Yeni Zelandiyadan olan evli cütlük Böyük Britaniyada yerli qeydiyyat orqanları ilə qarşıdurmadan sonra övladlarına Lüsifer adını vermək hüququnu müdafiə edə biliblər.
Qadin.Net bildirir ki, bu barədə “The Sun” nəşri xəbər verib.
Məlumata görə, Den və Mendi Şeldon koronavirus pandemiyasına görə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Çesterfilddə yenidən açılan qeydiyyat idarəsinə baş çəkərək, dörd aylıq övladlarını qeydiyyatdan keçirmək istəyiblər. Ancaq uşaqları üçün seçdikləri ada görə cütlüyə nifrətlə baxan məmurun müqaviməti ilə üzləşiblər.
“O, oğlumun heç vaxt iş tapa bilməyəcəyini, müəllimlərin ona dərs demək istəməyəcəyini söylədi, həmçinin Yeni Zelandiyada uşağa belə ad qoymağın qanunsuz olduğunu dedi. Məmur başqa ad qoymağımızı, Lüsifer kimi isə öz aramızda çağırmağımızı təklif etdi”, - valideyn Den bildirib.
Den məmura ailəsinin dindar olmadığını və yunan dilindən tərcümədə “Lüsifer” adının “nur gətirən” mənasını verdiyini izah etməyə çalışıb, ancaq cütlükdən ofisi tərk etməsi istənilib.
Cütlüyün şikayətindən sonra Derbişir qraflığı şurası onlardan üzr istəyib və qeydiyyat şöbəsində oturanların işinin ad seçərkən tövsiyə vermək olduğunu deyib. Onların sözlərinə görə, bəzən valideynlər uşağa qoymaq istədikləri adın mənasından xəbərsiz ola bilərlər.
Məmur bir müddətdən sonra uşağı rəsmi olaraq “Lüsifer Şeldon” olaraq qeydiyyatdan keçirməyə məcbur olub.
Qeyd edək ki, Yeni Zelandiyada valideynlər uşağı üçün istənilən adı qoya bilər, ancaq uşağın gələcək rifahına təsir edə biləcək, lağ və ya gülüş hədəfinə çevirəcək seçimlər zamanı hökumət işə qarışır.
Lüsifer adı 2013-cü ildə Yeni Zelandiyada qadağan olunmuş adlar siyahısına daxil edilib. Bibliya mifologiyasında bu ad İblisin ləqəblərindən biri sayılır.

[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Göründüyü kimi çıxmayan sifarişlər
Bakıda Azarkeşlər Evi açıldı
Boşanıb dünyanın ən varlı üçüncü qadını oldu
Qara noqtələrə son
Ev üsulu rollı (foto resept)
Bədən quruluşuna görə geyinməyin sirri
Kim? Harada? Necə?
Günün qoroskopu: kifayət qədər çətin gündür
HAVA necə olacaq?
Bəy-gəlin maska taxacaq - TOYLARLA BAĞLI YENİ QAYDALAR
Azərbaycanda əmək haqları artacaq
Dinarın dünyaya gəlişi
Sevin bir-birinizi...
Cim Kerri ABŞ-ın yeni Co Baydeni olacaq
Proqnoz: gələn il güclü zəlzələlər olacaq
Alla Puqaçovanın növbəti əməliyyat istəyi ürəyində qaldı
Xalq təbabəti ilə soyuqdəymədən xilas olaq
Banka hücum etdi: Pulları oğurlamağı unutdu – VİDEO
Geyim nümunələri
Şəhid ailələri və əlillərə ev verildi
İtaliyada zəlzələ baş verib
Sağlam olmaq üçün faydalı qidalar
Yaşıl lobya salatı(foto resept)
Mobil telefonunuz enerji yığarkən diqqət!
Heydər Əliyevin vəfatından 13 il ötür
13-ü, cümə: xurafat, yoxsa mistika?
"iPhone" 6-nın Azərbaycandakı qiyməti
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Bu xanımlar yeni kraliçalardır
Sahib olmağımız lazım olan 4 dost modeli
Birləşərək sağlamlıq saçan qidalar
Sinoptiklərdən xəbərdarlıq: hava çönəcək
Pəhrizdə olarkən bunları etməyin!
Sabah bu kəndlərdə qaz olmayacaq
Klaç çanta modelləri
Moda saytı 20 milyon dollar investisiya aldı
Həm güldürən, həm də ağladan filmlər
Papalar ilk dəfə təbrikləşdilər
Gəlin tacı modelləri
Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanın Lahor şəhərindəki kimsəsizlər evində humanitar tədbir keçirilib
İrem yeni imici ilə hər kəsi təəccübləndirdi-FOTO
Nazirlik əhaliyə XƏBƏRDARLIQ etdi - Antisiklon gəlir
Bəhram Bağırzadənin hazırkı vəziyyəti ilə bağlı AÇIQLAMA
DİN: 21:00-dan sonra yaşayış ünvanı tərk edilməməlidir
Rayonlara gediş-gəliş açılır - RƏSMİ
"Stilist WOM-MAN" - Qalib SEÇİLDİ!
Əfsanəvi futbolçu klub sahibi oldu
Dünya bu xəbərlə sevindi
Fransız qadınlarının gözəllik trendləri
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI














