Bir az əvvəl təmtəraqlı ad günü ziyafəti başa çatmış, qonaqlar hamısı çıxıb getmişdi.Bu il də ad gününü qəriblikdə qeyd etdi. Bura gəldiyi beş il olardı.Beş ildə yaşadıqları onu daxilən yaşlandırmışdı.Sanki bir insanın ömür boyu yaşaya biləcəyi hər şeyi yaşamış, görmüşdü,-fərqi yoxdur pis, ya yaxşı.Həyatın hər üzünü gördüyü üçün artıq onunçün yaşamanın da elə bir mənası qalmamışdı.Adətən hər il yeni yaşa dolanda ağlımızdan nələr keçir?:-“Ehh, bir il də qocaldıq.Ölümə bir az daha yaxınlaşdıq.Bu yaşadək nələr itirdik, nələr qazandıq?”-Yox, Günay itirdikləri haqda düşünmək belə istəmirdi.Onun özünə məxsus nəyi qalmışdı ki?İndiki adı belə özününkü deyildi..Bəzən də ad günlərimizdə özümüzə belə təsəlli edərik:-“Nə olsun ki, biz yaşlanırıq, övladımız ki, böyüyür.Bizim gerçəkləşməyən arzularımızı onlar həyata keçirər.Bundan sonrakı ömrümüzü həm də onlar üçün yaşamalıyıq”..Bəs Günay kim üçün yaşayacaqdı?Axı onun canı-ciyəri, yeganə əziz balası yanında deyildi.Ondan çoxdan uzaqlaşmışdı.Hələ bura gəlmədən də çox əvvəl..
Bu gün 28 yaşı tamam olurdu Günayın.Zahirən gənc və çox gözəl, daxilənsə yaşı yüzü keçmiş Günayın..Əvvəlki ad günlərindən fərqli olaraq üzü gülmür, dərin kədər içindəydi.Oktyabr ayı olsa da burada havalar isti idi.Görəsən indi vətəndə havalar necədir?Yəqin ki, çiskinli, küləkli bir payız günüdür oralarda.Payızı çox sevərdi.Yağış yağanda pəncərənin qarşısında əyləşib xəyala dalmaqdan zövq alardı.Uşaqlıqda isə yağış yağmağa başlayan kimi tez həyətə qaçar,–onlar həyət evində yaşayırdılar-qollarını yana açar, üzünü yağışa tutub mahnı oxuyardı.İçinə səbəbsiz sevinc hissi dolardı yağışlı günlərdə..Ehh, o günləri geri qaytarmaq üçün indi nələr etməzdi?
Yandırılmamış ağ, iri şamlardan birini götürüb yandırdı.Otaqdakı pəncərələrin pərdələrini çəkib işığı da söndürdü.Yox, o heç kəsi gözləmirdi.Bu “romantik” axşamda o özüylə tək qalmaq istəyirdi.İllərdən bəri unutmağa çalışdığı keçmişinə qayıtmaq, xatirələri beynində yenidən canlandırmaq, o illərə-özünə dönmək üçün tək qalmalıydı.İşıqları da ona görə söndürdü ki, ətrafında heç nə onun fikrini yayındırmasın.Axı bu otaqda, bu mənzildə heç nə, bir əşya belə onun keçmişiylə bağlı deyildi.Elə bir şey, hətta şəkil də yox idi ki, ona baxanda unutmaq istədiyi o illərini, vətəni xatırlatsın.Burda hər şey ona yaddır.Hətta adı belə özünün deyildi.Bir neçə ildir hamı onu “Monika” deyə çağırır.Sarışın, mavi gözlü olduğundan avroplalı qızlara daha çox bənzəyirdi. Həm də axı burda heç kəs öz əsl adıyla çağırılmırdı.Ən çox istifadə edilən ləqəblər sırasına-“Monika”, “Maşa”, “Roza”, “Natella”, Azərbaycandan gələnlərə verilənlər adlar içindəsə “Ayka”, “Aynur”, “Gülü” və s. adlar üstünlük təşkil edirdi.Onsuz da hansısa başqa bir adla da olsa çağıracaqdılar onu.”Monika” adını özü də bəyənmışdi.Nə vaxtsa, hələ vətəndə olanda izlədiyi və sevdiyi bir serial qəhrəmanının adı olduğuna görə.Rəfiqəsi, Ukraynadan keçən il gətirilən Lyudmila-indi “Maşa” olmuşdu.Gürcüstandan olan, milləti azəri Esmira-“Roza”, həmyerlisi Sona isə-“Ayka” idi.Bu qızların içində ən gözəli “Monika”-yəni Günay idi.Ona bura gəldiyi ilk vaxtlarda “Azəri gözəli” deyiləndə qəti etiraz etmişdi:-”Mən indi Monikayam.Məni daha Azərbaycanla heç nə bağlamır.”O özünü vətənin adına belə layiq bilmədiyi üçün etiraz etmiş, bu adı daşımaq istəməmişdi...
Ən qəribəsi də bu idi,-nədənsə Günay bura gələndən heç yuxu da görmürdü.Görəsən bu, Allahın ona verdiyi bir cəza növü idimi?Əzizlərini,-vətəndə olarkən özünə yaxın buraxmadığı əzizlərini yuxuda belə görməyi ona çox görmüşdü.Bəs nə gözləyirdi?Etdiklərinə qarşılıq olaraq mükafatmı verməliydi ona Allah?Əvvəllər taleyini qarğayar, baş verənlərdə özünü o qədər də günahkar saymazdı.Bəs indi dəyişən nədir?Yoxsa peşman olub?Vətənlə bağl,ı- onun saf, məsum uşaqlıq illərilə bağlı illəri yada salmağı xoşlamazdı.O illər, xoş xatirələr qəfil yada düşəndəsə fikrini nə iləsə tez dağıtmağa çalışardı.İndisə vəziyyət başqadır.İçində o günlərə xəyalən də olsa qayıtmaq, xatirələri yenidən beynində canlandırmaq ehtiyacı duydu.Həm də lap başdan.On iki-on üç il əvvəlki mələk kimi saf Günkadan (ailə üzvləri və sinif yoldaşları onu belə çağırardılar) başlayıb indiki vəziyyətə düşməyinə, Monikaya çevrilməsinədək hər şeyi,-bütün xırdalıqlarınadək xatırlamağa çalışdı..
...Ata-anasının ilki, onların sevimli qızı olan Günayın həyatının ən xoş, qayğısız illəri elə uşaqlıq illəri olmuşdu.Çox mehriban, şən, həyatsevər, enerjili, bir yerdə dayana bilməyən, böyük arzularla yaşayan bu qızcığaz məktəbdə dərs əlaçısı olmaqla kifayətlənməyib dərsdən sonra dərzilik dərnəyinə və karate üzrə idman məşqlərinə də gedərdi.Həftənin bütün günləri dərsdən sonra məktəbdə qalar, ya dərnəkdə, ya məşqlərdə olurdı.Dərnək müəllimi Səlimə müəllimə onun gələcəkdə isdedadlı modelyer ola biləcəyini deyirdi.Karate müəllimi Elxan müəllimsə düşünürdü ki, o bu sənətin arxasınca getsə Azərbaycanın bayrağını yüksəklərə qaldıra bilər.Buna çox inanırdı.Bir sözlə bütün müəllimləri-həm fənn müəllimləri, eyni zamanda məşğələ müəllimləri onun parlaq gələcəyinə çox inanırdılar.Günayın özü isə model olmaq arzusundaydı.Dərzilik və idman məşqləri onun hobbisi idi.Gələcək arzusuna çatanda ona lazım olacaqdı.Həmişə formada qalmaq və lazım gələrsə özünü müdafiə etmək üçün məşqlərə, gələcəkdə məşhur olanda, -o buna o qədər əmin idi ki-özünə qeyri-adi, başqalarında olmayan geyimlər tikmək üçün dərziliyə yazılmışdı.
