Cazibə qüvvəsi
Fərid Rüzgar
(dedektiv povest - II hissə)
2-ci hissə – Qızın şübhəsi.
Hadisədən üç gün sonra, mayor Hacıyev və xəfiyyə Qafarov mayorun kabinetində oturub ölüm hadisəsini müzakirə edirdilər. Oktay hadisənin şəkillərini bir-bir gözdən keçirdi. Hacıyev isə ekspertizisiyanın nəticələrinə baxırdı.
- Ekpertlər cəsədin başından aldığı zərbədən təyin ediblər ki, – Mayor dilləndi – Ləman Hüseynova həqiqətən də binanın damından yıxılıb. Yəni, çox ehtimalla bu qədər hündürlükdən yerə belə bir zərbə ilə dəyməsi gözlənilir. Başqa heç bir yerində zədə yoxdur. Döşəmədən tapılan əşyadan isə heç bir əl izi aşkar edilməyib. Məncə bu normaldır. Çünki yay olmasına baxmayaraq həmin gecə həm yağış yağırdı, həm də güclü və çox soyuq külək əsirdi. Ləman da, buna görə əlinə əlcək geyinmişdi. Odur ki, həmin eşyada iz olmaya bilər.
Oktay onu dinləyəndən sonra az öncə yarımçıq qoyduğu düşüncələrinə davam etdi. Əgər qız evliliyə razılaşmış idisə, o zaman niyə intihar etmək istəsin? Tutaq ki, sonradan fikrini dəyişib və bu evlilikdənsə ölməyi üstün tutub və özünü atmağı düşünüb. Bəs niyə məhz dama çıxıb? O, özünü eyvandan da ata bilərdi. Hər halda, eyvan damdan daha yaxın idi. Qızın atası Fikrətlə söhbətini xatırlamağa başladı. O deyirdi ki, zəif addım səsinə belə oyanır. Qızın anasının belə halda ondan da həssas olduğunu da demişdi. Bəs, o gecə niyə oyanmasınlar? Oktay, atası ilə söhbəti bütünlüklə xatırlayıb nəzərdən keçirdi.
“- Dünən, Ləman özünü necə aparırdı? Yəni, nə isə planlaşdırır və ya düşünürdümü?
- O, onsuz da son bir neçə gündə düşünürdü. Əvvəllər heç belə deyildi. Gəzməyi sevən Ləman, çox deyişmişdi. Son günlərdə evdən gec-gec çıxırdı. Hətta bu günə 2-3 gün qalmış evdən demək olar ki, cıxmırdı. Təkcə dünən bir dəfə getdi.
- Saat neçədə? Hara getdiyini sizə demədimi?
- Günortadan sonra. Saat 4-5 arası. Xədicə ilə görüşəcəkdi. Daha doğrusu, birlikdə çıxdıq. Onunla Xədicəgilin qapısından ayrıldım. Harasa gedəcəkdilər.
- Bəlkə, heç Xədicəgildə çox qalmamışdı. Siz çıxıb gedən kimi çıxıb getmişdi.
- Yox. Bir yerdə idilər. Çünki, işdən qayıtdıqdan sonra, onu evdə görmədim. Xədicəgilə gedib soruşdum. Anası Nərmin dedi ki, Xədicə ilə Ləman az əvvəl çıxıblar.”
Oktay xəyaldan ayrılıb heyrətlə başını qaşıdı. Yox.. O yanılmamışdı deyəsən. Cəld ayağa qalxdı. Mayor təəccüblə soruşdu:
- Hara gedirsiniz?
- Bir azdan gələcəm. – deyib otaqdan çıxdı. Aşağı düşüb avtomobilinə mindi və hadisə olan küçəyə getdi. Maraqlanıb həmən binaya yaxın əczaxananı tapdı. İçəri girdi. Cibindən qızın şəklini çıxarıb satıcı qıza göstərdi:
- Bu qızı tanıyırsınız?
Qız şəlilə nəzər saldı:
- Tanıyıram. – deyə təəssüflə bildirdi. – Eşitdiyimə görə bu səhər intihar edib yazıq. Adlı-sanlı cərrahlardan idi. Bura tez-tez gələrdi.
- O, dünən də bura gəlməli idi. Saat 4-5 arası. Bəlkə də 5-də.
- Bəli. Gəlmişdi.
- Nə almışdı? Yuxu dərmanı?
- Bəli. – Satıcı qız cavab verdi.
- Başqa nə?
- Başqa heç nə. Ancaq iki şüşə yuxu…
- İki şüşə? – Oktay təəccüblə cavab verərək qızın sözünü yarımçıq kəsdi.
- Bəli. – Qız tutuldu. – O dərmanlarla nə etmişdi ki? Vallah, mən elə bildim ki…
- Eybi yox. – Oktay yenə onun sözünü kəsdi - Çox sağ olun. – deyib, aptekdən çıxdı. Deməli belə. Xəfiyyənin şübhələri onu yanıltmamışdı. O gecə, qız evdən çıxarkən, valideyinlərinin oyanmamasına yalnız bir səbəb görürdü. Əslində başqa səbəb ola da bilməzdi. Yəni Ləman o gün valideyinlərinin çayına, ya da xörəyinə yuxu dərmanı damızdırmışdı. Demək, qız evdən çıxmağı qabaqcadan planlaşdırıbmış. Çox hallarda, bu cür yuxu dərmanlarını hər kəsə satmırlar. Ona görə də, Ləman adlı-sanlı cərrah həkimi olmağından istifadə edərək o dərmanı ala bilmişdi. Valideyinlərini yuxuya vermək üçün qıza bir şüşə yuxu dərmanı kifayət edirdi. Bəs, ikinci dərman şüşəsi nəyinə lazım idi? O, bununla nə edəcəkdi? Qızın atası deyirdi ki, səhər qapını açılı halda görüb. Qız intihar edəcəkdisə, bəs niyə qapını açıq qoysun? Yox.. O gərək qapını bağlamalı idi, çünki açıq qoymağa ehtiyac yox idi. Bəs niyə bağlamadı? Dəməli onun fikri ölmək deyilmiş. O, evdən qısa müddətlik ayrılmışdı. Odur ki, qapını bağlamayıb. Oktay binanın hündürlüyünün təxminən 52 metr olduğunu fikrində hesablayıb təyin etmişdi. Qız bu hündürlükdən intihar etsəydi, damın kənarında onun sadəcə gözləri yumulub, bədəni boşalacaqdı. Belə halda, Yerin cazibə qüvvəsi, yəni, sərbəstdüşmə düsturuna görə binadan ən çox, haradasa, 2 metr məsafədə düşməli idi. Amma, cəsədlə binanın arasında təxminən 3 metrdən çox məsafə var idi. Cəsəd arxası üstündə, ayaqları binaya tərəf, gözləri açılı halda uzanmışdı. Bu xəfiyyənin diqqətindən yayınmadı. Bundan o nəticəyə gəlmək olur ki, Ləman Hüseynova damdan, böyük ehtimalla, arxası üstündə aşıb. Amma, o tək intihar etsəydi, üzü əks tərəfə, boşluğa tərəf olmalı idi. Oktayın, o gün nəzərindən keçirdiyi kondinsioner yataq otağının pəncərəsində qurulmuşdu. Damın qız düşən hissəsindən özü yıxılan adam, ilk növbədə o konidisionerin üstünə, oradan da yerə düşməli idi. O gecə, həmin mənzildə yaşayan sakinlər bu hadisədən xəbəri olmayıb. Əgər, Ləman əvvəlcə kondinsionerin üzərinə düşsə idi, ilk növbədə möhkəm zərbə səsinə ev sahibi oyanacaqdı, ikincisi isə, kondinsoner zədələnməsə də, azca yerindən oynaya bilərdi. Amma, bunlardan heç biri olmamışdı. Bütün bunlar o deməkdir ki, kimsə qızı damdan aşağı möhkəm itələyib.
Oktay artıq DİN-ə, mayor Hacıyevin kabinətinə qayıtmışdı. Öz fikirlərinin bir hissəsini onunla paylaşdı. Az sonra, şəhərlərarası telefon aparatı səsləndi. Mayor Hacıyev, dəstəyi qaldırdı:
- Eşidirəm… Nə deyir?... Aydındır… Burax gəlsin… - deyib, mayor dəstəyi asdı. – Bir nəfər, bu hadisə ilə bağlı nəsə demək istəyir.
