Bir şəhərdə dünyalar gözəli bir qız yaşayırmış. Evlilik vaxtı gəldiyi zaman bütün gənclər sıraya girmişlər, amma qız heç birini bəyənməzmiş. Şəhərin ən yaraşıqlı oğlanı gəlmiş, amma qız onunla görüşməyi belə qəbul etmədən "Yəqin ki, mənə layiq adam olmaz" deyibmiş. Yaraşıqlı gənc bundan çox kədərlənibmiş.
Aradan illər keçir və bir gün yaraşıqlı gənc həmin gözəl qızı görür və "Görəsən, necə bir şəxslə evlənib?" - deyə maraqlanır. Onu izləyir. Qız uçuq-sökük bir evə girir, qapıdan çirkin və keçəl biri cıxır. Dünyalar gözəli olan qız onu yola salır. Həmin şəxs çıxdıqdan sonra gənc evin qapısını döyür, qapını gözəl qız açır. Oğlan: "Mən illər öncə sizinlə evlənmək istədiyim zaman məni görmək belə istəmədiniz. Necə oldu ki, məni rədd etdiniz və indi bu çirkin adamla evlisiniz?" - deyə soruşur.
Qız ağlayaraq cavab verir: "Əgər o köhnə günlərimə dönə bilsəydim, köləniz olardım. İndi sizdən bir şey istəyəcəyəm. Burada gül bağçası var. Oraya gedib bağçanın ən gözəl gülünü mənə gətirərsinizmi? Bir şərtim var: əsla geri dönməyəcəksiniz". Yaraşıqlı gənc razılaşır. Oğlan bağçaya gəlir və güllərə baxmağa başlayır. "Bəlkə irəlidə daha gözəlini taparam" deyərək bütün bağçanı gəzir. Bir də baxır ki, bağçanın sonuna gəlib. Geridə daha gözəl güllər vardı, amma qızla şərtləşdiyi üçün geri dönmür. Bağçanın sonundan hər hansı bir gülü qopardıb qızın qapısına gedir. Qız "Bağçanın ən gözəl gülü budurmu?" - deyə soruşur. Gülün yarpaqlarının bəziləri qopmuşdu və heç də gözəl gül deyildi.
Yaraşıqlı gənc: "Əslində daha gözəlləri vardı, lakin daha gözəlini tapmaq üçün bağçanın sonuna gəldim. Geri dönə bilmədiyim üçün bunu qopardıb gəldim" - deyir. Qız cavabında: "Bax, mən də eyni hərəkəti etdim. Daha yaraşıqlı biri gələr deyə bütün gəncləri geri çevirdim və artıq istəyənim qalmadığı zaman ən yaxşısı az əvvəl gördüyün adam idi" deyir…
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İmmuniteti möhkəmləndirməyin əsas qaydaları
Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
İran və "altılıq" arasında yeni raund
Yaz fəslinin fəsadlarından necə qorunmalı?
Sənədsiz evlərə böyük müjdə
Azərbaycanda bu adları sevmirlər?
Sabahın hava proqnozu
Rahat və zərif otel
“Palmali” böyük layihəyə start verdi
Məşhur aktrisa tanınmaz halda - FOTO
Hamiləlik zamanı ürək bulanmasını necə azaltmalı?
Rayonlara gedən avtobuslar yenilənəcək
Yerə böyük asteroid yaxınlaşır
Gündəlik stressi azaltmağın yolları
Peruda nəhəng UNO peyda oldu – VİDEO
Qadın.Netin sevimli simaları (3-cü hissə)
Qadınlar evlənmə təklifi edə bilərmi?
Məktəblərdə payız tətili günlərinin sayı AÇIQLANDI
Türkiyə sərt karantin rejiminə qayıdır?
Hadisenin geyimi diqqət çəkdi
Makiyajdan sonra təbii maska
İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alındı
Qadın boksçularımız dünya birinciliyinə uğursuz başladılar
Leyla Əliyevanın doğum günüdür
Azərbaycanın bir gündə 8 medal qazandığı yarış
Evdə uşaqlarla oynaya biləcəyiniz 2 oyun
Bu günün Ramazan təqvimi (14 iyul)
İdman geyimləri
Azərbaycan dünya mətbuatında
Aralarında 33 yaş fərqi olsa da...-FOTO
Zövq oxşayan gəlinliklər
Nanə çayının faydaları
Silvestr Stallonni qızı ilə alış-verişdə - FOTO
Ingilis dili - XXXIX dərs
Kanye Uest milyarder oldu
Xəbərdarlıq: Anomal istilər davam edir
Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarıldı - RƏSMİ AÇIQLAMA
"Onlar Azərbaycan xalqından üzr istəməlidir"
Dünya kinosunun 100 ən yaxşı filmi
Hande Ataizinin gözəllik sirri
Qarabağ erməniləri Sarkisyanı hədələdilər
Beyni işləməyə necə məcbur etmək olar?(2)
Emin koronavirusa yoluxubmuş
Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın inkişaf məsələləri müzakirə olundu
Kleopatranın makiyaj sirləri
İşıqda yatmaq çox ziyanlıdır!
Güləşçimiz ermənini məğlub etdi və əsgər salamı verdi
Fevralın 1-nə hava proqnozu
Ayşvari Ray koronavirusdan sağaldı
Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]