Bir şəhərdə dünyalar gözəli bir qız yaşayırmış. Evlilik vaxtı gəldiyi zaman bütün gənclər sıraya girmişlər, amma qız heç birini bəyənməzmiş. Şəhərin ən yaraşıqlı oğlanı gəlmiş, amma qız onunla görüşməyi belə qəbul etmədən "Yəqin ki, mənə layiq adam olmaz" deyibmiş. Yaraşıqlı gənc bundan çox kədərlənibmiş.
Aradan illər keçir və bir gün yaraşıqlı gənc həmin gözəl qızı görür və "Görəsən, necə bir şəxslə evlənib?" - deyə maraqlanır. Onu izləyir. Qız uçuq-sökük bir evə girir, qapıdan çirkin və keçəl biri cıxır. Dünyalar gözəli olan qız onu yola salır. Həmin şəxs çıxdıqdan sonra gənc evin qapısını döyür, qapını gözəl qız açır. Oğlan: "Mən illər öncə sizinlə evlənmək istədiyim zaman məni görmək belə istəmədiniz. Necə oldu ki, məni rədd etdiniz və indi bu çirkin adamla evlisiniz?" - deyə soruşur.
Qız ağlayaraq cavab verir: "Əgər o köhnə günlərimə dönə bilsəydim, köləniz olardım. İndi sizdən bir şey istəyəcəyəm. Burada gül bağçası var. Oraya gedib bağçanın ən gözəl gülünü mənə gətirərsinizmi? Bir şərtim var: əsla geri dönməyəcəksiniz". Yaraşıqlı gənc razılaşır. Oğlan bağçaya gəlir və güllərə baxmağa başlayır. "Bəlkə irəlidə daha gözəlini taparam" deyərək bütün bağçanı gəzir. Bir də baxır ki, bağçanın sonuna gəlib. Geridə daha gözəl güllər vardı, amma qızla şərtləşdiyi üçün geri dönmür. Bağçanın sonundan hər hansı bir gülü qopardıb qızın qapısına gedir. Qız "Bağçanın ən gözəl gülü budurmu?" - deyə soruşur. Gülün yarpaqlarının bəziləri qopmuşdu və heç də gözəl gül deyildi.
Yaraşıqlı gənc: "Əslində daha gözəlləri vardı, lakin daha gözəlini tapmaq üçün bağçanın sonuna gəldim. Geri dönə bilmədiyim üçün bunu qopardıb gəldim" - deyir. Qız cavabında: "Bax, mən də eyni hərəkəti etdim. Daha yaraşıqlı biri gələr deyə bütün gəncləri geri çevirdim və artıq istəyənim qalmadığı zaman ən yaxşısı az əvvəl gördüyün adam idi" deyir…
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Səhər tez durmaq istəyirsiniz?
Ledi Qaqa fermaya köçür-SƏBƏB
Jurnalistin ölümünə prezidentdən reaksiya
Xəzərdə zəlzələ olub
Fransada 43 rusiyalı azarkeş həbs olunub
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Lavaş böreği (foto-resept)
İnsanı öldürən 10 ərzaq
Azərbaycanlı idmançı Olimpiya Oyunlarına doğru
2015 bürclərə nə vəd edir?
Xaricə getmək istəyənlər, diqqətli olun!
Gabellini Fatimanın rəsm əsərləri
HAVA necə olacaq?-23 dekabr
Əlləri yaşlanmadan qorumaq üçün nə etməli?
Dadlı salat (foto resept)
Dərmanla bağlı yeni qərar
Müasir insanların mübtəla olduğu lənət
Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
2014-cü ilin ən maraqlı elmi hadisələri
Laçınsız 24 il
Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI
Ebru Gündeş kökəldi - FOTO
Çəkmə evdə yaşamaq ayda 1200 dollara başa gəlir
"Instagram" yeni proqram hazırlayır
Azərbaycanda bələdiyyə sistemində yenilik
Erməni ordusu 550 nəfərdən çox itki verib - RƏSMİ
Uşaqlığımızı xatırlayaq
"Arxadan vurulan zərbə" - 40
Karantinə fərqli yanaşma-FOTO
Puç olmuş uşaqlıq
Kartof dolması (foto resept)
Yeni ildə tortlarımızı necə bəzəyək?
BDU-dan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA
LG yeni smartfonunu göstərəcək
Bu tərəvəz pis qoxu yaradır
HAVA necə olacaq?
Vətən Müharibəsinin iki dost, iki sirdaş qaziləri - VİDEO
Səmada nadir “alovlu top” göründü - VİDEO
13 rəqəmi niyə "uğursuzdur"?
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Həsrətində olduğum gözləri tanımaya bilərdimmi?
Partiya sədrləri açılış mərasiminə heyran qalıblar
Çingiz Abdullayevə daha bir vəzifə verildi
Bakı metrosunda sıxlığın qarşısı belə alınacaq
Dəbli gəlinlik modelləri
BÜRCLƏR bizə nə vəd edir?-13 Fevral
Milli komandamız gerilədi
Kələmli piroq (foto-resept)
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
- ŞƏRHLƏR