Xəyalə Murad- "Zülmət"(hekayə)
Vüsalı ilk dəfə birinci kursun ilk dərs günündə Tibb Universitetinin qarşısında görmüşdüm. Yanımda yenicə tanış olduğum qrup yoldaşlarım vardı. Vüsalın Universitet həyətinə ilk girişi yadımdadı. Ayağını çəkə-çəkə, yaxasının düyməsini yoxlaya-yoxlaya gəlirdi. Məndən fərqli olaraq çəlimsiz idi. Pilləkən kənarında oturan tələbə yoldaşım olacaq Qasım bütün ilk kurs tələbələrinə xas olan lovğalıqla danışır, yanımızdan ötən hər kəs haqqında özünəxas fikirlər səsləndirirdi. Vüsalı görəndə istehza ilə: “Baxın, Universitetimiz necə zəngdir... Hətta topalımız da var.”-dedi. Sözün düzü o an mən də yanımdakılar kimi gülmüşdüm və indi bu hərəkətimi xatırlayıb xəcalət çəkirəm. Ən təsirlisi ilə budur ki, Vüsal Qasımın dediklərini eşitmişdi. Əvvəl köksünü ötürüb qapıya doğru getdi, daha sonra kənara çəkilib Qasımın hər böyründən keçənə bir söz qoşmasını müşahidə etdi. Bizim gülüşümüz, özünü göstərmək üçün etdiyimiz bu uşaqlıq Vüsalı çilədən çıxartmışdı. Tamamilə təsadüfən geri dönəndə qapı qarşısında dayandığını gördüm. Üz-gözündən qəzəb yağırdı. Bütün diqqətini bizə yönəltmişdi. Əllərini sinəsində çarpazlayıb qapıya söykənmişdi. Ara bir hirsindən dodaqlarını gəmirirdi. Onun yeni ləqəbini eşitdiyinə şübhəm qalmamışdı. Udqundum və dərindən nəfəs alıb Qasımın çiyninə toxundum:
-Deyirəm, bəlkə ara verəsən, hə?
-Sən qorxursan?- Qasımın bu dəfəki hədəfi mən oldum. –Kişi ol! Heç kimdən çəkinmə.
-Axı sənin çatana ad qoymağın kişilikdən deyil! –o an heç özüm də bilmirəm cəsarəti haradan tapmışdım.
-Nə dedin?-Qasım ayağa qalxdı.
-Nədir? Nə baş verib?
-Heç... yuxuda danışırdın. -dedim
Sanki ilk dəfə eşitmirmiş kimi vecsiz uzandı, ancaq gözləri boşluğa yönəlmişdi. Nəsə düşünürdü.
-Bu yuxu deyil, həqiqətdir.-dedi.
Udqundu. Gözucu mənə nəzər salıb yenə boşluğa baxdı. Susurdu. Cavabsız qalmaqdan çox onun güvənini hələ də qazana bilmədiyimə üzüldüm. Dinməz-söyləməz çarpayıma uzandım. Pəncərədən ulduzlu səmanı seyr edirdim. Adətən bu davranış yuxu əvvəli heç nə haqda düşünməməyimə kömək olurdu. Bir-bir ulduzları incələdim, saydım. Bu vaxt Vüsalın çarpayısından çıxan cırıltıya diksindim. Rayonumuzdan uzaq düşəndən bəri yaman çox diksinirdim. Heç özüm də bilmirdim bu ürkmələr nədəndir. Atamdan səbəbini soruşanda “Yad yerə alışanadək belə olur”- demişdi. Gözucu Vüsala baxdım. Üstündəki yorğanı kənara çəkib ayağa qalxdı. Əynində idman şalvarı və ağ yay köynəyi vardı. Sağ ayağını darta-darta stola yaxınlaşdı və heç gözləmədiyim anda dilləndi:
-Kənardan baxıb insan haqqında hər hansı fikrə sahib olmaq çox asandır. Elədir?
-Elədir.-dedim.
Susdu. İlk dəfə idi ki, Vüsal dərsdən başqa nə isə danışırdı. İndi isə susdu. Davam etməsi üçün mən də çarpayımda dikəldim. Yatağın kənarındakı lampanı yandırdım. O məni görürdü. Ancaq həm də görmürdü. Başqa, tamamilə başqa yerə baxırdı.
-Dünən kimi yadımdadır. –Gözləri parıldadı- Evimizdə təmir işləri getdiyindən atamla-anam məni tək-tənha yaşayan babamın evinə- Xocalıya göndərmişdilər. Nənəm öləndən bəri kimsə onu evi satıb burdan köçməyə razı sala bilmirdi. Babam Xocalıya bütünü ilə bağlı idi. Burada doğulub, burada yaşayıb, burada da ölmək istəyirdi. Hətta nənəmin qəbrinin yanında özü üçün yer də saxlamışdı.... Biz Ağdamda olurduq, dayımgilsə Şuşada yaşayırdı. Artıq dörd gün idi ki, Xocalıda- babamın evində qalırdım. Ara bir atışma səsləri eşidəndə babamın gözlərinə baxardım. “Əsgərlərimiz təlim keçirlər”deyirdi. Ancaq küçəyə çıxmağa da qoymurdu. Hətta həmin gün evin ikinci mərtəbəsinə çıxmağı da qadağan etmişdi. Canım sıxıldığından odun peçinin böyründə kitab oxuduğum yerdəcə yatıb qalmışdım. O gecə babam məni oyatdı ki, cəld əynimi geyinib küçəyə çıxım. Əvvəl heç nə anlamadım. Key-key ətrafa boylandım. Elə o an ilk dəfə güllə səsini belə yaxından eşitdim.-Əllərini qulaqlarına tutub stulda oturdu- Nəfəsim xirtdəyimdə dayandı. Gözlərim bərələ qaldı. Babam “Qorxma, bala! Artıq yekə oğlansan. Cəld ol!” dedi. Əynimi geyindiyimdə yaxınlaşıb qalın papağımı başıma taxdı. –pəncərəni göstərdi- “Bayırda qar yağır, uzağa getsək üşüyərsən” dedi. Uzağa... o uzağın nə qədər olacağını heç onda təsəvvür belə etməzdim.-barmaqlarını bir-birinə keçirdi. Dırnaqlarını incələyirmiş kimi diqqətlə tamaşa edirdi. Mənsə yataqda oturub dostumun içdən gələn etirafına qulaq asırdım. Hər hansı bir sual vermək istəmirdim. Bu heç lazım da deyildi. Nə də olsa, onu daxilən incidən vacib məsələdən danışırdı.
-Babam tüfəngini doldurub patron ehtiyyatını cibinə qoydu. Əlimdən möhkəm yapışıb hasar qonşusu Əhmədgilə keçdi. Məni Əhmədin üç uşaqlı xanımına tapşırıb alnımdan öpdü. “Onlarla birlikdə rayona evinizə get. Mən də arxanızca gələcəm. Lazım gəlsə, var gücünlə qaç və nə olur-olsun geri qayıtma. Eşidirsən, Vüsal? Qayıtma!...” dedi. Əhmədin qarşısına keçib yola düzüldük. Onun da əlində tüfəng vardı. Dörd bir yandan bizi qorumağa çalışırdı. Uşaqlarla əl-ələ verib var gücümüzlə qaçırdıq. Anam deyərdi “Soyuq havada qaçsan tərləyib sətəlcəm olarsan”. O an anamın o qadağasını da xatırlamırdım. Əhməd hara desə, ora dönərdik. Bizi meşə yolu ilə Ağdama aparırdı. Sıx meşənin içi ilə, dizədək yağmış qarda zülümlə hərəkət edirdik. Ara bir başqa ailələr də bizə qoşulurdu və birlikdə eyni istiqamətə qaçırdıq. Əhməd meşəbəyinin oğlu olduğundan buralara yaxşı bələd idi. Bunu digər sakinlərə deyəndə eşitmişdim. Özüm isə artıq yorulmuşdum, ancaq dayanmırdım, dayana bilməzdim. Ayaqlarımı, əllərimi hiss etmirdim. Sanki bu dəqiqə barmaqlarım qopub düşəcəkdi. Şaxta və dizədək qar bir yandan, arxamızda gələn erməni dığaları bir yandan. Məntiqlə düşünəndə dərk edirdim ki, dayansam ya şaxta öldürəcək, ya da erməni gülləsinə tuş gələcəm. Mənimsə cəmi on üç yaşım vardı. Ölüm barədə düşünəcək yaşda deyildim. Bizə qoşulan digər ailələrdən bir uşaq ağlaya-ağlaya dedi ki, anasını gözləri qabağında vəhşicəsinə öldürdülər. Uşağın gözlərinə baxa bilmirdim. O məndən balaca idi, ancaq necə vahimə içində idisə, onun nifrəti mənə keçdi. Qeyri-ixtiyari babamı düşündüm. Çox güman ki, onu da ...-Susdu. Gözündən bir damla yaş yanağında iz qoyaraq əlinə düşdü. Udqunub:
-Hələ də davam etməyimi istəyirsən?
Vüsal haqlı idi. Bu dəhşətli faciəni o zülmət gecənin şahidi olmayanlar anlaya bilməzlər. Bizim tamamilə fərqli uşaqlıq xatirələrimiz vardı. Lakin onun xatirələri bütün Azərbaycan xalqının sağalmaz yarası idi. O gecə Vüsalın etirafını dinləməklə təkcə otaq yoldaşımı yaxından tanımış olmadım, eyni zamanda Xocalı soyqırımına xəyalən nəzər salmış, o faciəni “yaşamış” oldum. Bu əhvalat qəlbimdə yatmış Vətən sevgisini, torpaq eşqini alovlandırdı. Vüsalla birlikdə Xocalı soyqırımının gənclər arasında unudulmaması naminə Universitet daxilində bir çox layihələr, tədbirlər həyata keçirdik. Universiteti bitirdikdən bir müddət sonra həkim olaraq fəaliyyət göstərəcəyimiz hərbi hissədə vəzifəmizi şərəflə yerinə yetirəcəyimizə and içdik. Yaralı əsgər və zabitlərimizi müalicə etdikcə onların daxilindən gələn mübarizliyi, Vətən eşqini duymamaq mümkün deyildi. Məhz gələcəyimizə inanaraq Qarabağımızın heç də uzaq olmayan bir gündə geri qaytarılacağına inanmağa başladıq. İndi isə Vətən övladı, istedadlı həkim və ilk növbədə vətənpərvər gənc kimi inanırıq ki, xalqımızın Xocalı adlı böyük yarası ona qovuşduqdan sonra tamamilə sağalacaq.
XƏBƏR LENTİ
Avtobuslarda kartla ödəniş sistemi başlayır
Qadınları dəyərli edən 8 ortaq xüsusiyyəti
Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF
Dünyada ən varlı 5 qadın
Dəbli geyimlər
Övlad həsrəti çəkən hərbçimiz üç uşaq atası olduğunu cəbhədə öyrəndi - VİDEO
Professordan korona şoku: Buna doğru gedirik
Cem Yılmaz Mayamidə EVLƏNİR-FOTO
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Castin Biberin adı təcavüz qalmaqalında
Avstriyalı alim koronavirusa qarşı “ən rasional” dərmanı hazırladığını açıqladı
"Siçan və pişik" cizgi filmi
Qalıcı arıqlamağın yolu
TQDK imtahan keçirir
Neon dırnaqlar
ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik etməyə hazırlaşır
Romalılar əzəli rəqiblərini məğlub etdilər
Ermənilər Qarabağdan qaçmağa başladı
(cizgi filmi)
Paşinyanla Merkel arasında növbəti telefon danışığı baş tutub
Məşhur aktyor evləndi-FOTO
Ətli bağlama (foto resept)
Baharla, günəşlə doğulmaq...
Alzheimer xəstəliyinə səbəb olan faktorlar
Dəm qazı ölümü: Niyə yayda deyil, qışda?
Özünü disney qəhrəmanlarına oxşatdı
Küçə rəssamının əlvan velosipedləri - FOTO
Evdə bəzənə biləcək tort formaları
"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir
Ermənistan Azərbaycanı su ilə sınağa çəkmək istəyir
Müəllimlərin işə necə gələcəyi açıqlandı - RƏSMİ
Yüksəkdən qorxmayanlar üçün 4 hovuz
Bakıda evlərin qiyməti qalxıb
Ərəblər vahid ordu quracaqlar?
Azərbaycanda qeyri-adi ev - VİDEO
Ölkəmizdə yay vaxtı ləğv ediləcək
Haqlı olmaq mübarizəsi
Yeni özəl texniki peşə məktəbləri və liseyləri yaradılır
Həssas dərilər üçün makiyaj tövsiyələri
Tanınmış aktrisamız vəfat etdi
Harri və Meqan Markldan qonşulara QADAДћA SİYAHISI
Gənclər üçün dəbli geyimlər
Evdən çıxmaq üçün 8103-ə avtomobilin seriya nömrəsi də göndərilməlidir? - RƏSMİ
Uşağınızın 5 yaşı var?!
Çillərdən azad ol
Azərbaycanda sərin hava şəraiti ilə bağlı açıqlama
Azərbaycanda dərmanların vahid qiymətlə satışına başlanıldı
Prezident: “Kəlbəcər rayonun bir hissəsi işğalçılardan azad edilib”
Hava dəyişəcək
Azərbaycanda SMS icazənin müddəti artırıldı - RƏSMİ















- ŞƏRHLƏR