Qapı açıldı. İçəri, ucaboy, incə bir qız daxil oldu. Sarı, düz saçları kürəyinə qədər uzanmışdı. Mavi gözlərindən kədər yağırdı. Qızarmış yanaqları olan bu qızı Oktay o an tanıdı. Bu Xədicə idi. Ləmanın yaxın rəfiqəsi. Onu hadisə yerində görmüşdü.
- Salam. – Xədicə dilləndi.
- Salam. Buyurun əyleşin. – Mayor qıza stulu göstərdi. Xədicə təşəkkür edib oturdu.
- Aldığım məlumata görə siz qızın rəfiqəsisiniz. Başınız sağ olsun, Xədicə xanım. – Hacıyev başsağlığı verəndən sonra - Sizi dinləyirəm. Hadisə ilə bağlı nə demək istəyirdiniz?-deyə soruşdu.
- Doğrusu əmin deyiləm. – Xədicə, əlindəki ağ dəsmalı stolun üstünə qoyub sözə başladı. – Kimi deyir ki, bu intihardır. Kimi də deyir, onu öldürüblər. Mən özüm də, çox ehtimal intihar etdiyini fikirləşirəm. Amma, əgər intihar olmasa, bir nəfərdən şübhələnirəm.
- Kimdən? – Oktay maraqla soruşdu?
- Onun nişanlısı Rasifdən. – Xədicə bildirdi. – Amma, bunu sizə mənim dediyimi heç kim bilməsin. Rasif sizə dediyimi bilsə, məni öldürər.
- Narahat olmayın. Bu barədə heç kim bilməz. – Əkrəm Hacıyev qızı arxayın etdi. – Niyə, məhz ondan şübhələnirsiniz?
- Ləman bu evliliyə qətiyyən razı deyildi. Rasif isə, inadla onunla evlənmək istəyirdi. Rasiflə, bu haqqda hər gün görüşdüm, dəfələrlə danışıb bu evlilikdən vaz keçməsini xahiş elədim. Amma, o cavabında inadla deyirdi ki, “Mən onu heç kimə verməyəcəm. Ya mənim olmalıdır, ya da heç kimin”.
- O, elə bu cür də deyirdi? – Oktay soruşdu.
- Bəli. Hətta, bu gün, həmin sözləri ona xatırladanda, mənə əl qaldırdı. Söyüb, təhqir etdi. Ona şər atdığımı dedi. – deyə yanıqlı danışdıqdan sonra, səsini yavaşıdaraq dedi. – Həm də, Ləmanın öldüyündən Rasif xəbər tutanda, onun kədərində sünilik hiss olunurdu.
- Düşünürsünüz ki, Ləmanı öz nişanlısı öldürüb? – Mayor maraqla soruşdu.
- Mən bayaq dediyim kimi, Ləmanın intihar etdiyini fikirləşirəm. Amma, intihar etməyibsə, məncə bunu Rasif edib. Çünki, həm mənə vaxtilə dedikləri sözlərlə üst-üstə düşür, həm də, mənə elə gəlir ki, Ləmanın ölməyi onu o qədər də kədərləndirmədi. – Xədicə bildirdi. – Bildiyim, demək istədiyim bu idi. Amma, sizdən yenə çox xahiş edirəm. Bunu, sizə dediyimi heç kim bilməsin. Xüsusilə də, Rasifin özü.
- Başqa bildiyiniz nəsə varsa söyləyin. Çəkinməyin. – Mayor bildirdi – Bu məlumatları sizin verdiyiniz, üçümüzün arasında qalacaq.
- Yox. Bildiyim bunlar idi. Unutduğum nəyisə xatırlasam mutləq sizə çatdıracam.
- Çalışın heç nəyi unutmayasınız. – Oktay bir qədər kinayəli şəkildə dilləndi. – Unutmaq yaxşı vərdiş deyil.
- Oldu. Çalışaram. – Xədicə cavab verdi.
- Məlumatlandırdığın üçün təşəkkür. Gedə bilərsiniz. – deyə, Hacıyev başını razılıq əlaməti olaraq yellədi. Xədicə ayağa durub kabinetdən çıxmaq istəyirdi ki:
- Bax, yenə də unutdunuz. – deyə, Oktay masanan üzərindəki ağ dəsmala işarə etdi.
