
Yaz və payız insan orqanizminin vitamin tələb etdiyi fəsillərdir
İnsan orqanizmi üçün vitaminlər vacibdir. İstər gözəllik, istər sağlamlıq, istərsə də gündəlik enerji baxımından vitamin qəbul edilməlidir. Bu həm qəbul etdiyimiz qidalar tərəfindən, həm də əlavə preparatların qəbulu ilə tamamlanır.
İnsanın hər gün yeyib-içdiyi qidalar müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir. Orqanizm lazımlı olan maddələrdən birindən əskiklik hiss edərsə, təbii ki, bu, insan bədənində özünü mütləq göstərəcək. Mövsüm dəyişikliyi, eləcə də gündəlik iş qayğılarından, demək olar ki, qidalanmaya elə də fikir vermirik. Gündəlik 3 dəfə qidalanmanı təxirə saldığımızdan normal olaraq hər hansı bir vitamin dəstəyi almaq da yada belə düşmür. Belə olan halda həm fəsil dəyişikliyi, həm də orqanizmdə tükənən vitamin və mineral ehtiyatları insanın süst, yorğun, hətta xəstə olmasına da səbəb ola bilir.
Yaz və payız insan orqanizminin vitamin tələb etdiyi fəsillərdir. Məhz bu aylarda vitamin azlığı özünü orqanizmdə kəskin hiss etdirir. Vitaminlər sağlam həyatın ayrılmaz bir hissəsidir. Vitamin insan orqanizmində sağlam proseslərin getməsi, immunitetin xəstəliklərlə mübarizə aparması üçün vacibdir. Xüsusilə yazın gəlişi ilə bağlı bədənin davamiyyətini artırmaq üçün vitaminlə bol qidalardan istifadə edilməlidir. Edilmədikdə isə kiçikdən-böyüyə müxtəlif xəstəliklərin yaranması ehtimalı olur.
Həkim-terapevt Xatirə İsayevanın sözlərinə görə, bəzən insanlar özlərində müşahidə etdikləri qeyri-normal hadisələrin səbəblərini başqa yerlərdə axtarırlar. Böyümək, xəstəlik, hava dəyişkənliyi və s. ehtimalları göz önünə gətirdikləri halda vitamin və mineral çatışmazlığını tamamilə unudurlar. Halbuki bir çox xəstəliklərin başında elə vitamin çatışmazlığı durur: "İnsan bədənində balansı saxlamaq lazımdır. Vitamin, mineral, zülal, karbohidrat və s. eyni miqdarda qəbul edilməlidir. Birindən az, birindən çox olduqda balans pozulur və xəstəliklər üzə çıxmağa başlayır. Vitamin çatışmazlığı bir çox xəstəliklərin səbəbi olur. Saçların tökülməsi, dərinin quruyub qabıqlanması, gözlərin zəifləməsi, qusma, iştahsızlıq, narahatlıq, ürək döyüntüsü, nəfəs almada çətinlik, mərkəzi sinir sisteminin pozulması, dırnaqların çatlaması və qatlanacaq qədər nazilməsi, dodaq kənarında rəng dəyişimləri və çatlar, dəri anomaliyaları, baş tərləməsi, qaşıntı, yuxusuzluq, gecə korluğu və s. Bu siyahını uzatmaq mümkündür. Çünki bir vitaminin əskikliyi sadəcə bir problemə yol açmır. Bəzən bir vitamin əskikliyi tamamilə bədənin iş funksiyasının pozulmasına səbəb ola bilir".
Terapevt bildirir ki, bu gün hər 10 insandan 2-si sağlam ola bilər. Onlar da necə deyərlər, "qarın qardaşdan irəlidir" prinsipi ilə yaşayanlardır. Həmsöhbətimizə görə, iş və dərsi bəhanə edərək gündəlik qidalardan keçən insanların meyvə və tərəvəz qəbul etməsi də real görünmür. Belə olan halda bədənin dözümlülüyü və vitamin tamlığından söhbət belə gedə bilməz:
"Bədəndə vitamin və mineralların balansının normal olması üçün insan gündə 3 dəfə qidalanmalı, tərəvəzlərdən istifadə etməli, eyni zamanda gün ərzində mütləq meyvə qəbul etməlidir. Bu cür qidalanmadan sonra ehtiyac olarsa, əlavə vitamin qəbul edə bilər. Orqanizm bu yolla tamamilə vitamin və mineralla yüklənmiş olur. Gəlin görək, insan gün ərzində bu cədvələ uyğun qidalanırmı? Səhər günə bir fincan çay və ya qəhvə ilə başlayan bədən günortanı ayaqüstü hazır qidalarla davam edir. Bu arada meyvədən söhbət belə gedə bilməz. Axşam isə ya "yatanda çox yeməzlər" deyib qidanı kəsirlər, ya da "gün boyu ac qalmışam" deyərək həddindən artıq bişmiş qida qəbul edirlər. Gün ərzində qəbul edilməli vitaminin 100%-dən insan bu cədvəllə heç 30% qəbul edə bilmir. Vitamin isə ümumiyyətlə yada düşmür. Bu qidalanma ilə heç bir sağlamlıqdan və gümrahlıqdan söhbət belə gedə bilməz. Xəstəlik deyəndə biz yatmağı, yaxud xəstəxanaya müraciət edəcək qədər tükənməyi nəzərə almırıq. Dişlər, saçlar vaxtsız tökülürsə, yaşın az olmasına baxmayaraq, insan özünü o yaşdan ikiqat artıq hiss edirsə, beyin daima yatmaq, dincəlmək, yuxulamaq haqqında düşünürsə, səbəbsiz əsəbi, gərgin və heç üşümədən tez-tez soyuqdəymədən şikayət edirsə, bu, artıq siqnaldır ki, orqanizmdə son vitamin və mineral ehtiyatı da tükənmək üzrədir. Sağlam yaşamaq üçün düzgün qidalanmaq və vitamin qəbul etmək hava, su qədər vacibdir".
