Nazirlər Kabineti fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edib.
Qadin.Net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən edilib.
Ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilməsi nəzərdə tutulur.
"İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Karantin rejiminin tələblərinin yumşaldılması şəraitində bu məsələlər xüsusilə aktuallaşdığından, İqtisadiyyat Nazirliyi və onun müvafiq qurumları tərəfindən bu tələblərə əməl edilməsi vəziyyətinə ciddi nəzarət olunacaqdır.
Nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək:
- sahibkarlıq subyektlərinin fəaliyyətinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olub-olmadığına;
- fəaliyyətinə günün müəyyən saatlarında icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin həmin tələblərə əməl edib-etməmələrinə;
- təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına nəzarət edilməsinə;
- ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin edilməsinə, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsinə və həmin qurğuların işlək vəziyyətdə olmasına;
- təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsinə, bu məqsədlə obyektin ölçülərinə uyğun sayda şəxslərin obyektə daxil olmasına icazə verilməsinə;
- ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən (qəlyan avadanlıqlarından istifadə edilməməsi və bir masa arxasında müştəri sayının 6 nəfərdən çox olmaması şərti ilə), masalararası məsafələrin isə 2 metrdən az olmamasına;
- müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə, həmçinin ictimai iaşə obyektlərində masa arxasında oturma halları istisna olmaqla bütün digər vaxtlarda maskadan istifadəyə nəzarət edilməsinə.
Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.
Sahibkarlıq subyektlərinin nəzərinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur.
Sahibkarlıq subyektlərinin fəaliyyətinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olduğu hallarda həmin obyektlər dərhal bağlanacaq. Qaydaların pozulması halları nəzarət aparan strukturların tələbi əsasında dərhal aradan qaldırılmalıdır, əks halda, nəzarət qrupları təsərrüfat obyektinin bağlanmasını tələb edə bilərlər.
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərini, o cümlədən açıq hava sahələrində müştəriləri qəbul edən ictimai iaşə sahəsində çalışan sahibkarları sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməyə çağırır, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmağa dəvət edir", - deyə qurum bəyan edib.
XƏBƏR LENTİ
Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”
"Whatsapp"dan yenilik
Valideynsiniz? Övladınız üçün oxuyun
Belinizin incə olmasını istəyirsinizsə...
Ermənilər kütləvi şəkildə Rusiyaya köçürlər
Revani (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-30 Avqust
Ramazan bayramı günlərində hava
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - SİYAHI
"Əməliyyat zamanı Qurani-Kərim yanımda idi"
Kaktus vampirdir, yoxsa talisman?
Dəyişən onlarmı,yoxsa dünyamı?
"İlin ən yaxşı serialı" seçildi - FOTO
ABŞ-dan Dağlıq Qarabağ çağırışı
Qadınla kişi dost ola bilərmi?
"Yeteneksizsiniz"də Bakıdan kadrlar
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Dünyanın ən hündür hava limanı-FOTO
Karantin dövründə yorulmuş əllərə qulluq
1910-cu ildən günümüzə kimi dəyişən çimərlik dəbi
Qeyri-adi görünüşə malik tortlar
Çingiz bu gün sonuncu oxuyacaq
Şokoladlı dondurma banan (foto resept)
ABŞ ermənilərə "od qoydu"
Azərbaycanda yazın ilk ayı üçün hava proqnozu açıqlandı
Bir gün internet olmazsa...
NASA rəhbəri Bayden administrasiyası ilə işləmək istəmir
Sabahın HAVAsı
Hava haqqında - 16.11.2013
Dəbli gəlinlik ayaqqabıları
Gülməli saç düzümləri
Beynəlxalq təşkilata üzv olduq
Dünya əhalisinin yarısı yox olsa, nə baş verər?
Nənə və babanın nəvə tərbiyəsi
Whatsappda maraqlı yenilik
Körpələrə ana bətnində nə təsir edir?
Çiyələkli tart
Üzüm tumunun faydaları
Sağlam pəhriz
Qozlu sadə peçenye (foto resept)
Hamamda doğmuş qadın: "Hamilə olduğumu bilmirdim"
Payız mövsümü üçün fərqli maskalar
Azərbaycanda müəllimlərin maaşı artırılacaq
Türkiyəyə qar yağdı
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
BÜRCLƏR bizə nə vəd edir?-30 Mart
Yaralı əsgərimizdən "Qarabağ"a möhtəşəm dəstək
ABŞ türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndini təsdiqlədi
Təmirli, yoxsa təmirsiz mənzil?