir.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib
Sənət və estetika stresin dərmanı kimi
Sabah da qar və yağış yağacaq
Yeni Xiaomi smartfonları təqdim olundu
Qadın olmaq heç də asan deyil...
Meşədə yaşayan amerikalı ziyalılar
Nejat İşler Xocalı soyqırımı haqda: "Təcavüzləri, işgəncələri yazmağa ürəyim dözmədi"
Dində məcburiyyət yoxdur
36 saat çəkən evliliyindən danışdı
Tələbələrin təqaüdləri artırıldı
İngiliscə danışıqda lazım olan bəzi ifadələr (3-cü hissə)
Mobil telefon savadsızlığa qarşı
Burak Özçivit Yeni İmicdə-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Retro saç aksesuarları: yaylıq
Kanadada buz vurmuş bayram
Koronavirus testi pozitiv çıxan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ
Üzən evlər
Yerə nəhəng asteroid yaxınlaşır
Kris Qardnerin maraqlı həyatı
Vatsapdan YENİLİK
"Əsədin dişi aslanları"
Prezidentdən yeni fərman
95 yaşlı qazi koronavirusa qalib gəldi
Milyarderlərlə görüşən məşhurlar - FOTO
Tuba Büyüküstün Parisdə 7 milyonluq ev aldı-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Fərqli vaxtlarda eyni donu geyinən məşhurlar
İran kişiləri arvadlarının müdafiəsinə qalxır
Günün qoroskopu:Heç kəsi qəlbinizə buraxmayın!
Ramazan ayının 20-ci gününün imsak və iftar vaxtları
Çox ağıllı olmağa çalışmamaq daha yaxşıdır
Bakı məktəblərinin I sinfinə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı
Möhkəm və uzun dırnaqlar üçün
Yeni şəxsiyyət vəsiqəsi belədir
Sərnişinlər boru ilə daşınacaq
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
İş yerlərini dəyişmək istəyən müəllimlər üçün bir ilk
Con Kerri Gürcüstandadır
Salma Hayek ailəsindən danışdı-FOTO
"Gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək"
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
HAVA necə olacaq?
Günün ulduz falı - 21.08.2013
Hər birimiz bir çiçək...
Cəbhənin Goranboy istiqamətində diversiya cəhdi: Erməni komandir əsir götürüldü
Gözəllik maskaları necə hazrlanır?
NASA kosmik turizmə başlayır
Xülyalarla yaşayan zavallılar
Tər qoxusunun qarşısını necə almalı?