Gündəlik gərgin iş və məktəb rejimindən özünə vaxt ayıra bilməyənlər üçün isə terapevt daha asan bir üsul göstərir. Dediyinə görə, səhərlər qara çay və qəhvəni yaşıl çay və qaynadılmış 1 yumurta ilə əvəz etmək, günorta quru və ayaqüstü qidalanmaqdansa 1 alma və ya hər hansı bir meyvəni qəbul etmək, axşam isə yeyiləcək qidanın 3 ölçüsü qədər tərəvəz qəbul etmək, eyni zamanda həkim müayinəsi və məsləhəti ilə vitamin qəbul etmək orqanizmin balansını qorumuş olacaq: "Toyuq yumurtası yeganə məhsuldur ki, orqanizm tərəfindən 97-98% mənimsənilir və bağırsaqlarda, demək olar ki, şlak yaratmır. Yumurta insan orqanizminin normal inkişafı üçün zülal, aminturşular, makro və mikroelementlərlə, kalsium, kalium, fosfor, maqnezium, natrium, xlor, kükürd, dəmir, sink, yod, mis, kalium permanqanat, xrom, ftor, molibden, bor, kobalt ilə çox zəngindir, həmçinin tərkibində B qrupu vitaminlər (B1, B2, B3, B6, B9, B12) və E, C, D,A, H, PP, K vitaminlərini cəmləyir. Gün ərzində sadəcə 1 yumurta kifayət edir ki, itirməkdə olduğunuz vitaminin 25%-ni qoruyasınız"
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gözəllik üçün bakteriyalardan yardım alın
Samira və qızının Su çərşənbəsi
Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb
Bakıda zəlzələ TƏHLÜKƏSİ - Bütün binalar yoxlanılır
Ağsaqqallar Şurası yığıncaq keçirib
Azərbaycanda daha bir su anbarı istifadəyə veriləcək
Lady Qaqa
Putin 7 rayonu necə qaytarır?
Beyons yenidən hamilədir!?
"Gözəllik ondur, doqquzu dondur"
DİM sədri valideynlərə xəbərdarlıq etdi: “Məsuliyyətli olsunlar”
Sezonun trend ayaqqabıları
Ucuz yanacaq tapıldı
Azərbaycanın vulkanlarında monitorinq aparılacaq
Azərbaycanda ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ
İnstagram fenomeni olan Boo adlı it öldü
Keçmişdə yaşanan sevgi
İlham Əliyev və Vladimir Putin işğaldan azad olunan bölgələrdəki dini abidələri müzakirə edib
3 kəndin sakinlərini sevindirdilər
ANS efirə qayıtmadı
Nüşabə Ələsgərli yeni imicdə-VİDEO
Yerkökü salatı (foto resept)
Məktəblər nə vaxt açıla bilər? - RƏSMİ AÇIQLAMA
Toylarda da israfçılığa "müharibə" elan olundu
Sürücülük vəsiqələri dəyişəcək - 18 manata
Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ
Dağlıq Qarabağa yadplanetlilər gəlib? - İNANILMAZ FOTOLAR
Alişan doğulacaq oğlunun adını açıqladı-FOTO
Avtobuslarda kondisioner niyə yoxdur?
Bakı metrosundan 24-30 yaş arasında olanlara ŞAD XƏBƏR
Həm ziyarət, həm ticarət
Bankomatlarda koronavirus təhlükəsi: toxunduqda... - XƏBƏRDARLIQ
Ronaldu "çaypulu"su ilə rekord vurdu
Azərbaycanda erkən nikahlarla bağlı son 14 ilin statistikası
Gəlinlik donları
Saxta texniki alət hətta partlaya bilər
Diqqət testi (2)
Zinət əşyaları - qadın gözəlliyinin sirridir
Dünyada ən varlı 5 qadın
Göbələkli qarabaşaq (foto resept)
Manikur
Danimarkada 9 yeni süni ada yaradılacaq
O fotoşəkli İlham Əliyev də imzaladı
Pensiyaçılara böyük müjdə
FİFA Messini seçdi
Yaraşıqlı çantalar
Hər şey öz əlimizdədir
Gözəlliyinin sirri sevgidədir
Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
Mehmet Ali Erbildən xəbər var-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]