Cavid qəbirstanlıqdan çıxanda hava artıq qaralmağa başlayırdı. Aynurun ölümündən bir il keçməsinə baxmayarq Cavid bir gün belə buraxmadan, hər gün işdən çıxanda yolunun üstündəki gül dükanından gül alıb gələr onun qəbrinə, bir az oturub gün ərzində baş verənləri, işindəki yenilikləri onunla bölüşüb, gətirdiyi gülləri onun qəbrinin üstünə qoyub sonra evə gedərdi. Bu gün isə onun ölümünün bir ili tamam olurdu deyə biraz çox oturmuşdu qəbrin yanında.
Xırda addımlarla qəbirstanlığın palçıqlı yolundan asfalta çıxdı. Evə getmək üçün taksi saxlatmaq istədi, amma nə fikirləşdisə bir az piyada gəzməyə qərar verdi. Paltosunun boyunluğunu qaldırıb, əllərini nəfəsiylə isidərək, ovxalayıb cibinə qoydu. Üzünü göyə tutub dərindən nəfəs aldı. Yarı qaranlıq, bozumtul səmada bulud olmasa da bir dənə də olsun ulduz göyə dəymirdi.
Aynurla eyni şirkətdə işləyərkən tanış olmuşdular. Cavid proqramçı, Aynur isə reklam meneceri idi. İlk gündən bir-birlərinə qarşı maraqları oyanmışdı. Günlər keçdikcə Aynur Cavidin daha çox xoşuna gəlməyə başlayırdı, amma Cavid belə şeylərdə utancaq olduğundan heç cür cəsarət edib ürəyini aça bilmirdi. Bir gün işdən bir neçə saat tez çıxıb həmişə dostlarıyla oturduğu kafelərdən birinə girərək bir neçə qədəh viski içib işlədiyi şirkətin qabağına gələrək Aynurun işdən çıxmasını gözlədi. Elə həmin gün də sevgisini Aynura etiraf etdi.
Başını qaldırdıqda özünü həmin kafenin qarşısında gördü. İçəri girib içmək istədi, amma ölüm ayağında Aynura verdiyi sözü yadına düşdü, bir daha dilinə içki vurmayacaqdı. Dərindən köks ötürüb yoluna davam elədi.
Aynurla nə gözəl günlər yaşamışdısa nişanlı olduqları vaxtı yaşamışdılar. Evləndikdən sonra bir müddət də Cavid evə vaxtlı vaxtında gəlmiş, sonradan yenə öz gecə həyatına başlamışdı. Hər gün işdən çıxandan sonra dostlarla kafedə saatlarla yeyib içmək, dalınca da gecə yarısına kimi kazino, əyləncə qumar və sairə. Gecə yarısı içkili evə gəlib elə divandaca paltarlı yatar səhər durub yenidən işə gedərdi. İndi heç özü də anlamırdı bütün bunlara görə peşmandırmı, ya Aynura söz verdiyi üçünmü içkidən əl çəkmişdi.
Gəzə - gəzə gəlib parka çatmışdı artıq. İki tərəfi də şam ağacları ilə sıralanmış xiyabanla parkın içinə doğru irəlilədi. Şam ağaclarının iynə yarpaqları həmişəyaşıl olmasına baxmayaraq elə bil ki, qışın gəlişi onlara da təsir etmiş, öz təravətlərini itirmişdilər. Hər beş metrdən bir işıq dirəkləri olmasına baxmayaraq onların əksəriyyətin də işıq yanmırdı. Arabir işığı yanan dirəklərdən süzülən zəif sarımtıl işıqsa ancaq dibini güclə işıqlandırırdı. O, gəlib yolun dönəcək hissəsində tənha bir skamyada oturdu. Burda da dirəklərdəki işıqlar yanmadığından, yaxınlıqdakı yoldan şütüyən maşınların, ağacların arasından arabir süzülən işıqlarını nəzərə almasaq, ətraf zülmətə bürünmüşdü.
