Xanəmir Telmanoğlunun “Qapısı Vyananın Təkkə” romanı haqqında
Bu roman “Avanqard” jurnalının birinci nömrəsində çap olunub.
Xanəmir bəy bu kiçik romanı 2002-ci ildə yazıb (jurnal səhifəsiylə 17 səhifədir), amma deyəsən bundan qabaq heç yerdə çap olunmayıb.
Mən hansısa əsəri oxuyanda ən əvvəl onun dilinə fikir verirəm. Bu romanın unikal dili var. Necə deyim, sadədən sadə, mürəkkəbdən mürəkkəb, axıcı, şirin, mahnı kimi.
Bundan başqa sufi fikirləri romanı bəzəyir. Az qala hər cümlənin alt qatında bir kitablıq məna var. Elə romanın birinci cümləsinin yarım səhifəlik açıqlaması var. Amma uzunçuluq olmasın deyə burda yazmıram. Maraqlananlar axtarıb araşdırıb tapa bilərlər.
Romanda Mövlanə Cəlaləddin Ruminin həyatı təsvir olunub. Mövlanənin atası, Sultanül-Uləma Bahəddin Vələd Karamanda bir xeyli yaşayıb Xoca dərvişlər yetişdirir. Zəhmətinin hədər getmədiyinə əmin olandan sonra rahatlıqla neçə illərdir onun yolunu gözləyən Səlcuqlu sultanı Ələddin Keyqubadın dəvətini qəbul edib Konyaya gedir. Mövlanə burda atasından elm öyrənir, amma ona gözləmədiyi itki üz verir – o atasını itirir. Atasından sonra vaxtikən atasının tələbəsi olmuş Bürhanəddin Muhaqqiq Konyaya gəlib Mövlanəyə dərs verməyə davam edir. Muhaqqiqin dərsi qurtarsa da Mövlanə özünü hələ tam hazır hesab etməyib elm oxumaq üçün Şama, sonra Hələbə gedir. Dörd ilə səfərini tamamlayıb əvvəlcə Kayseridə Bürhanəddin Muhaqqiqi ziyarət edib dualarını, icazətini alır, sonra təzədən Konyaya qayıdır. Və illər sonra Şəms Təbrizi onun sorağına düşüb Konyaya gəlir…
Amma… Əslində nə Cəlaləddin Rumi bildiyimiz Cəlaləddin Rumidir, nə də Şəms Təbrizi bildiyimiz Şəms Təbrizi… Bu bir həqiqətdir ki, nə tarix kitablarında yazılıb, nə də altıcildlik Məsnəvidə…
Heç nə gizli qalmır. Bu gizlin də başqa gizlinlər kimi açılır və əsrlər sonra Xəzərin sahilində quşdilixanəmirkülsoyuğu bu həqiqəti quş dilində bizə çatdırır…
Bununla belə romanı adi oxucunun başa düşməsi çox çətindir. Yuxarıda romanın gözəl dili olduğunu vurğulamışdım. Amma bu romanın qəlizliyini azaltmır. Xanəmir bəy tam hazırlıqlı oxucu üçün yazır. Onu anlamaq üçün təsəvvüfü, islamı, sufiliyi, bəzən hətta qədim əfsanələri də maksimum şəkildə bilməlisən. Mürəkkəb cümlələrin bəzilərində lazımi durğu işarəsinin qoyulmamağı da öz növbəsində işi bir qədər çətinləşdirir. Bəzən bir cümləni başa düşmək üçün iki-üç dəfə təkrar oxumalı olursan.
Bir də romanda bir-iki yerdə “dağ oğlu dağ”, “çöl(lər) oğlu çöl(lər)” ifadələri var. Çox güman ki, müəllif Mövlanənin əslində kim olduğunu anlatmaq istədiyi oxucuya belə müraciət edir. Əlbəttə, səhv də edə bilərəm. Hər halda bu ifadələr şəxsən mənə xoş gəlmədi. Ya yazmamaq, ya da daha yumşaq bir sözlə dəyişmək olardı. Məsəlçün, olsun elə “adam oğlu adam”.
Istənilən halda “Qapısı Vyananın Təkkə” romanı Mövlanənin həyatını öyrənmək istəyənlər üçün gözəl mənbədir.
Həmid Piriyev
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Zaman və sevgi...
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanuna dəyişiklik edildi
Ağızda dağılan ekler (foto-resept)
Azərbaycanın analıq indeksi açıqlandı
Siqaretin "ağ"ına da lənət, mentollusuna da
Dənizin kənarında su və torpaq sahələri təmizlənəcək
Zövqlü ayaqqabı modelləri
Toylara icazə verilməməsinin ƏSL SƏBƏBİ - Türkiyə təcrübəsi dərs oldu
Eyni yaşda fərqli görünən məşhurlar
Meyvəli dondurma(foto resept)
Müdafiə nazirindən eksklüziv açıqlama
BÜRCLƏR bizə nə vəd edir? - 16 mart
Azərbaycandan ermənilərə ağır zərbə
Üz və dodaqların göyərməsi… - Koronavirusun yeni simptomları açıqlanıb
Pendirli kartof kotleti(foto resept)
Analar və qızları
Pirallahı ilə Abşeronu yeni körpü birləşdirəcək
PSJ "Qoca Sinyora"nın "şeytan" tapıntısına göz dikdi
Keçə yundan pişik şəkilləri hazırladı
Makiyaj edərkən göz sağlamlığınızdan olmayın!
Heç nə əbəs yerə yaradılmayıb
Məşhur türk aktrisaları illər sonra İLK DƏFƏ-FOTO
Erməni general separatçı lideri döydü
Növbəti buraxılış imtahanının vaxtı açıqlandı - CƏDVƏL
Kalsium Kainata haradan yayılır? - SİRR AÇILDI
Yağış yağacaq, şimşək çaxacaq
Xanımına qeyri-adi Sevgililər günü hədiyyəsi etdi-FOTO
Ordumuz düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv edib - RƏSMİ
Boranıda qarabaşaq sıyığı (foto resept)
Mutasiyaya uğramış siçovullar Kraliçanın sarayında-FOTO
Ən pis parol hansıdır?
Dünya şöhrətli müğənni: “Bu dünyada qadın kimi yaşamaq asan deyil” - FOTO
Sarımsaqlı mücver ( foto resept)
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub
Bakı metrosunda pulsuz Wi-Fi olacaqmı?
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?
ABŞ Marsa astronavt göndərəcək
Ay daşının faydaları
ABŞ-da dünyanın ilk vakum qatarı sınaqdan keçirildi
HAVA necə olacaq?-24 Sentyabr
“Eurovision-2015” bu şəhərdə olacaq
Sarımsaqlı bulka (foto resept)
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər
Əhvalınız tez-tez dəyişirsə, oxumağınız məsləhətdir
Mətbəxdə işləri asanlaşdıran əşyalar
Ordumuz dünyanın ən güclüləri sırasında
İnstagram izləyicilərinə XƏBƏRDARLIQ edildi-SƏBƏB
Avropa çempionatında ilk gün: Millimiz darmadağın oldu
Toy tortları
"Saçaq pendir" xoşlayırsınız? Onda oxuyun















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]