- Bağışlayın. – Xədicə təkrar qayıdıb dəsmalı masanın üzərindən götürdü və kabinetdən çıxdı.
Oktay Qafarov şöbə rəisi Zaman Poladova zəng vurub, ona səhəri gün Rasifi tapıb Daxili İşlər Nazirliyinə gətirməyi tapşırdı:
- Bir də, tapşır ki, Rasif haqqında bütün məlumatları öyrənib mənə çatdırsınlar. Məlumatlar bu gün hazır olsun.
Hacıyev Oktaya mənalı-mənalı baxıb soruşdu:
- Sən bir qızın sözü ilə, hərəkət edirsən? Nə üçün?
- Qızı arxayın etmək üçün. – Qafarov uzun fikrini qısa cümlə ilə bildirdi.
Mayor Hacıyev xəfiyyənin nə demək istədiyini anlayıb, fərəhlə gülümsündü. Oktay saatına baxdı. Getmək üçün ayağa qalxdı. Əkrəm Hacıyevlə xudahafisləşib kabinetdən çıxdı.
Ardı var...
XƏBƏR LENTİ
"İlin ən gözəl qadınları" bəlli oldu-FOTO
Zəngilan rayonunun Birinci Ağalı kəndindən görüntülər - VİDEO
Diş sensoru sağlamlığa nəzarət edəcək
Göbələk dolması (foto resept)
Mən heç kimdən qorxmuram!
18 uşağın anası: "Balalar, daha biri gəlir"
Vahid Bayramov: "Milli Gimnastika Arenası bu idman növünün inkişafı üçün atılan çox vacib addımdır"
Marsda yeni kraterlər aşkarlandı
Toyuq ətindən kabab (foto resept)
Bu ölkə dünya lideri oldu
Bu Qala kimin qalasıdır?
Perseid meteor yağışından sonra baş verənlər sakinləri qorxutdu - VİDEO
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
Bu cihazla bütün evi elektriklə təmin etmək mümkündür - İXTİRA - VİDEO
Hansı yağ daha faydalıdır - kərə yoxsa bitki?
Budurmu sevgi?
Cennifer Lopez hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Uşaqlar üçün ayaqqabı seçimi
Düşüncələr dilə gəldi
Melaniya Trampın 35 minlik tətili-FOTO
Yağış və külək geri qayıdır
Qonaq otağı üçün pərdələr
Yaşlı insanlar koronavirusa necə qalib gəlir? - ARAŞDIRMA
HAVA necə olacaq? 22 İyun
Hindistanda havanı süni yağışla təmizləyəcəklər
Bakıda “Kitab dayanacaqları” yaradıldı - Açıqlama/Foto
Uşaqlarınızı qripdən qoruyun
Yolumuz Şuşayadır - VİDEO
8 ay sonra barışdılar - FOTO
Bahalı geyimlərin zərərləri nədir?
“Eurovision” təmsilçimiz ata oldu - FOTO
UEFA iki klubu cəzalandırdı
Eyeliner çəkilmə qaydası
Şuşada fəaliyyət göstərən çörək istehsalı müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçdi
Kağızdan quyruq düzəldən tutuquşu
Günün qoroskopu:Dəyişikliklərə hazır olun
Azərbaycanda tələbələrin təqaüdləri artırıldı
Bergüzar çimərlik görüntülərindən xəbər hazırladı - FOTO
Aktyorların sevmədikləri filmlər
Aysel Teymurzadə həyat yoldaşını təbrik etdi!
Azərbaycanda səs verəcək seçicilərin yekun sayı məlum oldu
"Uğursuz" dahilər
Azərbaycanlıların xaricdəki elmi məqalələrinin sayında böyük fərq yaranıb
Fahriye Evcen aylar sonra İLK DƏFƏ-FOTO
MSK: Məkkədə zəvvarlar üçün seçki məntəqəsinin təşkili istiqamətində artıq işlər aparılır
Nüsrətin müştərisi 41 min dollarlıq hesab ödəməli oldu-FOTO
Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə-FOTO
YouTube televiziyanı məhv edəcək?
Sevgililər gününü sevməyənlərin 5 bəhanəsi
Mən şəkil çəkirəm dərs-7
- ŞƏRHLƏR