Üç il evli olduqları müddətdə Aynur bir dəfə də olsun baş ağrısından şikayətlənməmişdi, amma son altı ayda onun başında kəskin ağrılar başlamış, getdikcə daha da kəskinləşmişdi. Həkimlər beyin xərcəngi diaqnozu qoydular və elə bu beyin xərcəngi də altı ayın içində Aynurun həyatına son qoydu.
Paltosunun qoltuq cibindən siqaret çıxarıb ağzına qoydu. Alışqanını tapmaq üçün ciblərini eşələdi və şalvarının yan cibindən tapıb siqaretini yandırıb dərin bir qullab vuraraq tüstü qarışıq soyuq havanı da ciyərlərinə çəkdi. Alışqanı yenidən yandırıb işığında saatına baxdı, doqquz idi. Hiss elədi ki, üşüyür. Havada şaxta biraz da artmışdı. Siqareti damağına qoyub, yerindən qalxıb gəldiyi yolla parkın çıxışına tərəf addımladı. Yola çıxıb taksi saxladaraq ev ünvanının dedi.
Taksinin pulunu verib yola saldı. Başını qaldırıb üçüncü mərtəbəyə, evinin pəncərəsinə baxdı. Bu onda vərdiş idi hər dəfə evə gələndə başını qaldırıb pəncərəyə baxardı və hər dəfə işığı yanılı görəndə ürəyində “bu qız yenə yatmayıb oturub məni gözləyir. Bilirsən ki, gec gəlirəm yıxıl yat da” deyə deyinərək pillələri çıxardı. Amma, artıq bir iliydi ki, onun pəncərəsinin işığı yanmırdı.
İçəri daxil olub ayaqqabılarını çıxarıb hərəsini bir tərəfə atdı. İşığı yandırmadan qonaq otağından keçib yataq otağına tərəf addımladı. Qaranlıq olduğunudan ayağı dəydi stolun ayağına, ufuldayıb söydü. Bir neçə addım atmışdı ki, soyunub yerə atdığı paltarlara ilişdi. Nəhayət yataq otağının qapısına çatıb, ani ayaq saxlayıb köks ötürərək qapını açıb içəri girdi. Bir iliydi bu otağa girmirdi. Gözləri qaranlığa alışanadək qapının ağzında dayandı. Otaq o qədər soyuq idi ki, çölün havasıyla heç fərqlənmirdi. Sanki Aynur gedişiylə evin işığını, istiliyini də özüylə aparmışdı. Əlini atıb taxtın yanındakı tumbanın üstündəki stolüstü lampanı yandırdı. Zəif mavi işıq otağa yayıldı. Otağa göz gəzdirdi. Taxtla üzbəüz termonun üstündə çərçivəyə salınmış toy şəkilləri dəydi gözünə. Yaxınlaşıb götürdü. Paltosuna sürtüb tozunu sildi. Qayıdıb taxtda oturaraq şəkli dodaqlarına yaxınlaşdıraraq Aynurun gülən çöhrəsindən öpüb tumbanın üstünə qoydu. Taxtın ayaq tərəfində Aynurun gecə yatarkən geyindiyi çəhrayı rəngli pijaması dəydi gözünə. Necə soyunub qoymuşdusa da elə də qalmışdı. Əyilib götürəndə altında üz qabığı soluxmuş bir dəftər gördü. Götürüb vərəqlədi, Aynurun gündəliyi idi. Qalxıb keçdi mətbəxə. İşığı yandırıb gündəliyi stolun üstünə qoydu. Çaydanı götürüb yaxaladı və suyla doldurub qazın üstünə qoyaraq altını yandırdı. Paltosunu soyunub atdı yerə. Kətili çəkib oturaraq gündəliyi oxumağa başladı. Tarixlərdən bəlli olurdu ki, Aynur bu gündəliyi onu tanıdığı gündən yazmağa başlamışdır. Oxuduqca üstünə ağır bir kədər çökürdü.