Məşqdən gəlib yeməyini yeyəndən sonra anasına ev işlərində kömək edər, daha sonra sabahkı ev tapşırıqlarını həll edərdi.Hələ kiçik qardaşı Orxanla oynamağa da vaxt tapardı.On beş yaşınadək həyatı bu qaydayla davam etdi.Xoşbəxt ailənin sevimli qızı olaraq..Atası Kərim kişinin iş yerində-zavodda iş qəzası nəticəsində qəfil, faciəli ölümünədək hər şey öz yolunda idi.Bu qəfil ölüm onların həyatında hər şeyi dəyişdi.Atasına həddindən artıq bağlı olan Günay üçünsə daha həyatın mənası qalmamışdı.Məktəbdən soyumuş, dərnəyi, məşqləri buraxmış, gələcəklə bağlı bütün arzuları ilə vidalaşmışdı.Əslində Günay o qədər də iradəsiz deyildi.Atasının ölümünü hələ qəbul edə bilməyən, bunun şokundan çıxmayan qızcığazı sakitləşdirmək əvəzinə qohumların, xüsusən də ata tərəfdən olan qohumlarının onun üstünə çox gəlməsi, Günayı ərə verməyə çalışmaları onu depresiyadan çıxmamış daha da özünə qapalı etmişdi.Günay çox gözəl olduğu üçün hələ atasının sağlığında ona elçi düşənlər az deyildi.Valieynləri:”Qızımız uşaqdır hələ.Nə yaşı var ki.Hələ oxuyacaq.Seçimini də özü edəcək.”-deyib elçiləri yola salardılar.Atasının ölümündənn sonra da gəlməkdə davam edən elçilərə anası daha əvvəlki kimi qəti “Yox!” cavabı vermirdi.”Fikirləşərik, cavabımızı sonra deyərik” deyib qızının bir az da böyüməsini, heç olmasa orta məktəbi bitirməsini gözləyirdi.Onların getdikcə daha da pisləşən maddi vəziyyətini görən böyük bibisi Səlimənin təzyiqilə anası Gülnaz gələn elçilərdən birinə “Hə” cavabı verdi.Günayın fikrini belə soruşmadan.Bir həftə içində həm elçilik, həm nişan oldu.Əslində onunçün indi heç nəyin fərqi yox idi.Gözündə hər şey öz mənasını çoxdan itirmişdi.Atasıyla bərabər həyatının marağı da getmişdi.
Nişanlısı Ceyhun çox qısqanc, hər şeydən şübhələnən və kobud birisi idi.Günaydan altı yaş böyük idi.Nişandan heç bir həftə keçməmiş tələbləri, qadağaları başladı:-“Məktəbə daha getməyəcəksən”, “Telefonla çox danışma” və s.Günayın mobil telefonu onsuz da yox idi.Ev telefonuna gələn zənglərə də o cavab verə bilməzdi.
Bir il əvvəlki arzularla dolu, xoşbəxt gələcəyə çox inamla baxan Günaydan indi bir əsər qalmamışdı.Həmişə hər yerdə öndə olan, ümidsizə ümid verən, nikbinliyi ilə, fəallığı ilə seçilən, müstəqil fikirli Günayın taleyini indi başqaları həll edirdi.Bibisi Səlimənin təkidi ilə nişanlandığı Ceyhun zahirən yaraşıqlı olsa da onunla xoşbəxt olacağına ilk gündən inanmırdı.Gələcəyin bədbəxt Günayını xəyalında canlandırdıqca indidən öz taleyinə acıyırdı.Atasının vəfatından sonra onların evində “ağalıq” edən, guya onların yaxşılığı üçün çalışan, əslindəsə onları daim nəzarətdə saxlayıb idarə edən Səlimə demək olar hər həftənin iki günü onlarda olurdu.Günay nişanlısıyla yeməyə gedəndə də onlarla gedirdi.Qızı tək buraxmamaq adıyla çıxsa da məqsədi özünü indidən gözə soxmaq, Günaygilin ailəsində əsas adam olduğunu göstərmək idi.Ceyhun hər nə qədər qısqanc, kobud olsa da səxavətli idi.Bayram olub-olmamasından asılı olmayaraq Günaya tez-tez hədiyyələr alardı.Səlimə daha çox buna görə onları tək buraxmırdı.Ceyhun bazarlıq edəndə özünə də nəsə aldırmaq üçün.Heç o özü aldırmasaydı belə Ceyhun Günaya nəsə alanda onu da unutmurdu.Bir sözlə çox hiyləgər və ətrafında hər kəsdən istifadə etməyi bacaran bir tip idi bu Səlimə.
Həmişəki kimi Gülnaz işdə, Orxan məktəbdə, Günaysa evdə tək idi.Gülnazın evdə olmadığını bilə-bilə bu vaxt, səhər açılan kimi gəlib yenə.Görünür bu dəfə Günaya görə gəlib. Bir az ordan burdan danışıb evə göz gəzdirəndən sonra üzünü Günaya tutdu:
-Qızım, Günay, sənə bir işim düşüb.-Mülayim, bir az da kövrəlmiş səslə dedi.Adəti idi, kiməsə işi düşəndə rola girməyi yaxşı bacarırdı.
–Nəsə olub, Səlimə bibi?
-Amma gərək söz verəsən ki, indi sənə deyəcəklərim aramızda qalacaq.
–Heç anama da deməyim?
