Qadin.NET / Divanə Dünyası

Divanə Dünyası

 

Divanə Dünyası 

Unutmaz məni

Sənin yaddaşına sığınmaz ürək

Bu dəli məhəbbət unutmaz məni

Mən ona bir ömür həmdəm olmuşam

Nə hicran nə həsrət unutmaz məni


İlin də günün də özünə qalsın

Sənin ədalətin ayrılıq salsın

Qoy mənim yerimi özgələr alsın

O xəyal səadət unutmaz məni


Gözümü dikdiyim yollar nişanım

Küləkdə xəzanlar xatirəm olsun

Qəlbimdə əbədi sənli cahanım,

Yenilməz sədaqət unutmaz məni


Bir sükut baxışlı kədərəm qəməm

Sənsiz bu qismətə dumanam qəməm

Sənin yoxluğunu var edən mənəm

O əziz həqiqət unutmaz məni


Dönə bilmərik

Daha bu xəyalın sonuna gəldik

Nə qədər güclüdür Əli həsrətin

Nə geci nə tezi... yoluna geldik!

Boylansaq, keçmişi görə bilmərik

O qədər uzaqdı dönə bilmərik


Mənim əllərimdən qopubdu əli

Sənin gözlərindən düsüb itməli

Bu sevgi ölməli vallah ölməli

Bir ömür bir qismət bölə bilmərik

Nə etsək geriyə dönə bilmərik


Çətin bu ömürdə bir sevinc dinə

Əriyir hər gün də hər il də belə

Əcəlin küləyi əsməyib hələ

Bu ayrı ömürdə sönə bilmərik

İtirdik itirdik dönə bilmərik


Sənsizlik gözəldi min bir gözəldən

Divanə dünyadı, şer qəzəldən

İnsanın ürəyi daşdı əzəldən

Bu qədər kədərlə ölə bilmərik

Zamana köləyik dönə bilmərik


Səni mənim kimi sevənin hanı?!

Ürəyin axtarıb gəzərsə məni

Bölüşmək istəsə qəlbin bu qəmi

Bil səni gözləyir ürək həmdəmi

Dəmənsiz can verib ölənin hanı?!

Səni mənim kimi sevənin hani?!


Sevgimdən ucaldın uca dağ oldun

Çox bahar tükənib sən yarpaq oldun

Ötəri duyğuda səs sorağ oldun

Sən mənim zirvəmsən deyənin hanı?

Səni mənim kimi sevənin hanı?!


Uzaqda qırılıb sınar inamım

Daha tükənibdir yoxdur gümanım

Sən ayri dünyaydın ayrı cahanım

Bir ayri aləmi bilənin hanı?!

Səni mənim kimi sevənin hanı?!


Gəl yenə zülm eylə bu sevən cana

Bir ömür verərəm bir sənli ana

Dünya bir yanadır sən də bir yana

Ömürdə tək səni seçənin hanı?!

Səni mənim kimi sevənin hanı?!


Sən gələn yolların küləyi oldum

Havası, torpağı şimşəyi oldum

Ömrünün divanə ürəyi oldum

Yoluna əbədi köçənin hanı?!

Səni mənim kimi sevənin hanı?!

Divanə Dünyası 

 
 
 


                                                                                      Müəllif: Divanə

24 sentyabr 2010
GO BACK