Bu vaxtsız sevginin əcəli yetdi,
Buydu qismətimiz ya tez, ya da gec.
Hərə öz dərdini apardə getdi,
Bəs niyə dərdimiz azalmadı heç?
Dünya dağılmadı biz ayrılanda,
Göylər biraz yağış çilədi ancaq.
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq...
Rahatlıq dilədin ev eşiyimə,
körpəmin beşiyinə,
Nəvəsi dizi üstə çixan
atama - anama da.
Bir vaxt səndən öncə rastıma çixan,
Səni məndən alan qadınıma da...
İstədim son dəfə basım bağrıma,
Dedin "nəyə lazım, yox yaxşı deyil."
Ağladın dedim ki, "kiri, ağlama"
Dedin ki, "yağışdı, göz yaşım deyil."
Bu görüş sonuncu görüşdü daha,
"Bu gün ayrılırıq" deyib gəlmişdin.
Bəs niyə mənimlə son ayrılığa,
Ən gözəl donunu geyib gəlmişdin?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum, bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda,
Gözəl qalmaq idi arzun, bilmirəm...
Bir sevgi yarımçıq qırıldı o gün,
Yağış da kəsildi, bulud da getdi.
Bir qızla, bir kişi ayrıldı o gün,
Hərəsi bir yana üz tutub getdi.
O qızdan gözəl qız tapılmaz daha,
Daha o kişidən igidi yoxdur.
Amma bu dünyada xoşbəxt olmağa,
Daha heç birinin ümidi yoxdur...
Ramiz Rövşən
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (3)
Dilinizə yalan gəlməsin
Azyaşlı uşaq valideynlərinə ŞAD XƏBƏR
Ayaqları incəldən corab
Ziyafət üçün qısa donlar
Uşaqlar niyə açıq havada oynamalıdır?
"O Səs Türkiyə" tarixində BİR İLK - Çempion
Boşanma səbəbi məlum oldu-XƏYANƏT
Buz bağlamış Venesiya - FOTOSESSİYA
Yas mərasimində qovurma bişirsək, yaxşı olar, yoxsa aş?
HAVA necə olacaq?
Facebook-dan Türkiyəyə qarşı səhv addım
Maksim Şevçenko media maqnatı Aram Qabrelyanovun ittihamlarına cavab verdi - VİDEO
Günün qoroskopu: bacarıq və biliklərinizdən yararlanın
ÜST-dən koronavirusla bağlı yeni AÇIQLAMA
Kakaolu gecə maskası
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Milli Qəhrəman Namiq Allahverdiyev
Sneyder: "Narahatam"
Mətbəx üçün praktik məsləhətlər
Kür çayı dondu
Bakıda 288 yeni duracaq yaradılacaq
Bakı İslam Universitetinə qəbul qaydaları DƏYİŞDİ
Almaniya mətbuatı Heydər Əliyev Fondunun Hamburqda təşkil etdiyi tədbirlərdən yazır
Fərqliliyə varmısınız?
Yağ yandıran detoks çayı
Günün ulduz falı - 14.03.2014
İsrail yenidən aviazərbələrə başladı
Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI
Hava haqqında - 26.10.2013
Köhnə mebellərinizi atmayın
Ermənilər Çində də "kök" salmaq istəyirlər
Mütəxəssislər: Bu oyuncaqlar uşaqlar üçün ZİYANLIDIR
Şorba içməklə arıqlayın
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi qaydaları dəyişdi
İsraildə səfərbərlik elan olundu
İraq Ordusu daha bir şəhəri İŞİD-dən geri aldı
Gələn həftə Gəncə və Sumqayıtda da seroloji testlərə başlanılacaq
Bir ildə Azərbaycanda 27 892 abort qeydə alınıb
Bakı Şərqlə Qərbin qapısı sayılır
Noxudlu tərəvəz yeməyi (foto-resept)
Kəşf etməyi sevənlər üçün sənədli filmlər
Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yenilənmiş Hyundai Veloster
1 saatda 34 iPhone
Şeyma Subaşı sevgilisi ilə BARIŞDI
Temperatur 0 dərəcəyə düşəcək
Yaş həddi artırıldı - 68
Kəlbəcər rayonunun işğalından 25 il ötür!
24 yaşlı qız məşhur yazıçıları kölgədə qoydu