-Yox, sonra nə vaxtsa özüm deyərəm.İndi bilməsin.
-Axı nə olub?
-Mənə pul lazımdır.Girovçün qızıl istəyirlər.Mənim qızıllarım qalmayıb.Hamsını satmışıq.
-Elə anam da sizin kimi.Atamdan sonra bütün qızıllarını satdı.Eyni vəziyyətdəyik biz də.Sizə necə kömək edə bilərəm, Səlimə bibi?
Səlimə hiyləgər olduğu qədər də acgöz və eoqist idi.Rəhmətə getmiş qardaşının ailəsinə köməklik etməməsi bir yana, hələ onlardan da nəsə umması ən aşağı hərəkət idi.Elə Günaygilin qonşuları da bu səbəbdən onunla salamlaşmırdılar.Gülnaza da məsləhət görmüşdülər ki, xoşluqla onu başından etsin.Dilsiz-ağısız fağır Gülnazsa bunu bacarmırdı.Buna görə də onun evində hələ də baldızı hökmranlıq edirdi.Görəsən indi nə kələyi vardı bunun?
-Üzüyünü ver mənə, bir aya qaytaracam.
-Satacaqsız üzüyümü?Axı bu mənim nişan üzüyümdür.Həm də Ceyhun bərk-bərk tapşırıb ki, üzüyü barmağımdan çıxarmayım.
-Ay qız, narahat olma.Nə satmaq?Satmayacam.Borc əvəzində girov qoyacam.Bir aydan sonra borcu qaytaran kimi üzüyünü də geri alacam.
Günayı razı salanadək bir xeyli dil tökən Səlimə nəhayət bir neçə brilyant qaşı olan nişan üzüyünü ondan ala bildi..
...İki ay keçsə də üzükdən hələ xəbər-ətər yox idi.”Bu həftə alacam”, “Bu qədər gözləmisən, bir-iki gün də gözlə” deyə-deyə günləri yola verən bibinin deyəsən üzüyü qaytarmaq fikri deyəsən yox idi.Növbəti görüşlərin birində Ceyhun Günayın barmağında nişan üzüyünü görməyib qəzəblə soruşdu:
-Hanı üzüyün?Sənə deməmişəm üzüyü barmağından çıxarma?Nışanlı qızın üzüyü həmişə barmağında olmalıdır.Yoxsa onun nişanlı olduğunu hardan bilsinlər?Bəlkə özünü subay, sərbəst göstərməkdi niyyətin?
Günay bu sualı çoxdan gözləsə yenə də özünü itirdi.Nə deyəcəyini bilmədi:
-Üzüyü...itirmişəm..-güclə deyə bildi.İlk dəfə yalan danışdığı üçün qızardı.Gözlərini gizlətməyə çalışdı.Bunu Ceyhun da hiss etdi.
-Bəs mənə niyə deməmisən?Harda itirmisən?
Yalanını davam etdirə bilməyəcəyini görən Günay hər şeyi olduğu kimi danışmağa məcbur oldu.
-Səni heç tanımamışam mən.Bir yandan yalançılığın, bir yandan özbaşınalığın üzə çıxdı.Bu gün məndən xəbərsiz üzüyünü girov qoyan sabah ərindən xəbərsiz çox şey edə bilər.Bundan sonra sənə necə inanım mən?Daha nə o üzük lazımdır mənə, nə də sən.Çıx get.Səni görmək istəmirəm.Rədd ol!!!-Ceyhun hirsindən dili-dodağı əsə-əsə heç özü də bilmirdi nə danışır.Günayınsa qorxudan əli, ayaqları əsirdi.Elə hey ağlayırdı.Onu göz yaşları da Ceyhunu yumşaltmadı.Ürəyi soyumadı.Günayın getmədiyini görüb özü ordan uzaqlaşdı.Qızı küçənin ortasında tək buraxıb getdi.Hər şey, bütün bu olanlar bir an içinə baş verdi.Onsuz da çox bədbin olan Günayın ağlına cürbəcür qara fikirlər gəldi.”Yəqin ki, Ceyhun nişanı qaytaracaq.Başqa vaxt nişanın pozulmasına bəlkə də sevinərdim.Amma indi...çox qorxuram.Nişanı mən yox, o qaytarsa adıma yüz söz qoşacaqlar..”Axşama kimi bu fikirlərlə gəzib dolaşdı.Heç evə getmək istəmirdi.Dumanlı, qara fikirlərdən Günayı ona yaxınlaşan sarışın gəncin səsi ayırdı.
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR