Cazibə qüvvəsi
Fərid Rüzgar
(dedektiv povest)
SONUNCU ƏMƏLİYYAT.
Saat 1200 idi. Evdə tək qalan Xədicə güzgü qarşısında dayanıb səssiz-səmirsiz əksinə baxırdı. Özünü çox tənha hiss edirdi. Rasifi çox sevdiyinə, ona Ləmanın yox, özünün qovuşmaq istədiyinə baxmayaraq, Ləmanı itirdiyinə görə çox üzülmüşdü. Tutduğu işə çox peşman olmuşdu qız. Onu gizli qüvvə kimi özünə tərəf cəzb edən bu qorxunc hərəkətlərinin, bir gün onu peşman edəcəyini, içini oddan da betər yandıracağını ağlına gətirməzdi. İçini dağıdan bu acı və gizli həqiqətdən canını qurtarmaq istəyirdi. Amma bunu etməyə cəsarət etmirdi. Çünki qorxurdu. Ən çox ətrafındakı insanların inamsızlığını, etibarsızlığını qazanmaqdan qorxurdu. Qorxurdu ki, heç kimin üzünə baxa, ümumiyyətlə insanlar arasına çıxa bilməz bir daha. Çünki, bir dəfə belə bir anı yaşamışdı. Bəli, bəli. Bir dəfə heç kimin üzünə baxa bilməyəcəyi bir hadisə yaşadı. Bu hadisə bir neçə il əvvəl, 16 yaşında olarkən baş vermişdi.
O zamanlar insanlığı, mərdliyi və qüruru ilə məktəbdə seçilən qızlardan biri idi Xədicə. Pisliyin, paxıllığın nə olduğunu bilməyən bu qız həm özünün, həm də yaxınlarının xeyrini düşünürdü. Həm bu xüsusiyyətlərinə, həm də çalışqanlığına görə nəinki sinif yoldaşlarının, hətta müəllimlərin də hörmətini qazanmışdı. Dərslərdə yoldaşlarına kömək etməkdən əsla imtina etməmişdi. Əksinə, müəllimə olmağa həvəsi olan Xədicə, sanki, bundan xüsusi zövq alırdı. Əvvəl, ondan bir sinif yuxarıda oxuyan, amma, imtahanlardan kəsilib sinifdə qaldığına görə onların sinifinə yazılan Natiqə dərslərinə nəzarət edəcəyini, ona hər cür kömək edəcəyini deyib arxayın etmişdi. Natiq də, buna düşünmədən razılıq vermişdi. Lakin qızcığaz hardan biləydi ki, Natiq bundan istifadə edə bilər. İlk öncə Xədicəyə özünü mədəni və hörmətcil göstərən Natiq, bir gün dərs bitəndən sonra qıza dedi ki, anası onu qonaq görmək istəyir.
- Həm anamın bişirdiyi dadlı xörəyi dadarsan, həm də ki, dərsləri birlikdə hazırlayarıq, sonra da səni evinə qədər ötürərəm.
Xədicə etiraz etmədi. Burada pis nə var idi ki. Sinif yoldaşının anası, övladını dərsə tərəf yönəldən açıq qəlbli qızı görmək istəyirdi. Odur ki, qız buna razılıq verdi. Natiq onu ağ rəngli VAZ-2107 markalı jiquli avtomobilinin yanına apardı, əlindəki qurğunun düyməsini basaraq avtomobil qapılarının kilidlərini açdı. Qabaq oturacağın qapısını açıb onu dəvət etdi. Qız isə arxa qapını açıb əyləşdi. Natiq bir söz deməyib sükan arxasına keçdi. Maşın şütüyərək məktəbdən uzaqlaşdı. Az sonra, böyük bir darvazanın yanında dayandılar. Natiq başqabir qurğunu çıxarıb düyməni basdı və darvazanın sağ tərəfindəki qarajın qapısı yuxarıya doğru açılmağa başladı. Natiq maşını içəri salıb düyməni bir də basaraq qapını bağladı. Maşından düşüb Xədicə üçün arxa oturacağın qapısını açdı. Qız maşından düşdü. Həyəcanını güclə gizlədirdi. İlk dəfə idi ki, belə bir evə ayaq basırdı. Natiq onu yuxarı apardı. Qapını açarla açıb əlini uzadaraq dedi:
- Buyur. Özünü evindəki kimi hiss elə.
Sonra Xədicənin dalınca özü evə girdi və qapını bağladı. Sakitçilik idi. Xədicə həyəcanla soruşdu:
- Anan niyə bizi qarşılamadı? Niyə sakitlikdi?
- Biz indi sakitliyi pozarıq. – deyib, Natiq əlindəki dəsmalla qızın ağzını və burnunu tutdu ki, qışqıra bilməsin. Sonra, cibindən iynəni götürüb qızın biləyinə sancdı. Bir neçə saniyə sonra qızın beyni dumanlandı. Gözləri qaraldı.
Ayılanda özünü yataqda çılpaq vəziyyətdə gördü. Döşəkağı qana bulanmışdı. Xədicə anladı. Artıq qızlığı pozulmuşdu. Səssizcə ağlamağa başladı. Amma, nə fayda. Bu vaxt otağın qapısı açıldı və yaşlı qadın içəri daxil oldu. Xədicə onda öyrəndi ki, ev Natiqgilin deyildi heç. Bir-neçə saatlıq kirayə tutulmuş ev idi. İçəri gələn də, evin əsl sahibi idi. Xədicə göz yaşı içində:
- Natiq hanı? – deyə soruşdu. Bunu elə yanğılı dedi ki, yaşlı qadın Xədicəyə olunan təcavüzü, içəridə yaşananların qarşılıqsız və alçaqcasına olduğunu anladı. Amma, əlindən nə gələrdi?
- Bir saat əvvəl çıxdı. Dedi ki, səni yola salım.
Qız heçnə demədi. Gözləri bir nöqtəyə dikildi sanki. O gündən sonra hər kəsə inamı itdi. Çox dəyişdi. Heç kim üçün deyil, yalnız öz istədiyi kimi yaşayacağına və istədiyinə nail olmaq üçün hər şeyə, hətta pislik olsa belə əl atacağına söz verdi.
Bu vaxt, qapının çalınan zəngi Xədicəni xəyaldan ayırdı. Qapını açdı və diksindi. Bir qədər sərt görkəmi Oktay Qafarovun ona dikilən baxışındanmı, yoxsa onun gözlənilməz gəlişindənmi biixtiyar həyəcanlanmağa başladı. Özünü ələ almağa məcbur etsə də, Qafarov bunu anladı. Xədicə onu içəri dəvət etdi. Oktay etiraz etməyib içəri daxil oldu. Təklifsiz qonaq otağına keçib, kresloya əyləşdi. Xədicə də, gözlərini ondan çəkmədən yanaşı kresloya oturdu.
- Siz Ləman Hüseynovanın yaxın rəfiqəsisiniz. Onun ölümünə qədər olan son günlərdə olanları sizinlə danışıb dəqiqləşdirməyin doğru olduğunu bildim. – deyə, xəfiyyə kürəyini kresloya rahatlayıb davam etdi. – Sizin ondan gizli bir sirriniz olmazdı yəqin ki.
Xədicə duruxdu. Elə bil, səsini çıxarmağa çəkinirdi. Oktay:
- Baxın, Xədicə xanım. Sizinlə sakit və səmimi danışacağımı düşünürəm. – Oqtay səsini daha da ciddiləşdirdi. - Yəqin ki, bu düşüncəmdə yanılmağımı istəməzsiniz.
Xədicə Qafarovun nə demək istədiyini anlayıb danışmağa başladı:
- O çox düşünürdü son vaxtlar. Çox sönmüşdü həyata, sanki. Bilirdim ki, Rasiflə evliliyə razılaşsa da, Fərruxdan ayrıldığını heç cürə qəbul edə bilmirdi.
- Bu da sizin üçün fürsət idi. Eləmi?
- Anlamadım. – Xədicə təəccüblü şəklində Qafarova baxsa da, anlamışdı onun nə demək istədiyini.
- Nə isə. – Oktay suallarına davam etdi. – Onun intihar etmək niyyəti var idimi. Şübhələnmədinizmi heç?
- Mən.. Bilmirəm.. Heç nə bilmirəm..- deyib, əli ilə üzünü tutdu. Ağlamağa başladı. Oktay diqqətlə onu süzəndən sonra ayağa qalxdı.
- Bura gəlməkdə əsas məqsədim başqadır. Sizin bu axşam mərhum rəfiqəniz gilə getməyinizi istəyirəm. Saat 8-də. Sizə və Ləmanın valideyinlərinə son tapşırığım olacaq. Xudahafis. – deyib evin çıxış qapısına yaxınlaşdıqda, bir qədər düşünüb Xədicəyə tərəf çevrilib dedi:
- Sizə bir şey göstərəcəm. İstədiyim, bunun həqiqət olub-olmadığını etiraf etməyinizdir. Sonra, sizi rahat buraxacam. Amma, heç olmasa bu dəfə dürüst olun. Ləmanın xatirinə.
Xədicənin daxili tərəddüdlə dolu olsa da, mərhum rəfiqəsi xatirinə razılaşdı. Qafarov göstərmək istədiyi şeyi cibindən çıxarıb Xədicəyə uzatdı. Xədicə xəfiyyənin əlində tutduğu əşyaya, sonra isə, Qafarova baxaraq başı ilə təstiq etdi. Qafarov səssizcə çevrilib getmək istədikdə, Xədicə dilləndi:
- Dayanın. Sizə demək istədiyim çox həqiqət var.
* * *
Gecə saat 9-a işləmiş Fikrətin evində, ev sahibi özü, həyat yoldaşı Solmaz, Xədicə və Oqtay Qafarov oturmuşdular. Oktay sükutu pozaraq sözə başladı:
- Biz çox araşdırdıq. Öncə səhv fikrə düşdük. Yəni ki, onun intihar etdiyini yox, öldürüldüyünü güman etdik. Öz vəzifəmi yerinə yetirərək, lazım bildiyim şəxslərlə sorğu-sualımı etdim. İndi son bir əməliyyatımız qalıb. Damda, bir neçə izlər aşkar edilmə ehtimalı var. Sabah səhər tezdən araşdırılacaq. Əgər, heç bir iz tapılmasa, və ya, tapılsa belə bu hadisə ilə heç bir əlaqəsi olmasa, deməli mərhum Hüseynova doğurdan da intihar edib. – Oktay dərindən nəfəs aldıqdan sonra bildirdi. – İndi bura gəlməyimdə də, əsas məqsədim isə budur. İstəyirəm ki, sabaha qədər, damda lentlə əhatəyə alınmış əraziyə heç kimin daxil olmasına icazə verməyin. Hətta təmizlik işçiləri belə o hissəyə toxunmasınlar. Yoxsa, iz varsa əgər, silinəcək. - Oktay ayağa qalxdı. – Deyəcəklərim bu qədər idi. Vaxtınızı çox almayım. Xudahafis. – deyib, qonaq otağından çıxdı və çıxış qapısına doğru gedib çölə çıxdı. Onun ardınca da Xədicə çıxıb qapını bağladı.
- Gecəniz xeyrə qalsın – deyə Qafarova səsləndi. Qafarov ona baxıb soruşdu:
- Niyə içəridə qalmadınız? Məncə siz indi o evdə lazımsınız.
- Haqlısınız. – Xədicə onunla razılaşdı. Qızın gözlərin təşəkkür dolu baxış var idi. Qafarov daha bir söz demədən dönüb getdi. O artıq nə edəcəyini bilirdi və bu əməliyyatın sonuncu olduğundan əmin idi.
* * *
Gecə saat 3-4 arası idi. Ətrafdakı sakitliyi pozan həzin köpə səsi aydın eşidilirdi. Az sonra, səs dayandı və yenə də gecənin sükutu şəhəri öz ağuşuna aldı. Bəlkə də hansısa ayrı məhəllələrın tək-tək sakinləri həyətdə gəzişərək yay gecəsinin sərin havasını udurdular və ya təklik axtarırdılar. Amma, bu məhəllədə ağaclardan, maşınlardan və elektrik dirəklərindən başqa heç bir şey görünmürdü. Bu gecə də yuxusuna haram qatan Oktay Qafarov binanın damında lentlə əhatəyə alınmış hissədən biraz kənarda gizlənib, onun kimi yuxusuna haram qatan birini – yəni, Ləmanı öldürən adamı gözləyirdi. Çox gözləməli olmadı. Çünki, bu vaxt taqqıltı və asta ayaq səslərini duydu. Yanılmamışdı. Qatil doğurdan da, indi orada idi. Lentə alınmış ərazidə. Əlindəki çəlləklə o ərazini sulamağa başladı. Sonra çəlləyi bir tərəfə qoyub, özü ilə gətirdiyi süpürgəni götürdü və həmin ərazini süpürərək izləri itirməyə çalışırdı. Uzaqdakı adam gecənin qaranlığında qara kiçik kölgə kimi görünsə də, Oktay onun kim olduğunu yaxşı bilirdi. Gizləndiyi yerdən çıxaraq ona doğru asta səssiz addımlarla yaxınlaşdı. Əlindəki “Makarov” tipli tapançanı qatilə doğru tuşlayıb kinayə ilə soruşdu:
- O gün, qızınızın Fərruxla görüşəcəyini necə anladınız?
Fikrət diksinərək süpürgəni əlindən saldı. Ona doğru silah tuşlayan Oktayı səsindən tanıdı. Artıq gec idi. Qaça bilməzdi. Çünki, silahın çəkilən qapağının səsini eşitdi. Əllərini qaldırıb xəfiyyəyə tərəf çevrilməyə məcbur qaldı.
- Sizdən cavab gözləyirəm. – deyə, Oktay ona tərəf addımlamağa başladı.
- Bunu necə bildiniz? Mən etdiyimi hardan anladınız? Xədicə sizə nə dedi? – Fikrət titrək səslə soruşdu.
- Siz, o gecəki hərəkətinizlə, Xədicəni elə qorxutmuşdunuz ki, qızcığaz səsini çıxarmağa belə cəsarət eləmirdi. O gecə üçün nə planlar qurduğunuzdan, şahidlərə hədə-qorxu gəldiyinizdən, ümumiyyətlə, baş verən hər şeydən xəbərim var.. – Oktay dilləndi. – Bu səbəbdən də, Xədicə sizi sata bilməzdi. Ölümündən qorxurdu çünki. Fərruxu da sata bilməzdi. Xədicəni çox az tanıyan bu adamdan “şübhələnməsi”nin onda şübhə yaradacağından və sirrin üstünün açıla biləcəyindən qorxurdu. Rasif yaxşı hədəf idi. Çünki, Rasifin qatil olmadığı aydınlaşacaqdı, Xədicənin dedikləri sadəcə şübhə olaraq unudulacaqdı. Əlbəttə ki, Xədicə polisə anlatdıqlarını Rasiflə birgə məsləhətləşdikdən sonra etmişdi. Amma, siz də, çox ağıllı tələ qurmuşdunuz. Həkim qızın atası olduğunuzdan istifadə edərək, sizi Ləmanın göndərdiyini və bu dərmandan ikincisinin təcili lazım olduğunu deyərək sadəlövh əczaçını aldatmağı çox yaxşı düşündünüz. Sizin hissiyatınıza qibtə edirəm, Fikrət bəy. Qızın, bir ədəd yuxu dərmanı şüşəsini hansı məqsədlə aldığını, hər adam duya bilməzdi. Siz də, ikinci dərmanı aldınız. Əlbəttə ki, bunu sadəcə bir məqsədlə edə bilərdiniz. Şüşənin içindəki dərmanı boşaldaraq yerinə su doldurmaq və Ləman evə gələndə gizlincə onun çantasındakı yuxu dərmanı ilə dəyişmək. Hər şeydən əvvəl isə, Ləmanın Fərruxla görüşəcəyini öz yöntəmlərinizlə öyrənmişdiniz və işə getmək adı ilə evdən çıxıb qızınızı izləməyə başladınız.
- Susun xahiş edirəm – deyib, Fikrət başını tutdu. Qafarov isə hələ də davam edirdi:
- Döşəmədən tapıldığını dediyiniz əşya. – Qafarov cibindəki şəffaf paketə bükülmüş dəsmalı çıxardı. – Siz Xədicənin unutqan olduğunu və bunun Xədicənin dəsmalı olduğunu bilirdiniz. Çünki, Ləmanı soruşmaq bəhanəsi ilə Xədicəgilə gedərkən özünüz götürmüşdünüz. Tər-təmiz bir dəsmal. Guya, Xədicə bunu sizdə unudub getmişdi o gecə? Özü də, döşəmədə? Unudulan kiçik əşya ya güzgü qarşısında, ya stol üstündə və s. ona bənzər yerlərdə ola bilərdi. Ekspertizisiyanın nəticəsinə görə, dəsmaldan heç bir şübhəli iz tapılmayıb. Çünki, dəsmal yuyulub təmizləndikdən sonra istifadə olunmamışdı. Əks halda, dəsmal gərək işlənmiş halda olaydı və ondan Xədicənin əl izi tapılaydı. Siz o evdən yalnız dəsmalla kifayətlənmədiniz. Xədicəyə məxsus hündür daban ayaqqabını da oğurlamışdınız. Bununla onun ayaq izlərini qoymaq üçün. Şübhələri Xədicəyə yönəldmək üçün yaxşı üsul seçmişdiniz. Amma, yenə də səhvə yol verdiniz. Həmin ayaqqabı ilə rahat addım ata bilmədiyinizə görə orada biri-birindən dəyişik məsafələrdə izlər qoymuşdunuz.
- O qıza nifrət edirəm.
- Haqlısınız. Çünki, Rasifi qızınızdan ayırmaq üçün, qızınızın Fərruxla görüşməsinə şərait yaradırdı. Hətta həmin gecə də buna şərait yaratmışdı. Rasifi o gecə haradansa gələn görmüşdülər. Yaxşı bilirsiniz ki, Rasif o gecə hadisə yerində olub. Rasif ona görə hüzr yerində görünmürdü.
- Mən Rasifi çağırmamışdım. O, sonradan Xədicə ilə birlikdə göründü.
- Xədicə çağırmışdı. Fərruxla Ləmanın bir yerdə olduqlarını ona göstərmək üçün. Bunu eləməkdə məqsədi, Rasifi Ləmandan uzaqlaşdırmaq idi. Ləmanın gödəkçəsinin cibindən evinizin açarı tapıldı. Amma, qonşular qapının açıq olduğunu demişdilər. Əgər qızda evin açarı vardısa, o qapını açıq qoymazdı. Bir də ki, o intihar edəcəkdisə açara ehtiyacı yox idi.
- Susun. Xahiş edirəm. – Fikrət yenə başını tutdu. Qafarov isə susmurdu:
- Siz namus qorumaq üçün qızınızı öldürdünüz. Eləmi? Rasif orada olmasaydı siz bu cinayəti törədməyəcəkdiniz və 3 nəfərə, yəni Fərruxa, Xədicəyə və Ləmana bunu bir sirr kimi saxlamasını tapşıracaqdınız. Eləmi? – deyə, qışqırdı. – Cavab verin.
- Bəstirin.. - Fikrət qışqıraraq yerə çökdü. Yanağından süzülən yaşı silib danışmağa başladı:
- Ləman mənim bütün ümidlərimi puç elədi. Məni rüsvay elədi. Namusumu, etibarımı iki qəpiklik etdi. Mən isə onu əzabla, çətinliklə böyütmüşdüm. Bir dediyini iki etməmişdim. Amma, o neylədi? Ona yaşamaq haram idi.
- Allahın verdiyi canı, bəndə haram edə bilməz . – Oktay dilləndi. – Bir də ki, o sizin qızınız idi. Siz, Ləmanı o gün Xədicə gildən evə qayıtdıqdan sonra başa sala bilərdiniz. Ona hər cür cəza verə, hətta qadağalar belə qoya bilərdiniz. Çünki, bu sizin atalıq borcunuz və ən azından haqqınız idi. Bəlkə də, ediləcək bir yalvarış dolu baxış, bir şirin nəvaziş bəs edərdi. Amma, öldürmək, həm rəsmi, həm də İlahi qanuna tam zidd idi. Siz isə bu qanunu pozdunuz.
Oktay sözünü bitirdikdən sonra, radioqəbuledicini işə salıb polis işçilərinə dama gəlməyini əmr etdi. Boş məhəllədəki bir neçə maşının içindən polis işçiləri düşərək dama qalxmağa başladılar. Onlar Fikrətə yaxınlaşıb əllərini qandalladılar. Onu damdan düşürərkən geri çevrilib Oktaya səsləndi:
- Qafarov, qızınız var?
Oktay dinmədi. Fikrət davam etdi:
- Siz dediyiniz qanunları yaxşı bilirəm. Sizinlə də, tamamilə razıyam. Amma, o gecəki mənzərəyə bir ata gözü ilə baxmağı və o an keçirdiyim hissləri heç kimə, hətta düşmənə belə arzulamıram.
EPİLOQ.
Fikrət Hüseynov həbs olunduqdan 2 gün sonra, Ləmanın anası Solmaz, qızının otağına daxil oldu. Əşyalarını qurdalayarkən üz qabığında səliqəli şəkildə “Günlüyüm” yazılmış qalın dəftər tapdı. Açıb varaqladı. Orada Ləman öz həyatında baş vermiş unudutmaq istəmədiyi günlərini, arzularını yazmışdı. Ana onun sonuncu yazılı səhifələrinə baxdı. Yazılmışdı:
“Saat 3-ə 15 dəqiqə qalır. Yatağımda uzanıb düşünürəm və həmişəki kimi düşüncələrimi bura qeyd edirəm. Çox həyəcanlıyam. Bu günə kimi atamın hər istədiyinə razı olmuşam. Hətta, sevmədiyim biri ilə ailə quracağıma belə sonda etiraz etmədim. Sabah, əziz dostum, sirrdaşım Xədicənin köməyi ilə Fərruxla son gecə görüşüb vidalaşacam. Bu dəfə onda heç xoşlamadığım xüsusiyyətləri axtaracam. Sevdiyim heç nə barədə düşünməyəcəm. Ona əsla toxunmayacam. Çünki, tanış toxunuşlar məni keçmişə qaytarmasından qorxuram. Fərruxu sevdiyimi dana bilmərəm. Amma valideyinlərimə görə nə qədər əzablı da olsa, Fərruxu unutmağa, Rasifi sevməyə çalışacam. Rasif pis insan deyil. Hər kəs onun zəhmətkeş və harama əl uzatmayan biri olduğunu deyir. Mənimlə də əsla sərt rəftar etməyib bu günə qədər. Amma Fərruxu sevmişəm. Atamı isə üzə bilmədim və ona görə sevgimi qurban verməyə məcbur qaldım. Valideyn sevgisi məni cazibə qüvvəsi kimi Fərruxdan uzaqlaşdıraraq özünə tərəf çəkməyə başlayır.”
S O N
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
- ŞƏRHLƏR