Qadın ürəyi
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
...Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.
Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.
Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdənE
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın ürəyi.
Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!
Tofiq Bayram
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İnstaqram Madonnaya qadağa qoydu
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qüvvəyə mindi
Görüntülü zəngdə fərqli görünmək istəyirsiniz?
Toreador döyüşlərinə qarşı qeyri-adi etiraz
Ziynet Sali JLo-dan danışdı tənqid olundu-FOTO
Krediti ödəməyənin cəzası nədir?
Azərbaycan kuboku 1/8 final: "Qarabağ" AZAL-a qarşı
Şahzadənin sevinci ürəyində qaldı-FOTO
İlkin təəssürat: inanaq, ya yox?
71 yaşlı Ajda Pekkan ana olmaq istəyir
Oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO
Bu xanım Türkiyənin “first lady”si olmağa hazırlaşır
"Maşa və Ayı" tortu (foto resept)
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Sakitləşdirən və xoşbəxtlik verən 5 ətir
Saç rənginizi nə müəyyənləşdirir
Ölkədə ictimai nəqliyyatın qiyməti bahalaşır? – AÇIQLAMA
HAVA necə olacaq?- 30 APREL
Rusiya Ermənistanı qlobal naviqasiya sistemi QLONASS-a qoşur
"WhatsApp"dan çoxlarının işinə yarayacaq yenilik
Günün ulduz falı
Filmlər haqqında bilmədiyiniz faktlar(1)
TQDK vaxtı uzatdı
Ordumuz itki verməyib
Uşaqların sağlamlığı üçün 10 qida
Murat Bozdan 4 milyonluq investisiya - FOTO
2018-ci ildə ən çox qazanan aktyorlar
Ən təhlükəli tətil əraziləri
Məşhur modeldən şok ETİRAF-FOTO
Toy çantaları
Günün qoroskopu:Səbrli olun!
AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı
Bəs yatmasaq necə olar?
"Yelbeyin qutu" uşaqlara nələr edir?
Prezidenti ATƏT sədri ilə görüşdü
Günəş vitamini
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeni ağaclar əkildi
51 yaşlı modelin gənclik sirri bəlli oldu-FOTO
Mehriban xanım və qızları Psixonevroloji Mərkəzdə - FOTO
Boksçularımız 14 medalla birinci oldu
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Fabletlər sürətlə populyarlaşır
İmkansız tələbələrə xoş xəbər
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
"The" artiklının yer bildirən isimlərlə işlənməsi
Kobra çəkək
Təhsil nazirindən şagirdlərə qadağa
Xərçəngin qarşısını alan qidalar
Ebru Şallı onu təhqir edənin kim olduğunu dedi
Bu çanta ev qiymətindədir














