Dünya əhalisinin çox hissəsi inanır ki, ayın və həftənin bu günlərinin bir-birinə təsadüf etməsi bədlik, uğursuzluq gətirir. Ta qədimdən ayın 13-cü gününün cüməyə təsadüf etməsi mistik məna daşıyıb. Bu günün mistik cazibəsi insanlara bu gün də rahatlıq vermir. Elm adamları isə bunu xurafat əlaməti sayırlar.Həmin xurafatçı inanclara görə, ayın 13-ü cüməyə təsadüf edəndə qaniçənlər, əcinnələr və sair şeytani qüvvələr bir yerə yığışır, demonik toplantı, şabaş keçirirlər. Gecə yarısı olanda isə onlar dəhşətli əməllər törədirlər.Bu xurafata inamın güclü olmasına görə keçmişdə ayın 13-ü cüməyə düşəndə toy etməzmişlər, gəmilər limanlardan ayrılmazmış, heç bir saziş bağlanmazmış. Hətta insanlar çalışarmışlar ki, evdən bayıra çıxmasınlar.Bəzi versiyalara görə, “13-ü, cümə”nin nəhs gün sayılması İsa peyğəmbərlə bağlıdır. Onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Üstəlik, peyğəmbəri satan mürid İuda gizli gecədə keçirilən toplantıda 13-cü iştirakçı olub.
Qədim romalılar və yunanlar da 13 rəqəmindən qaçaq olublar. Onlar da hesab edirmişlər ki, bu gün uğursuzluq gətirir.
İngiltərədə hələ də cümə günü dənizə çıxmırlar, həmin gün ayın 13-dürsə, mütləq səfəri təxirə salmaq üçün bəhanə tapırlar.
XVIII əsrdə bu xurafat o qədər güclənib ki, ingilis hökuməti onu darmadağın etmək qərarına gəlib. Bu məqsədlə “Cümə” adlı gəmi hazırlanıb və həmin gəmi tərsanədən suya məhz cümə günü buraxılıb. Amma gəminin sonrakı taleyi məlum xurafatı daha da gücləndirib. Cümə günü ilk reysinə çıxan “Cümə” ekipajı ilə birlikdə itkin düşüb və tapılmayıb.
Dənizçilərdən başqa, ingilis cərrahları da “13-ü, cümə”dən qorxurlar və həmin günə təyin olunmuş əməliyyatları təxirə salırlar ki, uğursuzluqla qarşılaşmasınlar.Yeri gəlmişkən, İngiltərədə kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, hətta qarşısına yemək-içmək də qoyurlar.
Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərinin təyyarələrində 13 saylı kreslo qoyulmur.
Portuqaliya və İspaniyada isə əksinə, həftənin 5-ci gününü dənizə çıxmaq üçün ən uğurlu gün sayırlar. Çünki Xristofor Kolumb Amerikanı cümə günü kəşf edib. Yəqin ki, müasir hindular üçün bu, tarixin ən nəhs, ən uğursuz günüdür. Ona görə ki, məhz o gündən başlayaraq onların rahatlığı pozulub, qətliama, deportasiyaya, rezervuarlarda yaşamağa məcbur olublar.
Sözsüz ki, bunlar hamısı xurafatdır. Ancaq elə insanlar var ki, doğrudan da bu cür şeylərə diqqətlə yanaşırlar. Həmin günlərə vacib işlərini salmırlar, ayaqlarının altına baxırlar, tikintilərin yanından keçmirlər və KİV-də mümkün qəzalar barədə məlumat əldə edirlər. Həmin günə toy təyin etməkdən ümumiyyətlə söhbət gedə bilməz.
Beləliklə, bu gün cümə günü, ayın 13-dür. Bu təqvim sizin üçün bir məna kəsb edirmi?
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Ordumuz böyük məharətlə və peşəkarlıqla əks-hücum əməliyyatı keçirdi, düşməni yerinə oturtdu"
Gözəl sinə üçün yoqa (Fotolarla)
Evdə tərxun limonadı (foto resept)
Azərbaycanın bir rayonu bu gün qazsız qalacaq
Fındıqlı piroq (foto resept)
“TikTok”dan 5 milyon dollar qazanan 19 yaşlı qız kimdir? - ADLAR
Mal ətinin ardınca toyuq əti də bahalaşdı
Qadınların istifadə etdiyi 9 təhlükəli cümlə
Aktrisa çəkiliş meydançasında yandı_FOTO
Dəb lüğəti (2-ci hissə)
Yalançıların 5 xüsusiyyəti
2075-ci ildə bəşəriyyət məhv ola bilır
Dünyanın ən bahalı qadını
Bahar yorğunluğundan necə qurtulmalı?
Ərdən icazə almaq qaydası
Oğuzda maraqlı hadisə: İnək əməliyyat olundu - VİDEO
Qeyri-adi vanna otağı aksesuarları
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Bədən yaşınızı hesablayın… TEST
“İstanbullu gəlin”in yeni mövsümünün ilk fraqmanı-VİDEO
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
BÜRCLƏR bizə nə vəd edir? -28 MAY
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Hər bir işdə bir xeyir varmış
8 ildə 150 minlik əməliyyat etdirdi-NƏTİCƏDƏ -FOTO
Yas qadağası üçün qanun qəbul ediləcək
Anar Eyvazov: Məğlubiyyətə məhkum edilmiş Ermənistan çıxış yolunu yenə də səhv istiqamətdə görür
İlin ən yaxşı fotoillüziyaları
Nə üçün?
Səhər yürüyüşlərinin sağlamlığa 4 faydası
Tağı Əhmədov: В«Bakı Metropoliteni Sumqayıta metro xətti çəkməyəcəkВ»
Şokoladlı blinçik (foto resept)
"Bakı metropoliteni"ndə İLK - FOTO
Facebook-un bu gün "axsaması"nın səbəbi bilindi
Prezident İlham Əliyev fərman imzaladı
Ermənilər rusları aldadır
"Miss Brazil-2019" seçildi-FOTO
Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı RƏSMİ AÇLQLAMA
Buraxılış imtahanları təxirə salındı
Castin Timberleyk Ekranlara qayıdır-FOTO
Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Timati ikinci dəfə ata olacaq-FOTO
Qəhvəli, giləmeyvəli piroq (foto resept)
Yeni doğulan körpə görənləri şoka saldı
Serenay Sarıkayaya QADAДћA
Sabahın HAVAsı
Bakı sakinlərini vəlvələyə salan nə idi?
Sabah yağış gözlənilir - PROQNOZ