Çaydanın fit səsinə başını qaldırdı. Qalxıb özünə çay süzərək oxumağa davam elədi. Son səhifələrdə yazılanlar Cavidin sifətinə sanki şillə kimi vuruldu. Aynur yazırdı:
“ ... Cavid həmişəki kimi yenə içkili gəlmişdi evə. Mən belə bir ailə həyatı arzulamırdım. Hər zaman arzusunda olmuşdum ki, sevdiyim insan evə gələrkən mənə əlində bircə dənə gül gətirsin, amma o, hər gecə mənə hədiyyə olaraq spirt və siqaret qoxusu gətirirdi. Bəlkə bir gün nə vaxtsa bu gündəlik Cavidin əlinə düşər və mənim gülləri nə qədər çox sevdiyimi öyrənər, amma gündəliyi oxuyandan sonra mənə hər gün gül hədiyyə edərsə bu artıq ölmüş birinin qəbrinə gül qoymaq kimi mənasız olar. Nədənsə insanlar sevdiklərinə sağlıqlarında deyil öldükdən sonra gül almağı daha çox sevirlər. Bəlkə də səhv edirəm, amma mən qəbirlərə qoyulan güllər gecikmiş güllər adlandırardım ...”
Cavidin dolmuş gözləri imkan vermədi davamını oxumağa. Qalxıb pəncərənin qabağında dayandı. Hava yavaş – yavaş işıqlanır, lopa – lopa da qar yağırdı. Yanaqlarından süzülən yaşı silib, başını soyuq şüşəyə söykəyərək pıçıldadı: “ Gecikmiş güllər... “
Müəllif: Akşin Xəyal
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
10 min manatlıq güzəşt reallaşır
Menstruasiyanın gecikməsinin səbəbləri
Payız-qış ayaqqabıları
Zibil yığanda içi dolu pul qapı tapdı-FOTO
Müəllimlərin işə qəbul imtahanları keçirilir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qadın lotereyada 1 milyon uddu-heç kəs inanmadı
"Ürəklərindəki şeytanı mələk edəcəyəm"
"Miss Pakistan-2012" qəzada öldü-FOTO
İpoteka almaq istəyənlərə şad xəbər
“Qalatasaray” Roberto Mançini ilə danışıqlara başlandığını rəsmən açıqlayıb
Hindistan hökuməti "selfie"ni yasaqladı
Milton Erikson öz uşaqlarını necə tərbiyə edirdi?
Ağ evdə Novruz şənliyi
Yeni doğulan körpələrdə normal olan vəziyyətlər
Bu gündən Bakıda satış yarmarkaları fəaliyyətə başlayır
Cennifer Lopez səhnə geyimləri ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hər kəsi heyrətə gətirən HADİSƏ-18 ay sonra sağ tapıldı-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Göz linzaları kor edə bilər
Günün ulduz falı - 30.08.2013
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
Bu xanımın, sadəcə, çantaları 2 milyon dollarlıqdır
“Bakı Metropoliteni”nə subsidiya azaldılır
"Amazon"un təsisçisindən maraqlı test-FOTO
Göbələk şirniyyatı (foto resept)
Hamilə qalma şansını artıran qidalar
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
2010-cu ilin gəlinlikləri
Hazal Kaya Doğumdan sonra İlk Dəfə-FOTO
Soyadı dəyişdirmək niyə problemə çevrilib?
Qapalı idman müəssisələrinin fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
Noyabrda 3 gün istirahət olacaq
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Bəzi tarixi yerlərə səyahət
Səyahətə getmək istəyənlərə xəbərdarlıq
Cadu, əməl varmı?
Kral ailəsində daha bir toy - FOTO
”Son zəng”ə getməyə ayaqqabım yox idi”
Hüseyn Cavid kimdir, bilən varmı?
Meqan Markl qərarı ilə bir daha təəccübləndirdi
Soba qutabı (foto resept)
BAŞ-saytını Azərbaycan idarə edəcək
Paytaxtda güclü külək olacaq
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Dərini cavanlaşdıran kivi maskası
Dost dedikdə... (2-ci hissə)
İnternetə nəzarət güclənir
Türkmənistan Qazaxıstanla sərhədini bağladı
Bu şəxslərə 190 manatlıq ödəmə verilməyəcək - RƏSMİ
- ŞƏRHLƏR